Məhkəmə qərarları › İş №3(3-6)-2242/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2242/2026

27.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2242/2026 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X1 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, “SİMPLE B” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 350 (üç yüz əlli) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “SİMPLE B” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: “SİMPLE B” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən ## #### 2026cı il tarixdə ünvan 1 ünvanında yerləşən «SİMPLE B» MMC-yə məxsus “Olivia” kosmetika mağazasında aparılan YTM zamanı AR YTQ № **-2001, 2.5, 6.7, 6.1, 4.4, №**-2002, 2.1, 6.4, 6.7 bəndlərinin tələblərinin pozulması aşkar olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə “SİMPLE B” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 350 (üç yüz əlli) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “SİMPLE B” MMC apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mağazada FHN-nin əməkdaşının tələbləri tam təmin edilmiş və heç bir nöqsan aşkar edilməmişdir. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin inspektoru Nümayəndə onlara məlumat təqdim etmişdir. Lakin məhkəmə tərəfindən bu hallar nəzərə alınmamış və barələrində cərimə tətbiq edilmişdir. Həmçinin onu da qeyd edir ki, bu maddə ilə ilk dəfə törədilən xətaya görə şərti cərimə tətbiq edilərək müddət müəyyən edildiyi halda şirkətləri barəsində belə bir müddət təyin edilməmiş, nöqsanlar aradan qaldırıldığı üçün belə bir hüquqlarından məhrum olunmuşlar. Bütün bunları nəzərə alaraq əməllərində artıq inzibati xəta tərkibi yoxdur, bununla bağlı sənədlər təqdim ediləcəkdir. Bu səbəbdən də inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Apellyasiya baxışı zamanı iştirak edən Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi Nümayəndə qeyd etdi ki, “SİMPLE B” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta bir il ərzində yalnız 1 dəfə törədilmiş və belə olan halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.1ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi üçün əsas mövcud olduğu halda birinci instansiya məhkəməsi tərəfindən cərimə bilavasitə tətbiq olunmuşdur. Buna görə də məhkəmədən qanunvericiliyin tələbinə uyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “SİMPLE B” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə “SİMPLE B” MMC-nin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə inzibati işin materiallarını araşdıraraq hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanunun norması düzgün tətbiq edilməklə dəyişdirilməli, “SİMPLE B” MMC barəsində İXM-nin 518.1-ci maddəsi ilə tətbiq edilən inzibati cərimə şərti olaraq tətbiq edilməli, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin hüquqpozmanı aradan qaldırması üçün müddət təyin edilməli, hüquqpozmanı aradan qaldırdıqda məhkəməyə bu barədə məlumat vermək vəzifəsi, nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılmadıqda inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cəriməni ödəməli olması və cərimənin ödənilməsinin şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etməməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə izah edilməlidir. Belə ki, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən «SİMPLE B» MMC-yə məxsus “Olivia” kosmetika mağazasında aparılan YTM zamanı AR YTQ № **-2001, 2.5, 6.7, 6.1, 4.4, № **-2002, 2.1, 6.4, 6.7 bəndlərinin tələblərinin pozulması aşkar olunmuşdur. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin ## #### 2026-cı il tarixli yanğın-texniki müayinənin aparılması haqqında qərardan görünür ki, «SİMPLE B» MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən təsərrüfat obyektində ##.##.2026-##.##.2026-cı il tarixlərdə plan üzrə (növbəti) müayinə həyata keçirilməsi qərara alınmışdır. ## #### 2026-cı il tarixli **** nömrəli yanğın-texniki müayinə aktından görünür ki: obyektin təxliyyə planı düzgün planda götərildiyi yerdə asılmamışdır. Əsas: YTQ № **-2001, 2.5. obyektin birinci mərtəbəsi yanar taxta və karton qutulardan təmizlənməmişdir. Əsas: YTQ № **-2002, bənd 2.1 obyekt insanların rahat təxliyyəsi üçün işıqlandırılmış çıxış nişanları ilə təmin edilməmişdir. Əsas: YTQ № **-2001, bənd 6.7 obyektdə açıq sonluqlu elektrik naqilləri gərginlik altında saxlanılır. Əsas: YTQ № **- 2001, bənd 6.1 obyektin taxta konstruksiyaları oda davamlı məhlulla hopturulmamışdır. Əsas: YTQ № **-2001, bənd 4.4. obyektin baş planı və digər layihə sənədləri sahibkardan tələb olundu lakin sənədlər təqdim olunmadı. Əsas: YTQ № **-2001, bənd 2.7 obyektin ilkin yanğınsöndürmə balonları döşəmə səviyyəsindən 1.5 metr hündürlükdən asılmayıb. Əsas: YTQ № **-2002, bənd 6.7 obyektin ilkin yanğınsöndürmə balonları döşəmə səviyyəsindən 2-2.5 metr hündürlükdən asılmayıb. Əsas: YTQ № **-2002, bənd 6.4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Odur ki, iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi “SİMPLE B” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırmış və əsaslı olaraq hüquqi şəxs tərəfindən İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qənaətinə gələrək hüquqi şəxsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmişdir. Hüquqi şəxsə tətbiq edilmiş tənbeh tədbirinə münasibətdə isə məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi “SİMPLE B” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə cərimə növündə inzibati tənbeh tətbiq etməklə ədalətli nəticəyə gəlsə də, qanunun normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, İXM-nin 40-cı maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) aşağıdakılardır; 40.0.1. rayon (şəhər) məhkəmələri və hərbi məhkəmələr; 40.0.2. uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial orqan); 40.0.3. müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (vəzifəli şəxslər) baxırlar. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən Bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcəllənin 43.3-1-cü maddəsinə əsasən Bu Məcəllənin 18.6-cı maddəsində nəzərdə tutulan hallarda inzibati xətalar haqqında işlərə məhkəmələr baxır. İXM-nin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.1.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Həmin Məcəllənin 116.3-cü maddəsinə əsasən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Həmin Məcəllənin 116.4-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Göründüyü kimi, “SİMPLE B” Məhdud Məsuliyyətli Cəmiyyəti İXM-də inzibati cərimənin şərti olaraq tətbiq edilməsi nəzərdə tutulan xətanı törətmişdir. Məhkəmə onu da qeyd edir ki, inzibati xəta haqqında protokolu tərtib orqanın nümayəndəsinin iştirakı ilə aparılan məhkəmə araşdırması zamanı “SİMPLE B” MMC-nin eyni inzibati xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları müəyyən edilməmişdir. Bununla da birinci instansiya məhkəməsi “SİMPLE B” MMC-yə tətbiq etdiyi inzibati cəriməni şərti olaraq tətbiq etməli olduğu halda etməmiş, bununla da qanunun norması düzgün tətbiq edilməmişdir. İXM-in 134.1.2-ci maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanunun norması düzgün tətbiq edilməklə dəyişdirilməli, “SİMPLE B” MMC barəsində İXM-nin 518.1-ci maddəsi ilə tətbiq edilən inzibati cərimə şərti olaraq tətbiq edilməli, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin hüquqpozmanı aradan qaldırması üçün müddət təyin edilməli, hüquqpozmanı aradan qaldırdıqda məhkəməyə bu barədə məlumat vermək vəzifəsi, nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılmadıqda inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cəriməni ödəməli olması və cərimənin ödənilməsinin şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etməməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə izah edilməlidir. Şərh olunanlara əsasən və İXM-in 134.1.2-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “SİMPLE B” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. “SİMPLE B” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 350 (üç yüz əlli) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilsin. İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən “SİMPLE B” Məhdud Məsuliyyətli Cəmiyyəti İXM-nin 518.1-ci maddəsi ilə tətbiq edilmiş 350 (üç yüz əlli) manat inzibati cərimə şərti tətbiq edilsin. “SİMPLE B” Məhdud Məsuliyyətli Cəmiyyətinə törətdiyi hüquqpozmanı aradan qaldırması üçün 1 (bir) ay müddət təyin edilsin. Hüquqpozmanı aradan qaldırdıqda məhkəməyə bu barədə məlumat vermək vəzifəsi, nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılmadıqda inzibati cəriməni ödəməli olması və cərimənin ödənilməsinin hüquqi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etməməsi “SİMPLE B” Məhdud Məsuliyyətli Cəmiyyətinə izah edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və protest verilə bilməz. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar