Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2241/2026 17.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi - Məmmədov Habil Çingiz oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 23 (iyirmi üç) gün müddətə inzibati həbs edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDI: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına Bakı şəhəri Binəqədi Rayon Polis Idarəsinin 5-ci Polis Şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə toplanmış material daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 23 (iyirmi üç) gün müddətinə inzibati qaydada həbs edilməsi, inzibati qaydada həbs müddətinin əvvəlinin ## #### 2026-cı ildən hesablanması qərara alınmışdır. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarı ilə razı olmadığını, ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, həbsin müddətinin azaldılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş səlahiyyətli orqan Bakı şəhəri Binəqədi Rayon Polis Idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi proses iştirakçılarının razılığı ilə şikayətə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçılarının fikirlərini dinləyərək, belə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ## #### 2026-cı il tarixli, AZA 030200 inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin tarixdə, saat 11:00-da inzibati qaydada tutulmuşdur. ## #### 2026-cı il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması cinayət tərkibi olmadığından rədd edilmiş, qərarın surəti əməli törətmiş naməlum şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə inzibati araşdırma aparılması üçün göndərilmişdir. ## #### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. “Azemis” elektron-məhkəmə informasiya sistemindən əldə olunmuş məlumatdan görünür ki, ## ###### 2018-ci il təvəllüdlü X2 və ## ####### 2020-ci il təvəllüdlü X3 Əhliman Zakir oğlunun övladlarıdır. Məhkəmə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs himayəsində iki azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə almışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati həbs tənbeh tədbiri tətbiq etmişdir. Belə ki, daha ağır inzibati tənbeh tədbiri o zaman tətbiq edilir ki, digər inzibati tənbehlər vasitəsi ilə qarşıya qoyulan məqsədə nail olmaq mümkün olmasın. Birinci instansiya məhkəməsinin mövqeyini bu baxımdan əsaslı hesab etmək olar. Həmçinin, tənbeh tədbiri təyin edilərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini yüngülləşdirən hallar (müəyyən etmişdir) və ağırlaşdıran hallar (müəyyən etməmişdir) nəzərə alınmışdır. Zərərçəkmiş şəxsin şikayətçi olması da nəzərə alınmışdır. Eyni zamanda məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əvvəllər də oğurluq etdiyini, bu səbəbdən cinayət məsuliyyətinə cəlb edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum edilməsini, bir müddət sonra yenidən oğurluq etməsini, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsini onun şəxsiyyətini xarakterizə edən mənfi hal kimi nəzərə almışdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Odur ki, apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilib, barəsində inzibati həbs növündə tənbeh tətbiq etmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Habil Məmmədov
Məhkəmə qərarları › İş №3(3-6)-2241/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2241/2026
17.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver