Məhkəmə qərarları › İş №3(3-6)-2236/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2236/2026

24.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2236/2026 24.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseynov Telman Qulaməli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Feyzullzadə Əli Elşən oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin nümayəndəsi nümayəndə1 iştirakı ilə, AR DİN Bakı şəhər X1 İdarəsinin ## ### 2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikası DİN-in Bakı şəhər BPİ X1 İdarəsi tərəfindən verilmiş şikayət üzrə işə apellyasiya icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baхaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim X3) *(*-***)-****/**** saylı, ##.##.2026cı il tarixli qərarı ilə, ## ###### 1992-ci ildə Kəlbəcər rayonu, Abdullauşağı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 13-cü Badamdar küçəsi, ev 14, mənzil 1 ünvanında qeydiyyatda olan Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilmiş, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 342.1.3-cü maddəsi ilə Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İşin halları: Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər DYPİ-nin ## ### 2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə İXM-nin 342.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 manat məbləğində inzibati cərimə olunmuşdur. Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət edərək Bakı şəhər DYPİ-nin ## ### 2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati icraata xitam verilməsini xahiş edilmişdir İş üzrə yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan Bakı şəhər BPİ X1 İdarəsi şikayət verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026cı il tarixli qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-in 342.1.3-cü maddəsinə əsasən qəbul edilmiş ## ### 2026-cı il tarixli, TP ******* nömrəli tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) dövlət qeydiyyat nişanını öz yerindən çıxararaq avtomobilin görünməyən hissəsinə bağlamışdır. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ## ####### 2015-ci il tarixli qərarı ilə təsdiqlənmiş və ## ###### 2015-ci il tarixdə qüvvəyə minmiş dövlət standartlarının tələbləri məcburidir. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yalnız mövcud olması ilə deyil, həm də mövcud olan standartlara uyğun və quraşdırılması nəzərdə tutulan yerə bağlanılması ilə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə xidmət edir. Lakin dövlət qeydiyyat nişanının konstruktiv yerdən kənarda quraşdırılması onun identifikasiyasında çətinlik yaratmaqla qanunvericilikdə nəzərdə tutulmuş tələblərin pozulmasına səbəb ola bilər. Bu baxımdan məhkəmə dövlət qeydiyyat nişanının zavod konstruksiyasına, texniki tələblərə və dövlət qeydiyyat nişanının quraşdırılması qaydalarına uyğun olub-olmamasını yoxlamamışdır. Məhkəmə əvvəlki illərdə çıxarılmış məhkəmə qərarlarına istinad etmişdir. Halbuki hər bir inzibati xəta hesab edilən hadisə üzrə konkret şəxsin təqsiri və inzibati xəta tərkibinin olubolmaması işin hallarına uyğun qiymətləndirilməlidir. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini müdafi edərək onun məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətində səlahiyyətli orqan hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edilərək tələbi İXM-in 135.1.2 və 135.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. İXM-in 135.1.2 və 135.1.3-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş olunsa da, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, İXM-in 75, 76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq sənədləri, izahatı sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək şikayəti təmin etmişdir. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda qərarın məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati tənbehvermə haqqında qərar “dövlət qeydiyyat nişanlarından birinin yerində olmaması” əsası ilə tərtib edilmişdir. Halbuki işin hallarından görünür ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin idarə etdiyi "Audi A4” markalı avtomobildə dövlət qeydiyyat nişanı mövcud olmuşdur. Bu səbəbdən işin faktiki halları baxımından dövlət qeydiyyat nişanının ortada deyil, sağda yerləşməsi “dövlət qeydiyyat nişanlarından birinin yerində olmaması” kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, səlahiyyətli orqanın nümayəndəsi apellyasiya qaydasında işə baxılarkən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən idarə edilən avtomobilə dövlət qeydiyyat nişanının quraşdırılması nəzərdə tutulmuş yerdə deyil, sağ tərəfdə quraşdırıldığı, nəticədə, onun tərəfindən dövlət standartlarının tələblərinin pozulduğu qeyd etsə də, konkret olaraq Qərardan şikayət verən orqan (şəxs) tərəfindən konkret olaraq “Dövlət standartları və təsnifatı”nın hansı bəndinin pozulması halını göstərə bilməmişdir. Bununla yanaşı, barəsində inzibati xəta üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi avtomobilin texniki konsruksiyası baxımından dövlət qeydiyyat nişanının ortada yerləşdirilməsinin mümkün olmamasını, əvvəllər də onun barəsində eyni əsasla inzibati tənbehvermə haqqında qərar qəbul edilməsini, lakin məhkəmə qaydasında həmin qərarın ləğv edilərək inzibati xəta üzrə icraata xitam verilməsini bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin edilməməsi qənaətinə gələrkən o halı da nəzərə alır ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs avtomobilin texniki konsruksiyası baxımından dövlət qeydiyyat nişanının ortada yerləşdirilməsinin mümkün olmamasını bildirsə də, səlahiyyətli orqan bunun əksini təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. İXM-nin 342.1.3-cü maddəsinin tələblərinə görə dövlət qeydiyyat nişanlarından birinin yerində olmamasına və ya mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsinin idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Kollegiyasının ## ####### 2015-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Dövlət standartları və təsnifatı”nın: 2.4-cü bəndinə əsasən dövlət qeydiyyat nişanları elə tərtib olunmalıdır ki, hərəkətdə olmayan nəqliyyat vasitəsinin oxu üzrə dayanmış müşahidəçi onu gündüz, aydın havada məsafədən dəqiq oxuya bilsin. 2.5-ci maddəsinə əsasən dövlət qeydiyyat nişanları hər bir avtonəqliyyat vasitəsinin qabaq və arxa hissəsində, motosikllər, traktor və qoşquların isə yalnız arxa hissəsində onların orta üfüqi kəsiyinə perpendikulyar olaraq, vertikal vəziyyətdə bərkidilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 2-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bu baxımdan məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) xətanı törətməkdə təqsirli bilinməsi inzibati xətalar qanunvericiliyin tələblərinin, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olardı. Birinci instansiya məhkəməsi inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq tərəfin şikayətini təmin edərək inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir. Şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. AR DİN Bakı şəhər X1 İdarəsinin ## ### 2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar