Məhkəmə qərarları › İş №3(3-6)-2244/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2244/2026

27.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2244/2026 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs), AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müfəttişliyi Xidmətinin nümayəndəsi X1, Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər Idarəsinin ## ##### 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından X4 Xidmətinin Hüquq Idarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər Idarəsinin ## ##### 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, Qərarından şikayət verilən orqan inzibati tənbeh vermə haqqında ## ##### 2026-cı il tarixli, № MN ******* saylı qərarı (Qərar) ilə barəsində minimum əməkhaqqı tələblərinin pozulması əsası ilə inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Qərar fiziki olaraq Qərarından şikayət verilən orqan inzibati binasından ## ### 2026-cı il tarixində əldə edilmişdir. Sözügedən qərarı tamamilə qanunsuz və əsassız hesab edir. Belə ki, işin real faktiki halları inzibati xəta tərkibini tamamilə istisna edir: 1.Sahibkarlıq fəaliyyətinin dayandırılması: Fərdi sahibkar olaraq fəaliyyətim hələ 2022-ci ildə rəsmi qaydada dayandırılmışdır. Daha sonra fəaliyyət 2026cı ildə təkrarən dayandırılmışdır. Fəaliyyətin dayandırıldığı dövrlərdə hər hansı sahibkarlıq fəaliyyəti həyata keçirilməmiş və gəlir əldə olunmamış, AR IXM-nin 192.3-cü maddəsindəki inzibati xəta tərkibinin mühüm əlaməti olan işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməmişdir. Maddə xətanın törədilməsi üçün minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqının məhz verilməsini nəzərdə tutmuşdur. Belə hal isə fəaliyyətini dayandırdığı və əmək haqqı hesablamadığı üşün mövcud olmamışdır. 2.Işçinin sosial məzuniyyətdə olması: Sözügedən qadın işçi hələ fəaliyyətin aktiv olduğu dövrdə — 2021-ci ildə hamiləliyə və doğuşa görə (dekret) məzuniyyətə göndərilmişdir. Sahibkarlıq fəaliyyəti 2022-ci ildə dayandırıldığı üçün və işçi dekretdən geri qayıtmadığı üçün qanunvericiliyin tələblərinə uyğun olaraq onunla əmək müqaviləsinə xitam verilməmiş və müqavilə qüvvədə saxlanılmışdır. Bununla belə yenə də qeyd etmək istəyir ki, əmək haqqının verilməsi üçün işçi işə qayıtmalı, ona əmək haqqı hesablanmalı və inzibati xəta törədilməsi üçün hesablanıb, işçiyə ödənilən məbləğ minimum məbləğdən az olmalıdır. Bu hal isə mövcud deyil. 3.Minimum əməkhaqqı tətbiqinin qeyri-mümkünlüyü: Işçi sosial məzuniyyətdə olduğu və müəssisənin fəaliyyəti dayandırıldığı üçün o, faktiki olaraq əmək funksiyasını icra etməmiş və işə çıxmamışdır. Ölkədə minimum əməkhaqqının artırılmasından sonra işçiyə heç bir məbləğdə əməkhaqqı hesablanmamış və köçürülməmişdir, çünki işçinin faktiki iş vaxtı olmamış, o heç bir iş görməmişdir. Işləməyən və sosial məzuniyyətdə olan işçiyə əməkhaqqı (və ya artırılmış minimum əməkhaqqı) hesablanması və ödənilməsi əmək qanunvericiliyinin mahiyyətinə ziddir. 4.Əmək müqaviləsinə xitam verilməsi: Işçi öz arzusu ilə (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsi əsasında) ## ##### 2026-cı il tarixində işdən azad olunmuş və onunla bağlanan əmək müqaviləsinə tam qanuni rəsmiləşdirmə ilə xitam verilmişdir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, inzibati xəta hadisəsi və tərkibi olmadıqda, habelə şəxsin əmək qanunvericiliyini pozmaqda hər hansı təqsiri sübuta yetirilmədikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Mənim hərəkətlərimdə (yaxud hərəkətsizliyimdə) hər hansı inzibati xəta tərkibi mövcud deyil. Qərarda inzibati xəta kimi təqdim edilmiş "minimum əmək haqqı məbləğindən aşağı əmək haqqının mövcud olması" barədə qənaət AR IXM-nin 192.3-cü maddəsindəki inzibati xəta tərkibinin mühüm əlaməti olan işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsi ilə eyni faktiki halı təşkil etmir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə şikayət təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər Idarəsinin ## ##### 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından X4 Xidmətinin Hüquq Idarəsinin rəis müavini Tamerlan Məlikli apellyasiya qaydasında şikayət verərək, həmin qərarın ləğv edilməsini və X4 Xidmətinin Bakı şəhər Idarəsinin ## ##### 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Məhkəmə tərəfindən işin faktiki halları nəzərə alınarkən qeyd edilən əmək müqavilələri üzrə müəyyən edilmiş əmək haqqlarına hüquqi qiymət verilməmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il ######ın #-dən 400 manat müəyyən edilmişdir. Hazırkı iş üzrə “Əmək və Məşğulluq” altsistemindəki müqavilələrə baxış keçirilərkən faktiki olaraq işçilərin əməkhaqları minimum əmək haqqından (dörd yüz manat) az olduğu müəyyən edilmişdir. Işəgötürənin fəaliyyətinin dayandırılması işçiyə əmək haqqının verilməsinin dayandırılması üçün əsas deyildir, əmək müqaviləsi qüvvədə olduğu müddətdə - yəni qanunvericiliklə müəyyən edilmiş qaydada xitam verilmədiyi halda işçiyə əmək haqqı ödənilməlidir. Həmçinin bu əmək haqqının miqdarı dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az olmamalıdır. Bununla da işəgötürənin əsas vəzifələrindən biri olan Əmək Məcəlləsinin 12ci maddəsinin “b” bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək vəzifəsi yerinə yetirilməmişdir. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) işəgötürən kimi öz üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, əmək qanunvericiliyinin tələblərini pozmuşdur. Məhkəmə iclasında AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müfəttişliyi Xidmətinin nümayəndəsi X1 şikayətə uyğun çıxış edərək verilmiş şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu bildirərək şikayətin rədd edilməsini xahiş etmişdir. Işin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası IXM-in 75-84-cü maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu öz daxili inamı ilə qiymətləndirmiş, sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək şikayəti təmin etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər Idarəsinin ## ##### 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ilə X3 arasında minimum əmək haqqından aşağı məbləğə əməkhaqqının mövcud olması aşkar olunmuşdur. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin fiziki şəxsin fəaliyyətinin dayandırılması barədə arayışından görünür ki, vergi ödəyicisinin (Qərardan şikayət verən orqan (şəxs)) fəaliyyətinin və əməliyyatıının dayandırıldığı tarix ##.##.2022-ci il, fəaliyyətinin və əməliyyatıının dayandırıldığı son tarix ##.##.2027-ci ildir. Əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2026-cı il tarixli, № K/Ə *-**** saylı əmrdən görünür ki, “Ümumi" bölməsində "Arxivçi" vəzifəsində işləyən X3 ilə bağlanılmış *BFLG*A****** nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 68.2."a" - tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən ##.##.2026-cı il tarixindən xitam verilmişdir. Işçinin ##.##.2020 tarixindən ##.##.2026-cı il tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə həvalə edilmişdir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şikayətçi işçi X2 2021-ci ildən hamiləliyə və doğuşa görə məzuniyyətə buraxılmış, işçi işə qayıtmadığı üçün müqaviləyə xitam verilməsi mümkün olmamıdşır. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin fiziki şəxsin fəaliyyətinin dayandırılması barədə arayışa əsasən Qərardan şikayət verən orqan (şəxs) fəaliyyəti ##.##.2022-ci il tarixdən ##.##.2027- ci il tarixədək dayandırılmış, bundan sonra işçisi X3 ilə aralarında bağlanmış müqaviləyə ##.##.2026-cı il tarixdə xitam verilmişdir. AR IXM-nin 192.3-cü maddəsinə əsasən işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsi inzibati məsuliyyət yaradır. Lakin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, işçi məzuniyyətdə olduğu, fəaliyyət dayandırıldığı və əmək müqaviləsinə xitam verildiyi üçün X3 əməkhaqqı ödənilməmiş, bununla da Qərardan şikayət verən orqan (şəxs) əməlində inzibati xəta tərkibi mövcud olmamışdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.4-cü maddəsini rəhbər tutaraq, Qərara aldım: Apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər Idarəsinin ## ##### 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar