Məhkəmə qərarları › İş №3(3-6)-2233/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2233/2026

24.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2233/2026 24.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlunun, məhkəmə iclas katibi X3, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ## ### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin rəisi, R Rəşid Piriyev tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş TP ******* saylı, ## ### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixdə, saat təxmini 11:40-11:57 aralığında özünə məxsus “Ford Fusion” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Hüseyn Cavid prospektindən (Əzizbəyov parkının yanı) üzü Mikayıl Müşfiq küçəsi istiqamətinə hərəkət edərkən Bakı şəhər DYPI Yol patrul xidməti inspektoru R Rasim Kazımov tərəfindən saxlanılmışdır. Yol patrul inspektoru onun svetoforun qırmızı işığı yanandan sonra hərəkət etdiyini əsas gətirərək, məni IXM-nin 327.2- ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilərək 100 manat məbləğində cərimə edərək inzibati məsuliyyətə cəlb etmişdir. Həmçinin inspektor tərəfindən inzibati xəta törədilməsi ilə bağlı ##.##.2026-cı il tarixli IXP ******* nömrəli protokol tərtib edilmiş və inzibati tənbeh verinə haqqında ##.##.2026-cı il tarixli TP ******* nömrəli qərar qəbul edilmişdir. Qeyd edilən tarixdə və saat aralığında o, Hüseyn Cavid prospektində Əzizbəyov parkının yanındakı svetoforun yaşıl işığı yanan zaman artıq svetofora aid durma xəttini keçib üzü Mikayıl Müşfiq küçəsinə hərəkəti davam etdirmişdir. Bu şəbədən də həmin qərardan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilmişdir. Yasamal Rayon Məhkəməsinin icraatında olan inzibati xətalara dair *(*-***)-****/**** nömrəli iş üzrə Bakı şəhər DYPI tərəfindən təqdim edilmiş mənə məxsus “Ford Fusion” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ##.##.2026-cı il tarixdə, saat 11:57-də ünvan 1 ünvanında hərəkətini əks etdirən video görüntüyə baxış keçirilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş video görüntüdə ünvan 1 ünvanında “Ford Fusion ininik” markalı, 10- SY-786 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirməsi müəyyən edilməmişdir. Işin bu halları Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarında qeyd edilmişdir (səh. 2, səh.3). Nəticədə Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti qismən təmin edilərək, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhər DYPI tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş yenidən baxılması üçün DIN Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinə qaytarılması qərara alınmışdır. Məhkəmə qərarına əsasən Bakı şəhər DYPI tərəfindən işə yenidən baxılmış və ##.##.2026-cı il tarixdə, TP ******* nömrəli yeni qərarı qəbul edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, mən “Ford Fusion” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ##.##.2026-cı il tarixdə, saat 11:57-də ünvan 1 ünvanında svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirmişdir və nəticədə IXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinirək, 100 manat məbləğində cərimə edilmişdir. Görünür Bakı şəhər DYPI-si “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun, Inzibati Xətalar məcəlləsinin müdəalarına, həmçinin Məhkəmənin qərarında müəyyən edilmiş hallara məhəl qoymadan yenidən əsası olmayan qanunsuz qərar qəbul etmişdir. Belə ki, Bakı şəhər DYPI tərəfindən təqdim edilmiş və məhkəmədə tədqiq edilmiş video görüntüdə “Ford Fusion” markalı 10-SY786 dövlət qeydiyyat nişanlı avtomobilin svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirməsi müəyyən edilmir. Ona görə də ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsini xahiş edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilmiş, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin rəisi, R Rəşid Piriyev apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsi, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarında göstərilmişdir ki, inzibati xəta haqqında qərarı qəbul etmiş səlahiyyətli şəxsin nümayəndəsi Ramin ibayev şikayətin təmin edilməməsini xahiş edərək inzibati xətanı təsdiq edən görüntünün mövcud olmadığını bildirmişdir. Həmin nəticə ilə razılaşmırıq. Belə ki, foto və ya video görüntü inzibati xəta işləri üzrə əlavə sübut vasitələrindən biridir və onun mövcud olmaması özlüyündə inzibati xətanın baş vermədiyini göstərmir, inzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə sübutlar müxtəlif vasitələrlə, o cümlədən inzibati xəta haqqında protokolla, vəzifəli şəxsin bilavasitə müşahidəsi nəticəsində əldə edilmiş məlumatlarla və digər sənədlərlə müəyyən edilə bilər. Hazırkı iş üzrə yol patrul xidməti əməkdaşı tərəfindən inzibati xəta bilavasitə aşkar edilmiş, bu barədə qanunvericiliyin tələblərinə uyğun inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında inzibati tənbeh haqqında qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi isə yalnız video görüntünün mövcud olmamasına istinad etməklə digər sübutlara, xüsusilə də səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilmiş inzibati xəta faktına lazımi hüquqi qiymət verməmiş və sübutların məcmu halında qiymətləndirilməsi prinsipini nəzərə almamışdır. Birinci instansiya məhkəməsi sübutların qiymətləndirilməsi zamanı Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 76.1 və 84.1ci maddələrinin tələblərini tam tətbiq etməmişdir. Məhkəmə iş üzrə mövcud olan sübutları məcmu halında qiymətləndirmək əvəzinə, onların yalnız bir hissəsinə üstünlük vermiş və inzibati tənbeh haqqında qərarın əsaslandırılmasını kifayət qədər araşdırmamışdır. Məhkəmə qərarında göstərilmişdir ki, nümayəndənin izahatına əsasən inzibati xətanı təsdiq edən görüntü mövcud olmamışdır. Bununla yanaşı, qərarın əsaslandırıcı hissəsində məhkəmə eyni zamanda "səlahiyyətli dövlət orqanının nümayəndəsi tərəfindən təqdim edilmiş görüntünün inzibati xəta hadisəsini inkar etdiyi" nəticəsinə gəlmişdir. Qərarın bu hissəsi daxili ziddiyyət təşkil edir. Çünki görüntünün mövcud olmadığı qəbul edilirsə, həmin görüntünün məzmununa istinad edilməklə hüquqi nəticə çıxarılması mümkün deyildir. Bundan başqa, məhkəmə inzibati xəta haqqında protokola və inzibati tənbeh haqqında qərarın qəbul edilməsinin hüquqi əsaslarına ayrıca qiymət verməmiş, həmin sənədlərin hansı səbəbdən sübut kimi qəbul edilmədiyini kifayət qədər əsaslandırmamışdır. Inzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən sübutlar işin bütün hallarının məcmusuna əsasən qiymətləndirilməlidir. Məhkəmənin gəldiyi nəticə isə iş üzrə bütün sübutların hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmır. Bu səbəbdən hesab edirik ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı hesab edilə bilməz. Göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) törədilmiş inzibati xətaya görə birbaşa məsuliyyət daşıyır və yuxarıda göstərilən hallarla bağlı, hər hansı şübhələr və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında qərar qəbul edən səlahiyyətli orqan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin nümayəndəsi X2 şikayəti müdafiə edərək şikayətin təmin edilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarın ləğv edilməsini, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə baxışının yeri və vaxtı barəsində qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasında iştirak etmir. Məhkəmə tərəfin razılığı ilə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti iş üzrə materiallar ilə əlaqəli şəkildə araşdırıb, proses işştirakçısının izahatını dinləyərək, belə hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instaniya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Ilk növbədə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 173.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Qərardan görünür ki, ##.##.2026-cı il tarixdə saat 11.57-də Yasamal rayonu, Cəfərov qardaşları küçəsi 101 ünvanında Ford Fusion minik markalı ** SY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcı keçmə qaydalarını pozmaqla Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilmişdir. Iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası IXM-nin 327.2-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhər DYPI tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş yenidən baxılması üçün DIN Bakı şəhər Baş Polis Idarəsi DYP Idarəsinə qaytarılmışdır. Lakin iş yenidən araşdırılması üçün saləlahiyyətli orqana qaytarılsa da, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında yeni qərar qəbul edərkən yuxarda qeyd olunan qərardan göstərilən tələbləri yerinə yetirmədən, araşdırılma aparılmadan, barəsində inzibati xəta haqqından iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakını təmin edərək izahatı alınmadan və şəxs tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübutlar toplanılmadan qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qeyd edilən ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında protokol əsasında qəbul edilmiş qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası IXM-nin 327.2-ci maddəsinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər DYPŞ-nin nümayəndəsi təkzibedici sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə də həmin hadisənin baş vermə şəraiti qeyrimüəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamış, məhkəmə iclasında görüntü təqdim edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı şəxsin inzibati xəta törədib törətməməsini sübut etmək vəzifəsi səlahiyyətli dövlət orqanının üzərinə düşür. Indiki halda isə səlahiyyətli dövlət orqanının nümayəndəsi tərəfindən təqdim edilmiş görüntü Qərardan şikayət verən orqan (şəxs) istinad edilən inzibati xəta hadisəsinin törətməsini inkar edir. Belə olan halda məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) təqsiri Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədiyi üçün o, təqsirsiz hesab edilməli və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) inzibati xəta törətməsi faktı öz təsdiqini tapmadığından barəsində qanuni olaraq inzibati xəta haqqında icraata xitam verilmişdir. Qanunvericiliyin tələblərinə müvafiq olaraq qeyd edilməlidir ki, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla yanaşı qeyd edilməlidir ki, şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd edilir ki, məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, istər inzibati orqan, istərsə də məhkəmə tərəfindən şəxsin inzibati məsuliyyətə görə tənbeh edilməsinə dair qərarı qanuni və əsaslı olmalı, mümkün və mötəbər sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi müvafiq əsaslandırma olmadan, yalnız inzibati xəta hadisəsinin ərazidə xidmət aparan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin Yol Patrul Xidməti inspektoru sürücüsü tərəfindən aşkar edildiyinə istinad edərək müvafiq qərar qəbul etmişdir. Halbuki, təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində qərar qəbul edilmiş şəxsin üzərinə düşmür. Bu yük qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Göründüyü kimi, birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə gəldiyi nəticəni materialda olan sənədlərə, habelə qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün apellyasiya instansiyası məhkəməsi də onunla razılaşır və qeyd edir ki, verilmiş şikayət həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Odur ki, qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edərək məhkəmə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin - 3-cü maddəsinin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. - 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. - 327.2-ci madəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir. «Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # #### 2015-ci il qərarında qeyd edilir ki, dövlət orqanları insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırmasından çəkinməklə yanaşı cəmiyyətdə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi). Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən şikayət təmin olunmamalı və Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməsi, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi tərəfindən qəbul olunmuş ## ### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 174.1.1ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin rəisi, R Rəşid Piriyev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməsi, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi tərəfindən tərtib olunmuş ## ### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin rəisi, R Rəşid Piriyev tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar