Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2234/2026 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi – Əlizadə Xədicə Nahid qızının katibliyi, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs İmanov Natiq Əlimusa oğlunun iştirakı ilə, İmanov Natiq Əlimusa oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından İmanov Natiq Əlimusa oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi İmanov Natiq Əlimusa oğlu məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Gəncə- X12 ## #### 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, İXM 38.1-ci maddəsi ilə müəyyən edilmiş müddət ötürüldüyü üçün işin icraatına xitam verilməsi və ya materialların aidiyyatı üzrə baxılması üçün X11 Bakı şəhər İdarəsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən Mirsadiq Seyidov) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Gəncə-X12 ## #### 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Gəncə-X12 ## #### 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə İmanov Natiq Əlimusa oğluna İXM-in 555.1-ci maddəsi ilə tətbiq edilmiş 1.300 (bir min üç yüz) manat məbləğində inzibati cərimə azaldılaraq 1.000 (bir min) manat həddində müəyyən edilmişdir. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İmanov Natiq Əlimusa oğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin ##.##.2026-cı tarixli, *(****)****/**** saylı qərarının ləğv edilməsini, X11 GDRŞ-nin ##.##.2024 tarixli, MN ******* saylı qərarının ləğv edilməsini, İXM 38.1 maddəsi ilə müəyyən edilmiş müddət ötürüldüyü üçün işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hazırkı işə baxarkən dəfələrlə təxir eləmişdir ki, qanundan məsuliyyət müddəti 4 ay yox, 1 ildir. O, hər dəfə bildirmişdir ki, bu xəta idarəçilik əleyhinə inzibati xətadır və burada müddət 1 il yox, 4 aydır. İşin mahiyyəti ilə bağlı bildirir ki, X11ynar xəttinə telefonla məlumat vermiş, lakin bunu sübut edəcək sənədi yoxdur. X9 avtomobili dərəyə aşırması ilə əlaqədar yol-nəqliyyat hadisəsi ##.##.2023 tarixdə baş vermiş və Müfəttişiyə məlumat dərhal verilməli idi. Ehtimal edək, o, məlumat verməmişəm. Bu halda haqqımda protokol tərtib edilməli idi və 4 ay ərzində tənbeh edilməli idim. İnzibati orqan isə hadisədən 4 ay, 18 gün sonra müddəti ötürməklə onu tənbeh etmişdir. Nəzərə alsa ki, tənbeh olunduğu İXM 555-ci maddəsi idarəçilik əleyhinə inzibati xətadır (İnzibati Xətalar Məcəlləsi Fəsil 39). İXM maddə 38-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Bununla yanaşı hesab edir ki, X11 GDRŞ ümumiyyətlə hazırkı inzibati işə baxa bilməz, qərar verə bilməzdi. Çünki şirkəti ünvan 1 ünvanında qeydiyyatdadır. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan İmanov Natiq Əlimusa oğlu apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin ##.##.2026-cı tarixli, *(****)****/**** saylı qərarının ləğv edilməsini, X11 GDRŞ-nin ##.##.2024 tarixli, MN ******* saylı qərarının ləğv edilməsini, İXM 38.1 maddəsi ilə müəyyən edilmiş müddət ötürüldüyü üçün işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları və hüquqi məsələlər: İnzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarından verilən şikayətə baxılarkən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarının qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Gəncə-X12 rəisi X6 tərəfindən qəbul edilmiş ## #### 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, AR ƏM-nin 217.4cü maddəsinin tələbi pozularaq “xxxx” QSC-nin işçisi X2 iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə işəgötürən tərəfindən DƏMX və onun yerli bölmələrinə məlumat verilməmiş, nəticədə İmanov Natiq Əlimusa oğlu tərəfindən Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmiş, həmçinin İmanov Natiq Əlimusa oğlu Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyinə görə barəsində 1300 (min üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Gəncə-X12 tərəfindən “xxxx” QSC-nin rəhbərliyinə ünvanlanmış ## ###### 2024-cü il tarixli, *-**-*/*****/**** nömrəli məktubdan görünür ki, məktubun mətni “X2 “xxxx” QSC-də əmək haqqısının ödənilməməsi və ##.##.2023-cü il tarixdə saat 05:30 radələrində Cəmiyyətə məxsus avtomobillə yol-nəqliyyat qəzası nəticəsində xəsarət alması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsinə ünvanladığı müraciətinə Xidmətin Gəncə-X12ndə baxılır. Odur ki, müraciətə baxılması üçün “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinin tələbinə əsasən aşağıda qeyd olunan zəruri sənədlərin surətlərini və müraciətlə əlaqədar cavab məktubunu 7 (yeddi) iş günündən gec olmayaraq təqdim etməyiniz, eyni zamanda zərərçəkənlərin, hadisə şahidlərinin və cəmiyyətin aidiyyəti səlahiyyətli vəzifəli şəxslərinin qısa müddətdə Şöbədə (Gəncə şəhəri, Atatürk prospekti, 269/509A, Əlaqə: 022 256-74-94) iştiraklarını təmin etməyinizi xahiş edirəm. 1. zərərçəkənlə bağlanmış yazılı əmək müqaviləsi, əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi, əmək funksiyası. 2. zərərçəkənin əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair keçirilən təlimat (giriş, ilkin və təkrar) jurnallarından, biliklərin yoxlanması protokollarından çıxarışlar. 3. zərərçəkənin 2023-cü ilin noyabr, dekabr ayları üzrə əmək haqqının ödənilməsi cədvəli (bank çıxarışı), iş qrafiki, iş vaxtının uçotu tabeli və işə davamiyyət jurnalı” məzmunda olmuşdur. Təhqiqatçı tərəfindən hazırlanmış arayışdan görünür ki, ##.##.2023-cü il tarixdə saat 07:15-də Göygöl rayonu Mərkəzi Xəstəxanadan həkim Kərəmli Göygöl RPŞ-yə məlumat verərək, Tovuz rayonu, Aşağı Quşçu kəndində yaşayan X1 “sol döş qəfəsi və qarın nahiyyəsinin küt travması, bədənin müxtəlif nahiyyələrinin səthi sıyrıqları” diaqnozu ilə xəstəxanaya daxil olmuşdur. Daxil olmuş məlumat əsasında hadisə yerinə gedilmiş və qəza baş verən yer müayinə olunaraq fotoşəkillər çəkilmiş, sxem və protokol tərtib edilmişdir. Araşdırma zamanı izahatı alınmış X2 izahatında göstərmişdir ki, 2023-cü ilin aprel ayının 17-dən Göygöl rayonu, Kərəmli kəndində yerləşən “xxxx” MMC-də sürücü işləyir. Şirkətə məxsus Hova markalı yük avtomaşını ilə hər gün 19:00-dan 07:00-dək Göygöl rayonu, Tülalılar kəndindən Daşkəsən rayonu, Çovdar kəndində yerləşən qızıl mədəninə filiz-torpaq daşıyır. ##.##.2023-cü il tarixdə təxminən saat 06 radələrində Tülallar kəndindən yüklü vəziyyətdə gələrkən üzü yenişdə hərəkət edərkən maşının sürətini almaq üçün əyləci sıxanda, tormoz tutmamış dərhal əl əyləcini çəkmiş, lakin avtomaşını saxlaya bilməmiş və döngədə avtomaşının təkəri dərəyə düşərək aşmışdır. Nəticədə sinə və kürək nahiyyəsi əzilmişdir. Araşdırma zamanı şirkətə məxsus Hova markalı avtomobildə tormoz nasazlığının olması öz faktı öz təsdiqini tapmamış və toplanmış materialda cinayət hadisəsi olmadığından toplanmış material üzrə cinayət işi başlanılması rədd edilmişdir. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” ## ###### 2023-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi yeri Göygöl rayonu, Tülalılar yolunun 4+500cü km-dir. Yolun hərəkət hissəsi eniş, örtüyün növü çınqıllı döşəmə, örtüyün vəziyyəti quru, yol örtüyünün eni 12 metrdir. Hərəkət zolaqlarının sayı 1, hərəkət hissəsinin eni 6 metrdir. Hərəkət hissədə nişanlama xətti yoxdur. Hərəkət hissələri hərəkət zolağına bölünməmiş, hərəkət hissəsinin kənarında dönmə istiqamətini göstərən nişan vardır. Yol elementlərinin ölçüləri yoxdur. Hərəkət hissəyə birləşir: sağdan yuxarı döngədə dağ, aşağı döngədə qəza baş verən döngədə köbə daşları, dərinliyi 25 m olan dərə, soldan torpaq təpəcik, soldan meşə zolağı. Hərəkətin nizamlama üsulu yolun istiqaməti. Yol nişanları zonası – qəza baş verən yerdə dönmə istiqamətini göstərən. Yol işıqlandırılmır. Sürücü yerindən faraların işığında görünüş məsafəsi: uzaq işıqda 70 m, yaxın işıqda 50 m, gün işığında 70 m. Sürücünün hərəkət etdiyi zolaqla kabinadan sahəni gözlə qavramaq qabiliyyəti: sağa tərəf 70 m, sola tərəf 70 m. Toqquşma yeri və ya yerləri, hərəkət hissəsinin kənarına və bir-birinə nəzərən koordinatları: hərəkət hissəsi yenişli perevaldır, birinci döngə ilə ikinci döngə (qəza baş verən yer) arasında 70 m məsafə vardır, yolun eni 10 m, döngələrdə 12 m-dir. Toqquşan nəqliyyat vasitələrinin sayı bir, toqquşan nəqliyyat vasitələrinin hadisədən əvvəlki hərəkət istiqamətləri Tülalılar yolunun yuxarı hissəsindən aşağıya doğru. Aşma (maneəni vurma) yeri, hərəkət hissəsinin kənarına və bir-birinə nəzərən koordinatları: aşma yeri yoldan (döngədən) dərəyə 15 m. Hadisə yerində nəqliyyat vasitələrinin vəziyyəti: nəqliyyat vasitəsi dərədən aşaraq kabinə hissəsi əzilmiş, qabaq alın şüşəsi yerindən çıxaraq kənara düşmüş, nəqliyyat vasitəsi aşmış vəziyyətdədir. Şinlərin izləri yolda aşkar edilmədi, təkərin istiqaməti düzünə konturla müşahidə olunur. Tormozlama izləri müşahidə olunmadı. Nəqliyyat vasitəsi birinci aşırımdan üzü yenişə gələrək istiqamətini dəyişmədən düzünə hərəkətlə ikinci aşırımda dərəyə düşmüşdür. Nəqliyyat vasitəsinin kabinəsi əzilmiş, qabaq alın şüşəsi sınaraq kənara düşmüşdür. Nəqliyyat vasitəsi dərədən aşaraq ağaclara ilişib dayanmışdır. Digər izlər aşkar edilmədi. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X3 “xxxx” X3 tərəfindən X11 Xidmətinin Gəncə-X12nə ünvanlanmış ## ###### 2024-cü il tarixli, **-*- **/*-**/**** nömrəli məktubdan görünür ki, X2 ##.##.2023-cü il tarixdə saat 06:50 radələrindo Göygöl RMX PHŞ X4 bölməsinə “Sol döş qafası və qarın nahiyəsinin küt travması, badənin müxtəlif nahiyəsinin səthi sıyrıqları” diaqnozu İlə müraciət etmişdir. Xəstəyə ambulator tibbi yardım göstərilmişdir. xxxxnda X2 adına “əmək qabiliyyətinin müvəqqəti olmaması vərəqəsi” açılmamışdır. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” ## ###### 2024-cü il tarixli qərardan görünür ki, “xxxx” MMC-də sürücü işləyən X2 01.11.2024cü il tarixdə təxminən saat 06 radələrində işdə olan zaman ona təhkim olunmuş **-JG-*** d.q.n-h HOWO markalı Özüboşaldan yük avtomobili ilə Göygöl rayonu Tülalılar kəndindən Daşkəsən rayonu Çovdar kəndində yerləşən qızıl mədəninə filiz-torpaq daşıyarkən Tülallar kəndinin 4+500 km-də idarəetməni itirmiş, nəticədə sol döş qəfəsi və qarın nahiyyəsinin küt travması bədənin müxtəlif nahiyyələrinin səthi sıyrıqları” xəsarətləri alması barədə toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanması rədd edilməlidir. Lakin sonuncu tərəfindən Azərbaycan Respublikası IXM-mi 327.1-ci maddəsinin tələbi pozulduğuna görə barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Göygöl RPŞ-nin DYPB-yə həvalə edilməlidir. Göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, sürücü X10 barəsində İnzibati qaydada tənbeh tədbirləri görülməsi üçün qərarın surətinin aidiyyəti üzrə Göygöl RPŞ-nin DYPB-yə verilməsi, qəbul edilmiş qərarın surətinin maraqlı şəxslərə göndərilməklə qərardan narazı qaldıqları halda Göygöl rayon prokurorluğuna, yuxarı prokurora və məhkəməyə şikayət etmək hüququna malik olmalarının izah edilməsi, qəbul edilmiş qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi, toplanmış materialın arxivdə saxlanılması üçün Göygöl RPŞ-nin dəftərxanasına təhvil verilməsi qərara alınmışdır. X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətində verdiyi ##.##.2024-cü il tarixli izahatından görünür ki, X2 həmin izahatında göstərmişdir ki, ##.##.2023-cü il tarixdə Göygöl rayonu, Tülalılar kənd ərazisində idarə etdiyi yük avtomobili ilə hərəkətdə olarkən, əyləc nasazlığı ilə əlaqədar idarəetməni itirərək avtomobili dərəyə aşırmışdır. Daha sonra işlədiyi Cəmiyyətə məxsus tibb məntəqəsinə, oradan da səhhətinin ətraflı yoxlanılması məqsədi ilə “xxxx” PHŞ-ə aparılmış, həkimlərin müayinəsindən sonra evə buraxılmışdır. X2 yol-nəqliyyat hadisəsi törətdiyi yük avtomobili yararsız olduğundan Cəmiyyətin rəhbərliyinin göstərişi ilə ##.##.2023-cü il tarixədək iş yeri və əmək haqqısı saxlanılmaqla əmək funksiyasına cəlb edilməmişdir. Lakin əmək haqqı gec ödənildiyindən əsəbiləşərək əmək hüququnun pozulması ilə bağlı Cəmiyyətdən şikayət etmişdir. Hadisə nəticəsində xəsarətinin olmadığı, “əmək qabiliyyətinin müvəqqəti itirilməsi vərəqəsi” açılmadığı və Cəmiyyətdən heç bir tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” Birliyi X3 Göygöl Rayon Şöbəsi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Gəncə-X12 rəisinə ünvanlanmış ## #### 2024-cü il tarixli, *** nömrəli məktubdan görünür ki, vət. X2 RPŞ-nin, TB-nin təhqiqatçısı, R Elçin Dünyamalıyevin ##.##.2023-cü il tarixli HKI/** nömrəli qərarı əsasında ##.##.2024-cü il tarixdə «MTE və PA» Birliyinin PHŞ-nin Göygöl rayon şöbəsində məhkəmə tibbi ekspertizadan keçirilmişdir. Məhkəmə tibbi müayinə zamanı onun bədən səthində xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Gəncə-X12 tərəfindən məhkəməyə ünvanlanmış ## #### 2026-cı il tarixli, *-**- */*-*****/**** nömrəli məktubdan görünür ki, məktubun mətni “Sizin, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan İmanov Natiq Əlimusa oğlunun Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə qəbul edilmiş ##.##.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxılması ilə əlaqdar şikayətçinin məhkəmə iclasında verdiyi izahatında göstərilən halların obyektiv araşdırılması və şikayətə qanunamüvafiq qaydada baxılması üçün ##.##.2024-cü ıl tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə aid bütün materialların, o cümlədən inzibati xəta haqqında protokolun, araşdırma materiallarının, bildiriş və çağırış sənədlərinin, komissiyanın yaradılması və fəaliyyəti ilə bağlı sənədlərin, habelə iş üzrə digər aidiyyəti sənədlərin ##.##.2026-cı il tarixədək məhkəməyə təqdim edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığınız məktuba aidiyyəti üzrə Nazirlik yanında X11 Xidmətinin Gəncə-X12ndə baxılmışdır. Bildiririk ki, sözügedən qərar vətəndaş X2 “xxxx” Qapalı Səhmdar Cəmiyyətində əmək haqqısının ödənilməməsı və iş vaxtı idarə etdiyi avtomobil ilə Göygöl rayonu, Tülalılar kənd ərazisində yol-nəqliyyat qəzası nəticəsində xəsarət almağı barədə ##.##.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsinə etdiyi müraciəti ilə əlaqədar müraciətçi ilə baş vermiş bədbəxt hadisənin Xidmətin Gəncə-X12 xidməti ərazisində baş verdiyi üçün aidiyyəti üzrə Gəncə-X12ndə araşdırılması zamanı qəbul edilmişdir. X2 ##.##.2024-cü ildə Şöbədə verdiyi növbəti izahatında bildirmişdir ki, ##.##.2023-cü il tarixdə Göygöl rayonu, Tülalılar kənd ərazisində idarə etdiyi yük avtomobili ilə hərəkətdə olarkən, əyləc nasazlığı ilə əlaqədar idarəetməni itirərək avtomobili dərəyə aşırmışdır. Daha sonra işlədiyi Cəmiyyətə məxsus tibb məntəqəsinə, oradan da səhhətinin ətraflı yoxlanılması məqsədi ilə “xxxx” PHŞə aparılmış, həkimlərin müayinəsindən sonra evə buraxılmışdır. X2 yolnəqliyyat hadisəsi törətdiyi yük avtomobili yararsız olduğundan Cəmiyyətin rəhbərliyinin göstərişi ilə ##.##.2023-cü il tarixədək iş yeri və əmək haqqısı saxlanılmaqla əmək funksiyasına cəlb edilməmişdir. Lakin əmək haqqı gec ödənildiyindən əsəbiləşərək əmək hüququnun pozulması ilə bağlı Cəmiyyətdən şikayət etmişdir. Hadisə nəticəsində xəsarətinin olmadığı, “əmək qabiliyyətinin müvəqqəti itirilməsi vərəqəsi” açılmadığı və Cəmiyyətdən heç bir tələbinin olmadığını bildirmişdir. Eyni zamanda X2 ##.##.2024-ci il tarixli ************* nömrəli notariat qaydada təstiq olunmuş ərizəsi ilə müraciətinin araşdırılmasının dayandırılmasını xahiş etmişdir. Bədbəxt hadisənin baş vermə faktı barədə işəgötürən – “xxxx” QSC-nin rəhbərliyi tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına - X14 Xidmətinə və ya onun yerli bölmələrinə məlumat verilməmişdir. Bu səbəbdən tərəfimizdən inzibati xətaya yol verən “xxxx” QSC-nin direktoru İmanov Natiq Əlimusa oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 555.1ci maddəsinə əsasən, ##.##.2024-cü il tarixli MN******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq iş üzrə icraata başlanılmış və ##.##.2024-cü il tarixli MN******* nömrəli qanunvericiliyə uyğun qərar qəbul edilmişdir. Hadisə nəticəsində X2 əmək qabiliyyətini bir gündən artıq müddətə itirmədiyindən və ya tibbi rəy əsasında gündən artıq müddətə başqa işə keçirilmədiyindən baş vermiş hadisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2000-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 2.6-cı bəndinə əsasən, İZ formalı aktla rəsmiləşdirilməmiş və uçota alınmamışdır. Qeyd edilən məsələ ilə əlaqədar araşdırma zamanı toplanmış sənədlər məlumat üçün Sizə təqdim edilir” məzmunda olmuşdur. Məhkəmə verilmiş şikayətlə razılaşmayaraq qeyd edir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən qanunvericiliyin tələblərinə əməl edilmiş, İmanov Natiq Əlimusa oğlu tərəfindən “xxxx” QSC-nin işçisi X2 iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə barədə DƏMX-nə həmin gün məlumat verilməməsi təsdiq edilmiş, bununla da şikayətçinin İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Gəncə-X12 tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə - min manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla İmanov Natiq Əlimusa oğlu tərəfindən inzibati xətanın törədilməsi faktı öz təsdiqini tapmışdır. Apellyasiya şikayətinin dəlilləri müdafiə xarakterli olmaqla əsassızdır, inzibati xəta törətmiş şəxsi məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. Odur ki, şikayətin dəlilləri əsassız olmaqla, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinin hüquqi əsasını təşkil etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, birinci instansiya məhkəməsi İmanov Natiq Əlimusa oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətinin olması barədə qanuni, əsaslı və düzgün nəticəyə gəlmiş və ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 1000 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Şikayətdə göstərilənlər qərarın ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALIR: İmanov Natiq Əlimusa oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz. Hakim: Zəfər Əhmədov
Məhkəmə qərarları › İş №3(3-6)-2234/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2234/2026
27.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver