Məhkəmə qərarları › İş №3(3-6)-2229/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2229/2026

31.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2229/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 və Qərarından şikayət verilən orqan etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə müraciət edərək Qərarından şikayət verilən orqan Bakı Regional Bölməsinin ##.##.2026-cı il tarixli, YPK/****-** nömrəli yoxlama nəticələri üzrə qərarın ləğv edilməsini Bakı şəhəri Səbail Rayon Məhkəməsindən xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, 2026-cı il fevral ayının 23-də AQTA-nın yoxlayıcıları Qərardan şikayət verən orqan (şəxs) işlətdiyi marketdə təftiş aparmışlar. Bu yoxlamanı şikayətçi qeyri qanuni olduğunu hesab edir. Ona görə ki, AQTA-da qeydiyyatı yoxdur. Əgər olsaydı belə onlar yoxlama haqqında şikayətçiyə bildiriş məktubu göndərməli idilər. Ortaya çıxan başqa pozuntuları da şikayətçi Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərdiyi iki məktubda qeyd etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim X1) Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməmiş, Qərarından şikayət verilən orqan Bakı Regional Bölməsinin ##.##.2026-cı il tarixli, YPK/****-** nömrəli yoxlama nəticələri üzrə qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Qərardan şikayət verən orqan (şəxs) həmin qərardan şikayət verərək Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini, başlanılmış iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Şikayət əsaslandırılmamışdır. Qərarından şikayət verilən orqan etibarnamə üzrə nümayəndəsi Nümayəndə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, üzrlü səbəb olmadan məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 132.4-cü maddəsinə əsasən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in 544.2-ci maddəsinə əsasən İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında, yaxud qida təhlükəsizliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi çərçivəsində müvafiq icra hakimiyyəti orqanının qanuni yazılı tələblərini (qərarlarını) yerinə yetirməməyə görə – dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə göstərilən qanunvericilik normalarına əsaslanaraq hesab edir ki,: Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununun 2.0.1-ci maddəsinə görə, inzibati akt – inzibati orqanın publisist hüquq sahəsində konkret-subyektiv xarakterli hüquqi münasibətlərin tənzimlənməsinə yönəlmiş və xaricə təsir gücünə malik olan, fiziki və ya hüquqi şəxslər üçün hüquq və vəzifələr müəyyən edən, dəyişdirən və ya ləğv edən bir tərəfli qaydada qəbul etdiyi qərar, sərəncam və ya digər hakimiyyət tədbiridir. Məhkəmənin hüquqi mövqeyinə görə, inzibati orqan tərəfindən həyata keçirilən yoxlama nəticəsində tərtib olunan akt, protokol və ya “yoxlama nəticələri üzrə qərar” kimi sənədlər özözlüyündə şəxsin hüquq və vəzifələrinə birbaşa təsir göstərmir. Bu sənədlər faktları qeydə alan, sübutları toplayan və yekun inzibati aktın qəbul edilməsi üçün əsas yaradan aralıq prosessual sənədlərdir. Şəxsin hüquqlarını məhdudlaşdıran, ona öhdəlik (məsələn, cərimə ödəmək, fəaliyyəti dayandırmaq və s.) yükləyən sənəd isə həmin aralıq sənədlər əsasında qəbul edilən yekun inzibati aktdır. Bu yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla inzibati orqanın üzərinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulması ilə bağlı məhkəmə aktlarına dair” # #### 2026-cı il tarixli ** nömrəli Qərarında formalaşdırılmış hüquqi mövqeyə tam uyğundur. Həmin qərarda da inzibati aktların yekun xarakter daşıması və şəxslərin hüquqlarına birbaşa təsir etməsi zəruriliyi vurğulanır. İş materiallarından göründüyü kimi, Qərardan şikayət verən orqan (şəxs) məhkəmədə AQTA-nın ## #### 2026-cı il tarixli, YPK/****-** nömrəli yoxlama nəticələri üzrə qərarını mübahisələndirmişdir. Lakin həmin yoxlama nəticələri əsasında AQTA tərəfindən eyni tarixdə, yəni ## #### 2026-cı il tarixdə, MN seriyalı ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərar da qəbul edilmişdir. Həmin qərarla Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-in 220.2, 220.5, 220.8 və 443-cü maddələri ilə təqsirli bilinərək barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. Məhz bu ikinci sənəd – inzibati tənbeh tətbiq etmə haqqında qərar Qərardan şikayət verən orqan (şəxs) üzərinə cərimə ödəmək öhdəliyi qoyan, onun hüquq və vəzifələrinə birbaşa təsir edən yekun inzibati aktdır və məhkəmə nəzarətinin predmeti yalnız bu akt ola bilərdi. Nəticədə, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İXM-in 135.1.1-ci maddəsinin tələblərini pozmuşdur. Həmin normaya əsasən, hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün mütləq əsasdır. Məhkəmə mübahisənin əsl predmetini - cərimə tətbiq etmə haqqında qərarın qanuniliyini – ümumiyyətlə araşdırmamışdır. Yuxarıda göstərilənlərə əsasən, apellyasiya instansiyası belə nəticəyə gəlir ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı qanunsuz və əsassızdır. - 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. - 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. - 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. İşin hallarının birinci instansiya məhkəməsi tərəfindən mahiyyəti üzrə araşdırılmadığını nəzərə alaraq, şikayət təmin edilməməli, apellyasiya məhkəməsi işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını zəruri hesab edir. Yeni baxış zamanı birinci instansiya məhkəməsi şikayətçiyə mübahisə predmetini dəqiqləşdirmək, yəni AQTA-nın ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət vermək hüququnu izah etməli və işə həmin tələb üzrə mahiyyəti üzrə baxmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-nin 133.2.8, 134.1.4, 135.1.1 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı və ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş materialları yenidən baxılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılsın. Barəsində inzibati xəta haqqında icraat aparılmış şəxs Qərardan şikayət verən orqan (şəxs) izah edilir ki, AQTA-nın ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli qərarından şikayət vermək hüququ vardır. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar