Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-2243/2026 24.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi – Vəlizadə Mələk Nofəl qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “M & J ACCURACY CONSULTİNG” MMC-nin nümayəndəsi İsmayılova Aydan Habil qızının iştirakı ilə, “M & J ACCURACY CONSULTİNG” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “M & J ACCURACY CONSULTİNG” MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X1 “M & J ACCURACY CONSULTİNG” MMC barəsində İXM-in 335.1-ci maddəsi ilə İXP seriyalı ******* nömrəli ## ### 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ## ### 2026-cı il tarixdə “M & J ACCURACY CONSULTİNG” MMC tərəfindən “HONDA ACCORD” minik markalı, **-PR- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Shahzad Elhami hüququ olmamasına baxmayaraq ona avtomobilin idarə edilməsi üçün etibarnamə verilmişdir. Nəticədə “M & J ACCURACY CONSULTİNG” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarına əsasən “M & J ACCURACY CONSULTİNG” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “M & J ACCURACY CONSULTİNG” MMC apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati iş üzrə şikayətin apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbdən olması və işin baxılmasının təxirə salınması barədə məhkəməyə vəsatət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfin razılığı ilə şikayətə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı b arəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “M & J ACCURACY CONSULTİNG” MMC-nin nümayəndəsi İsmayılova Aydan Habil qızı məhkəmə iclasında bildirdi ki, qərardan şikayət vermək üçün ötürülmüş müddətin bərpası barədə vəsatət vermişlər. Lakin birinci instansiya məhkəməsində verilmiş vəsatətə münasibət bildirilməmişdir. Məhkəmədən qanuna uyğun qərar qəbul edilməsini xahiş etdi. Şikayətlə əlaqədar materialı araşdıraraq, hesab edirəm ki, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “M & J ACCURACY CONSULTİNG” MMC tərəfindən apellyasiya qaydasında verilmiş şikayət qanunla müəyyən olunmuş prosessual müddət ötürülməklə verildiyindən inzibati xəta haqqında material birinci instansiya məhkəməsinə qaytarılmalı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “M & J ACCURACY CONSULTİNG” MMC ötürülmüş prosessual müddətin bərpası barədə birinci instansiya məhkəməsinə vəsatətlə müraciət etdiyindən vəsatətə baxılıb münasibət bildirilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İnzibati işin materialından və elektron məhkəmə sistemindən göründüyü kimi, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı mübahisələndirilən qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “M & J ACCURACY CONSULTİNG” MMC apellyasiya qaydasında şikayət və ötürülmüş prosessual müddətin bərpası barədə elektron məhkəmə sistemi vasitəsi ilə birinci instansiya məhkəməsinə vəsatətlə müraciət etmişdir. Ötürülmüş prosessual müddətin bərpası barədə vəsatətə birinci instansiya məhkəməsi tərəfindən münasibət bildirilmədən və baxılmadan inzibati iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bununla da, məhkəmə hesab edir ki, hazırki iş ötürülmüş prosessual müddətin bərpası barədə vəsatətə baxılması üçün apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini rəhbər tutaraq qərara alıram: “M & J ACCURACY CONSULTİNG” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “M & J ACCURACY CONSULTİNG” MMC tərəfindən apellyasiya qaydasında verilmiş şikayət qanunla müəyyən olunmuş prosessual müddətin bərpası barədə vəsatətə baxılması üçün inzibati iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilsin Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-2243/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-2243/2026
24.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver