Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2227/2026 20.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi X2, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarından X7 Xidmətinin Hüquq İdarəsinin rəis müavini tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, ## ###### 2025-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, «xxxx» MMC-nin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən inzibati cərimə növündə ## ##### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə etmə haqqında qərarın icrası ilə bağlı tədbirlərin görülməməsi müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, 13 okyabr 2025-ci il tarixli qərarına əsasən «xxxx» MMC-nin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində inzibati cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarına əsasən barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, ## ###### 2025-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilmişdir. Həmin qərardan narazı qalan X7 Xidmətinin Hüquq İdarəsi rəis müavini apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, «xxxx» MMC tərəfindən Abbasov İlham Musa oğlu və digər 7 işçinin bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmanın təmin edilməsi ilə bağlı DƏMX-in ## ###### 2025-ci il tarixli *-**-*/*-M*****/**** nömrəli icrası məcburi göstərişinə əməl edilməməsinə görə «xxxx» MMC-nin drektoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə ## ##### 2025-ci il tarixli, MN ******* saylı qərar əsasında 1000 manat məbləğində inzibati cərimə edilmiş və qərar qanuni qüvvəsini almışdır. İnzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi halda könüllü ödənilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150-ci maddəsi ilə müəyyən edilmiş tədbirlərin görülməsi məhz qərarı qəbul edən səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən fiziki şəxslər barəsində - onun əmək haqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs «xxxx» MMC-də rəsmi işləməsi və əmək haqqı alması ilə əlaqədar X7 Xidmətinin İnzibati Xətalar Məcəlləsinin 150-ci maddəsinin tələblərinə əsasən ## ##### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə 1000 manat məbləğində cərimənin ödənilməsinin təmin edilməsi məqsədi ilə «xxxx» MMC-nin direktoruna ünvanlanmış ## #### 2025-ci il tarixli, *-**-*/*-M-*****/**** nömrəli xəbərdarlıq məktubu poçt vasitəsilə ## #### 2025ci il tarixində ünvanlamış və həmin məktub «xxxx» MMC tərəfindən ## #### 2025-ci il tarixdə saat 13:54-də qəbul edilmişdir (SS965721222AZ). Sözügedən cərimənin əmək haqqından tutulması ilə bağlı «xxxx» MMC-nin rəhbərliyi tərəfindən hər hansı tədbir görülmədiyindən İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. Sadalanan tədbirlərə baxmayaraq «xxxx» MMC tərəfindən Xidmətin qanuni göstərişinə əsasən 1000 manat cərimənin ödənilməsi ilə əlaqədar hər hansı vəsaitin köçürülməsi təmin edilməmişdir. Bu səbəbdən vəzifəli şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi X7 Xidməti tərəfindən ## ###### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsinə səbəb inzibati məsuliyyətə cəlb edilmiş şəxsin cəriməsinin tutulması üçün işəgötürənin İnzibati Xətalar Məcəlləsinin 150.1-ci maddəsinin tələblərini saymayaraq heç bir tədbir görməməsi olmuşdur. Həmçinin, işəgötürənlərin bu kimi hərəkətləri şəxsin törətdiyi əmələ görə məsuliyyət daşıması və qanunlara əməl etmək ruhunda tərbiyələndirilməsi yolunda maneələr törədir, habelə heç bir lüzum olmadan İcra orqanlarının işinin əsassız artmasına gətirib çıxarır. Beləliklə, «xxxx» MMCnin direktoru tərəfindən ## ##### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə 1000 manat cərimənin ödənilməsi ilə bağlı heç bir tədbir görülməmiş və qanunvericiliyin tələbləri pozulmuşdur. Belə olan halda X7 Xidməti tərəfindən MMC-nin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib edilmiş ## ###### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol qanuni və əsasladır. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 İdarəsinin Hüquq İdarəsinin nümayəndəsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlmədiyindən məhkəmə onun iştirakı olmadan verilmiş apellyasiya şikayətinə baxılmasını mümkün hesab edir. İşin halları və hüquqi məslələr: Təqdim olunmuş materialı nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, tərəfin çıxışını dinləyərək hesab edirəm ki, aşağıdakı əsaslara görə verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin ## ###### 2025-ci il tarixli, *-**-*/*-M*****/**** nömrəli Göstərişindən görünür ki, «xxxx» MMC-in direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 20 gün müddətində istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmayan işçilərin icbari sığortalanmasını təmin etməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin ## #### 2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən aparılan təhlillər zamanı əldə edilmiş məlumatlar əsasında «xxxx» MMC-in direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən əmək müqaviləsi bağlanılan zaman bir sıra işçilərin qanunvericiliklə müəyyən edilmiş qaydada istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının təmin olunmaması müəyyən edilmiş, bununla əlaqədar olaraq aşkarlanmış nöqsanın aradan qaldırılması məqsədilə ## ###### 2025-ci il tarixli *-**-*/*-M*****/**** nömrəli Göstəriş icra olunması üçün göndərilmiş, lakin göstərişdə qeyd olunmuş 20 gün müddətində nöqsan aradan qaldırılmamışdır. Bununla əlaqədar inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması məqsədilə ## ##### 2025-ci il tarixdə saat 10:00-da X7 Xidmətinə və ya videokonfransa dəvət olunmuş, bütün sübut, izahat və mülahizələrin təqdim olunması xahiş edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin ## ##### 2025-ci il tarixli, MN ******* nömrəli qərarından görünür ki, «xxxx» MMC tərəfindən Abbasov İlham Musa oğlu və digər 7 (yeddi) işçinin bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmanın təmin edilməsi ilə bağlı DƏMX-in ## ###### 2025-ci il tarixli *-**-*/*-M*****/**** nömrəli icrası məcburi göstərişinə əməl edilməməsinə görə «xxxx» MMC-nin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İXM-in 539.1-1-ci maddəsi ilə 1000 manat məbləğində inzibati cərimə olunmuş, qeyd olunan cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 15 gün müddət müəyyən olunmuşdur. “xxxx” X4 «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin ## ###### 2026-cı il tarixli məktubundan görünür ki, sistem üzərindən araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan SS937796595AZ və SS937796600AZ ştrix kodlu məktublar ## ##### 2025-ci il tarixdə AZ**** saylı poçt şöbəsi tərəfindən dəstə halında (F-103 siyahısı ilə) qəbul olunmuş və təyinatı üzrə göndərilmişdir. Ünvan məlumatları tam və dolğun olmadığı üçün SS937796595AZ ştrix kodlu məktubun çatdırılmasına ayrı-ayrı şöbələr olmaqla 3 dəfə cəhd, SS937796600AZ ştrix kodlu məktubun çatıdırılmasına isə 1 (bir) dəfə cəhd göstərilməsinə baxmayaraq nəticə uğursuz olmuşdur. Sözügedən SS937796600AZ (## ### 2025-ci il tarixdə) və SS937796595AZ (## ### 2025-ci il tarixdə) ştrix kodlu məktublar AZ**** saylı poçt şöbəsi tərəfindən qəbul olunmuş və X7 Xidmətinin Bayramova soyadlı əməkdaşına təhvil verilmişdir. Birinci instansiya məhkəməsinin qərarı onunla əsaslandırılmışdır ki, X7 Xidmətinin ## ###### 2025-ci il tarixli, *-**-*/*-M*****/**** nömrəli Göstərişinə əsasən «xxxx» MMC-in direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 20 gün müddətində istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmayan işçilərin icbari sığrtalanmasını təmin etməsi qərara alınmış, göstərişdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvanı kimi Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 45, mənzil 16, onun ünvanına aid olan poçt indeksi kimi AZ 1100 göstərilmiş, iş materiallarında olan sənədlərdə göstərişin göndəriləcəyi ünvan kimi «xxxx» MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi, ev 150, mənzil 10, bu ünvana aid olan poçt indeksi AZ 1010 göstərilmiş, lakin göstərişin çatdırılmasını təsdiq edən sənədlərdə müvafiq göstərişin AZ 1113 indeksli poçt şöbəsi tərəfindən çatdırılması qeyd olunmuşdur. Həmçinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin göstərişi və qərarı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs deyil, «xxxx» MMC-yə ünvanlanması müəyyən olunsa da, lakin həmin göstəriş və qərarın «xxxx» MMC-yə çatırılmasını təsdiq edəcək hər hansı mötəbər sənəd iş materiallarına əlavə edilməmişdir. Bundan başqa məhkəmə tərəfindən “xxxx” X4 «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə sorğu ünvanlanmış və həmin qurum tərəfindən sorğuya verilmiş cavabda qeyd olunmuşdur ki, sistem üzərindən araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan SS937796595AZ və SS937796600AZ ştrix kodlu məktublar ## ##### 2025-ci il tarixdə AZ**** saylı poçt şöbəsi tərəfindən dəstə halında (F103 siyahısı ilə) qəbul olunmuş və təyinatı üzrə göndərilmişdir. Ünvan məlumatları tam və dolğun olmadığı üçün SS937796595AZ ştrix kodlu məktubun çatdırılmasına ayrı-ayrı şöbələr olmaqla 3 (üç) dəfə cəhd, SS937796600AZ ştrix kodlu məktubun çatıdırılmasına isə 1 dəfə cəhd göstərilməsinə baxmayaraq nəticə uğursuz olmuşdur. Sözügedən SS937796600AZ (##.##.2025-ci il tarixdə) və SS937796595AZ (##.##.2025-ci il tarixdə) ştrix kodlu məktublar AZ**** saylı poçt şöbəsi tərəfindən qəbul olunmuş və X7 Xidmətinin Bayramova soyadlı əməkdaşına təhvil verilmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, səlahiyyətli orqan tərəfindən tərtib edilmiş göstərişin və qərarın məhz Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs rəsmi qaydada göndərilməsini və onun tərəfindən alınmasını təsdiq edən hər hansı mötəbər sənəd mövcud olmaması səlahiyyətli orqan tərəfindən tərtib edilmiş göstərişin və qərar barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə çatdırılmamasını təsdiq edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 57.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. 57.2-ci maddəsinə əsasən, hüquqi şəxsə ünvanlanmış sənəd, həmin hüquqi şəxsin müvafiq vəzifəli şəxsinə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bu norma, sənədin təsadüfi bir şəxsə deyil, məhz hüquqi şəxsin adından hərəkət etmək səlahiyyəti olan və ya sənədləri qəbul etmək vəzifəsi daşıyan bir nümayəndəsinə təqdim edilməli olduğunu birmənalı şəkildə təsbit edir. "Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir". Bu tələb sənədi qəbul edən şəxsin hüquqi şəxslə olan əlaqəsinin eyniləşdirilməsinə, onun bu sənədi qəbul etmək üçün legitimliyinin müəyyən edilməsinə xidmət edir. 57.3-cü maddəsinə əsasən, sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Yuxarıda şərh edilmiş prinsiplər aspektindən məhkəmə, X7 Xidmətinin mövqeyinin sübuta yetirilmədiyi qənaətinə gəlir. Səlahiyyətli orqan tərəfindən təqdim edilmiş sübutlar toplusu, cəmiyyətin təqsirini "əsaslı şübhədən kənar" standartına uyğun olaraq təsdiq etmir, əksinə, çatdırılma prosedurunda yol verilmiş kobud pozuntuları və ziddiyyətləri aşkara çıxarır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 150.5-ci maddəsinə əsasən bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən: 150.5.1. fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi göstərilənləri və işin hallarını hərtərəfli nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı hesab edilməklə qüvvəsində saxlanılmalı, şikayətin dəliləri əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq qərara alıram: Protokol tərtib edən orqanlar Hüquq İdarəsinin rəis müavini tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-2227/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2227/2026
20.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver