Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2226/2026 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi və “İqtidasi Zonaların İnkişafı Agentliyi” X2 nümayəndəsi Nümayəndə iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «İqtidasi Zonaların İnkişafı Agentliyi” X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarından «İqtidasi Zonaların İnkişafı Agentliyi” X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : “İqtidasi Zonaların İnkişafı Agentliyi” X2 İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Dövlət X3 R X8 tərəfindən tərtib edilmiş protokol və iş üzrə digər materiallar aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə «İqtidasi Zonaların İnkişafı Agentliyi” X2 Azərbaycan Respublikası İnzibat Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Məhkəmənin qərarından narazı qalan «İqtidasi Zonaların İnkişafı Agentliyi” X2 apellyasiya qaydasında şikayət verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. “İqtidasi Zonaların İnkişafı Agentliyi” X2 nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gələməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Şikayətlə əlaqədar inzibati icraat üzrə işin materiallarını tam və hərtərəfli araşdıraraq məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş ## #### 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “İqtidasi Zonaların İnkişafı Agentliyi” X2 mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün ərzində verməmişdir. İş materiallarında olan bildirişin surətindən görünür ki, “İqtidasi Zonaların İnkişafı Agentliyi” X2 mülkiyyətində olan “Chevrolet Cobalt LTZ” minik markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ## #### 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinin tələbi pozularaq, nəqliyyat vasitəsini idarə etmək hüququ olan fiziki şəxs haqqında məlumatın 5 gün müddətində Nəsimi rayon Polis İdarəsinin Dövlət X1 təqdim edilməsi “İqtidasi Zonaların İnkişafı Agentliyi” X2 xahiş edilmişdir. İş materiallarında olan poçt xəbərnaməsinin sürətindən görünür ki, “İqtidasi Zonaların İnkişafı Agentliyi” X2 ünvanlanmış bildirişi qəbul etmişdir. Həmin Məcəllənin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Belə ki, hüquqi şəxsin İXM-in 347-ci maddələri ilə təqsirli bilinməsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə səbəb kimi nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusunun daxil olduğu vaxtdan 5 gün müddətinə məlumat verməməsi ilə əlaqələndirilmişdir. Beləliklə, «İqtidasi Zonaların İnkişafı Agentliyi” X2 İXM-nin 347-ci maddəsində təsbit olunmuş inzibati xətanı törətməsi tam, hərtərəfli və obyektiv araşdırma nəticəsində sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi «İqtidasi Zonaların İnkişafı Agentliyi” X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin sanksiyası hüdudlarında inzibati xətanın xarakterini, əmlak vəziyyətini və əməlində ağırlaşdırıcı halların olmadığını əsas götürməklə maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayətində qeyd olunan dəlilləri təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, sadalanan qanunun tələbləri və işin bütün hallarının tədqiqi nəticəsinə əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə düzgün, qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI : «İqtidasi Zonaların İnkişafı Agentliyi” X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hüquqi şəxs «İqtidasi Zonaların İnkişafı Agentliyi” X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tədbiq edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2226/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2226/2026
27.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver