Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2238/2026 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) direktoru X9 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MMC tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqdim edilmiş materiallardan görünür ki, protokolu tərtib edən orqan2 Cinayət təqibindən kənar İcraatlar idarəsi tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına dair ##.##.2026-cı il tarixli qərar əsasında toplanmış material baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə “xxxx” MMC İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, hüquqi şəxs qismində barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından hüquqi şəxs “xxxx” MMC apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilsin və "xxxx" MMC-nin əməlində İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi sübuta yetirilmədiyindən, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş hüquqi şəxs “xxxx” MMC-nin direktoru X9 tərəflərindən verilmiş şikayətin dəlillərinə uyğun şəkildə çıxış edərək şikayətin təmin edilməsini və qərarın ləğv edilməklə inzibati xəta haqqında iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olmuş protokolu tərtib edən orqan2 Cinayət təqibindən kənar İcraatlar idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Apellyasiya instansiyası məhkəməsi şikayətə prokurorluğun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ##.##.2025-ci il tarixli müqavilədən görünür ki, “xxxx” MMC ilə “GÜVƏN CONSTRUCTİON” MMC arasında xidmət müqaviləsi imzalanmışdır. ##.##.2026-cı il tarixli protokoldan görünür ki, protokolu tərtib edən orqan2 Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru, R X1 tərəfindən inzibati xəta haqqında iş üzrə icraat materialı üzrə ## #### 2026-cı il tarixdə 11:23 saatdan 12:49 saatadək “X16 Sisteminin “Elektron sorğu” bölməsində X5, X2 və X3 əmək müqaviləsi məlumatlarına baxış keçirilmiş və baxış aparılan zaman X5 və X2 adına ##.##.2025-ci il tarixdən usta vəzifəsi üzrə “xxxx” MMC ilə əmək müqaviləsi aşkar edilmiş, X3 adına isə qeyd edilən şirkət ilə əmək müqaviləsi aşkar edilməmişdir. ##.##.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, hüquqi şəxs – “xxxx” MMC-nin onu təmsil etmək və adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi - direktoru X9 MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı halda həmin tələbləri pozaraq, əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslər X5 və X2 2025-ci ilin avqust ayının ortalarından ##.##.2025-ci il tarixədək, X3 isə 2025-ci ilin sentyabr ayının ortalarından ##.##.2025-ci il tarixədək Laçın rayonu ərazisində yaşayış evlərinin təmiri və bərpası işlərində usta kimi işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Həmin qərara əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. ##.##.2026-cı il tarixli izahat məktubundan görünür ki, X4, X5 və X2 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC və “xxxx” MMC şirkətlərindən (firmalarından) olan bütün növ ödənişləri (görülmüş işlərə, xidmətlərə və ya digər əsaslara görə bizə ödənilməli olan bütün məbləğləri) ##.##.2026-cı il tarixinə kimi tam və qalıqsız olaraq təhvil aldıqlarını həmin MMC-lərə qarşı heç bir tələb və şikayətlərinin olmadığını bildirmişlər. Beləliklə protokolu tərtib edən orqan2 Cinayət təqibindən kənar İcraatlar idarəsində aparılan araşdırma zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən X3 adına qeyd edilən şirkət ilə əmək müqaviləsi aşkar edilməmiş, həmin hal sübutlarla öz təsdiqini tapmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəflərindən müvafiq inzibati xətaya yol verilmədiyini qeyd etsələr də, onların dəlilləri iş materiallarında olan, yuxarıda sadalanmış sənədlərlə tam təkzib edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq hüquqi şəxsi İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilərək barəsində tənbeh tədbiri tətbiq etmişdir. İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakteri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almış, sonuncuya törətdiyi inzibati xətaya görə maddənin sanksiyasında nəzərdə tutulmuş tənbeh növü olan cəriməni minimum həddə tətbiq etmişdir ki, bu da öz növbəsində İXM-in 21ci maddəsinin məqsədinin təmin olunmasında yetərli hesab olunmalıdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və İXM-nin 134.1.4-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Hüquqi şəxs “xxxx” MMC tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov
Məhkəmə qərarları › İş №3(3-6)-2238/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2238/2026
27.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver