Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2237/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ilə Şahid arasında işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmaması səbəbindən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.500 manat məbləğində cərimə edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) həmin qərarı məhkəmə qaydasında mübahisələndirmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim S.N.Nəsibov) ## #### 2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti apellyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv olunmasını və səlahiyyətli orqanın qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, X2 Xidməti iş üzrə səlahiyyətli orqan kimi qanun pozuntusunun və işçinin hüquqlarının bərpası məqsədilə üzərinə düşən bütün vəzifələri qanuni və şəffaf şəkildə icra etmişdir. Məhkəmə isə X2 Xidmətindən fərqli olaraq iş materiallarına qiymət vermədən və araşdırmadan, naməlum səbəblərdən inzibati xəta törətmiş şəxsi əsassız və qərəzli şəkildə müdafiə etmək məqsədi ilə ümumiyyətlə inzibati xəta tərkibinin olmadığını irəli sürüb işçinin hüquqlarını pozan və qanuna zidd olan qərar qəbul etmişdir. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 11.3-cü maddəsinə əsasən icbari sığorta müqaviləsinin bağlanılmayaraq İXM-in 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əsas obyekti olan maliyyə və sığorta qanunvericiliyinə, habelə əlavə obyekti sayılan əmək qanunvericiliyinə ziyan vurulmuşdur. İnzibati xəta tərkibinin obyektiv cəhəti Qərardan şikayət verən orqan (şəxs) tərəfindən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl edilməyərək “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 34-1-ci maddəsində nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanılmasını təmin etməməkdə (hərəkətsizliklə) ifadə olunmuşdur. Apellyasiya baxışı zamanı Şahid izahat verərək bildirmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) ilə əmək müqaviləsi əsasında fəhlə kimi işləmişdir. Əmək fəaliyyəti 3- 4 ay çəkmiş, sonradan isə işləri alınmadığından oradan ayrılmışdır. 300 manat maaş alırdı. İşdən çıxanda ərizə yazmamışdır. Sonuncu dəfə hansı tarixdə maaş aldığını xatırlamır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında X2 Xidmətinin nümayəndəsi Əliyev Elçin İsmayıl oğlu şikayətin dəlillərinə uyğun çıxış edərək, təmin olunmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Apellyasiya instaniyası məhkəməsi inzibati iş üzrə verilmiş şikayəti və şikayətə əlavəni (bunda sonra şikayət) toplanmış iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə, şikayət təmin edilməli və inzibati iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv olunaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayətlə bağlı inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prossesual hüquq normalarının tələbləri baxımından əsaslı saymır və aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli yoxlayaraq qeyd edir ki, məhkəmə tərəfindən işin faktiki hallarına uyğun olmayan qərar qəbul edilmişdir. Bu əsnada, apellyasiya instansiyası məhkəməsi, inzibati orqanın şikayətinə münasibətdə, inzibati xəta faktının subyektə münasibətdə müəyyən edilməsi ilə bağlı kifayət qədər dəlillərin mövcudluğunu və inzibati xəta faktını istisna edən halların iş üzrə müəyyən olunduğunu nəzərə alır və inzibati icraatda tədqiq olunmuş sənədləri və şikayəti hərtərəfli, tam və obyektiv araşdıraraq qeyd edir ki, işin müəyyən olunmuş faktiki hallarına əsasən inzibati xəta faktını təsdiq edən əsaslar mövcuddur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinə əsasən “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1.1-ci maddəsinə əsasən, hüquqi şəxslər və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən, işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir. Şikayətin dəlilləri və mövcud qanunvericiliyin tələbləri ilə müqayisədə, birinci instansiya məhkəməsi araşdırılmış sübutlara və iş materiallarına düzgün hüquqi qiymət verməmiş, xətanın mövcudluğuna işarə edən halları və Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə inzibati msuliyyətə cəlb olunması xüsusda inzibati icraatın xüsusiyyətlərini düzgün təhlil etməmiş və zəruri məlumatları qanunun tələbləri ilə əlaqəli şəkildə işin faktiki hallarına uyğun qiymətləndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi, şikayətin dəlillərinə və işdə olan sənədlərin tədqiqinə əsasən, inzibati xəta faktının subyektə münasibətdə müəyyən edilməsi ilə bağlı kifayət qədər dəlillərin mövcudluğunu və inzibati xəta faktını istisna edən halların iş üzrə müəyyən olunmadığını nəzərə alır. Apellyasiya baxışı zamanı, birinci instansiya məhkəməsinin hüquqi mövqeyindən fərqli olaraq, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini şərtləndirən qanuni əsaslar iş üzrə müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlilləri ilə bağlı xüsusda və inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına münasibətdə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına qanunla müəyyən olunmuş qaydada xitam verilməsinə əsaslar müəyyən etmir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarına əsasən, inzibati orqan tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş inzibati xəta haqqında protokol əsaslı olmuş və tədqiq edilmiş sənədlərlə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətə münasibətdə, Qərardan şikayət verən orqan (şəxs) inzibati xəta haqqında iş üzrə təqsirinin işdə olan müvafiq məlumatlarla və sənədlərlə təsdiq olunduğunu nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi, inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən, bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ## ##### 2026-cı il tarixli arayışından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Şahid ##.##.2022-##.##.2023-cü il tarixləri üzrə sonuncu dəfə 2023-cü ilin fevral ayında 350 manat məbləğində əmək haqqı ödənilmişdir. İnzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta etməyərək, qanunvericiliklə onun üzərinə qoyulmuş öhdəliklərə əməl etməmiş, bununla da əmək qanunvericiliyinin tələblərini pozaraq inzibati xətaya yol vermiş və ##.##.2025-ci il tarixdə X2 Xidməti tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutan MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin və informasiya infrastrukturunun kibertəhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Göründüyü kimi, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı ##.##.2022-##.##.2023-cü il tarixlərdə törətmiş, ##.##.2025-ci il tarixdə isə barəsində inzibati tənbeh verilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38, 145.1.6 və 146.1-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstiusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, inzibati xəta haqqında protokol əsasən inzibati xətalar haqqında iş üzrə icraatın başlanmasını təsdiqləyən sənəd olmaqla, özündə işin həlli üçün zəruri olan məlumatları əks etdirməli və inzibati xətalar qanunvericiliyinin tələblərinə müvafiq qaydada və müddətdə tərtib edilməlidir. İnzibati Xətalar Məcəlləsinin müddətin keçməsinə görə məsuliyyətdən azad etməni nəzərdə tutan 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Dairəsi həmin maddədə müəyyən edilmiş bəzi inzibati xətaların törədilməsinə görə isə bu müddət bir il təşkil edir. İnzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, məhz həmin müddət ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. Həmçinin İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə müvafiq olaraq inzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir. Göründüyü kimi, inzibati tənbehin tətbiq edilməsi qanunvericilikdə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlbetmə müddəti ilə şərtləndirilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2016-cı il # ###### tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.3-cü maddəsinin bəzi müddəalarının, 158.4 və 290.3-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. CPM-də nəzərdə tutulmuş prosessual müddətlərə riayət edilməməsi həyata keçirilmiş bu və ya digər prosessual hərəkətin əhəmiyyətinin, əldə olunmuş sübutların mötəbərliyinin itirilməsinə və şəxsə dəymiş ziyana görə kompensasiya almaq hüququnun yaranmasına səbəb ola bilər. Buna görə də prosessual müddətlərə riayət etmək ilk növbədə cinayət prosesini həyata keçirən orqanların vəzifəsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci madəsinin tələbinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Odur ki, yuxarıda qeyd olunan xüsusatlara və qanunvericiliyin tələblərinə əsasən, şikayət təmin olunmalı, Qərardan şikayət verən orqan (şəxs) barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə təqsirli bilinməli və inzibati tənbehin tətbiq edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 128, 133, 134, 135 və 136-cı maddələrini rəhbər tutaraq apellyasiya İnstaniyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə təqsirli bilinsin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən ##.##.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsasında Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdığına görə xitam verilsin. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2237/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2237/2026
19.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver