Məhkəmə qərarları › İş №3(3-6)-2245/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2245/2026

27.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2245/2026 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Quba-X3 tərəfindən hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında ## ##### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə “xxxx” MMC-i barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən “xxxx” MMC-i barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi Nümayəndə şikayətin təmin edilməsini və qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmənin iclasının yeri və vaxtı barədə “xxxx” MMC-ə məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, apellyasiya qaydasında verilmiş şikayətin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “xxxx” MMC-nin rəhbərliyinə göndərilmiş ##.##.2026cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubdan görünür ki, vətəndaş X2 "xxxx" MMC-i tərəfindən əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığı müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X7 Xidmətinin Quba-X3ndə baxılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq X2 müraciətinə münasibət bildirilməsi və aşağıdakı sənədlərin 7 iş günü ərzində X7 Xidmətinin Quba-X3nə (ünvan: ünvan 1 84, e-mail: elektron ünvan 1) təqdim edilməsi xahiş olunur. 1. İş vaxtının uçotu və əmək haqqı hesablanması və ödənilməsi cədvəllərinin surəti (2025-ci ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2026-cı ilin yanvar, fevral və mart ayları üçün)

2. Vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubu. “xxxx” MMC-nin rəhbərliyinə göndərilmiş ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubdan görünür ki, vətəndaş X5 "xxxx" MMC-i tərəfindən əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Quba-X3nə ünvanladığı müraciətə tərəfimizdən baxılır. Bildiririk ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq X5 müraciətinə münasibət bildirilməsi və aşağıdakı sənədlərin 7 iş günü ərzində X7 Xidmətinin Quba-X3nə (ünvan: ünvan 1 84, e-mail: elektron ünvan 1) təqdim edilməsi xahiş olunur. 1. Əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədlər (xitam əmri, qanunvericiliklə nəzərdə tutulmuş qaydada xəbərdarlıq bildirişi) 2. Məzuniyyət hüququndan istifadə edilməsinə dair müvafiq sənədlər (işçinin ərizəsi, İşəgötürənin əmri) 3. Məzuniyyət haqqının hesablanmasına və ödənilməsinə dair müvafiq sənədlərin surəti (işlədiyi iş illərinə görə) 4. Son haqq-hesabın hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti 5. Vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubu. ## #### 2026-cı il tarixli DƏMX-nin Quba-X3 reyestrindən görünür ki, *-**-*/*-*****/**** nömrəli məktub “xxxx” MMC-yə SS951375611AZ ştrix-kodu altında xəbərnamə ilə göndərilmişdir. “Azərpoçt”un göndərişlərin izlənilməsinə dair çıxarışından görünür ki, (ştrix-kod SS951375611AZ) məktub “xxxx” MMC-nin ünvanına ##.##.2026-cı il tarixdə çatmışdır. DƏMX-nin Quba-X3 digər reyestrindən görünür ki, *-**-*/*-*****/**** nömrəli məktub “xxxx” MMC-yə SS951374770AZ ştrix-kodu altında xəbərnamə ilə göndərilmişdir. “Azərpoçt”un göndərişlərin izlənilməsinə dair çıxarışından görünür ki, (ştrix-kod SS951374770AZ) məktub “xxxx” MMC-nin ünvanına ##.##.2026-cı il tarixdə çatmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Quba-X3 ## ##### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan görünür ki, vətəndaş X6 və X2 şikayəti əsasında AR ƏM-nin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən “xxxx” MMC-yə ##.##.2026-cı il tarixli, 3-17-5/2- *****/**** nömrəli və ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktublar göndərilmiş və müvafiq sənədlərin 7 iş günü ərzində DƏMX-yə təqdim edilməsi tələb olunsa da, təqdim edilməmişdir. Nəticədə Rəhimov İlkin Şahin oğlu tərəfindən AR İXMnin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İXM-nin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsi baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7 və 139-cu maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 141.1.3 və 142-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair ## ### 2026-cı il tarixli Qərarında (bundan sonra Qərar) qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bu maddə ilə qanunverici eyni subyekt barəsində eyni fakt üzrə artıq hüquqi qiymət verilmiş məsələnin yenidən icraat predmetinə çevrilməsini istisna etməyi məqsəd qoymuşdur. Eyni zamanda nəzərə alınmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsində istifadə olunan “barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt” ifadəsi normanın tətbiq dairəsinin müəyyən edilməsində mühüm əhəmiyyət kəsb edir. Həmin norma eyni fakt üzrə təkrar icraatın qarşısının alınmasına yönəlmiş olmaqla hüquqi müəyyənlik və məhkəmə qərarlarının sabitliyi prinsiplərinin təmin edilməsinə xidmət edir. Normanın məzmunundan göründüyü kimi, burada həm faktın eyniliyi, həm də subyektin müəyyənliyi elementi nəzərdə tutulmuşdur. Beləliklə, normanın tətbiqi zamanı “eyni fakt” anlayışının hüquqi məzmunu və “barəsində icraat aparılan şəxs” meyarı qarşılıqlı əlaqədə qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, vəzifəli şəxs (Rəhimov İlkin Şahin oğlu) və hüquqi şəxs (“xxxx” MMC) barəsində eyni fakt üzrə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, hər iki protokolun məzmunundan görünür ki, vətəndaş X6 və X2 şikayəti əsasında AR ƏM-nin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən “xxxx” MMC-yə ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli və ##.##.2026-cı il tarixli, 3-17-5/2- *****/**** nömrəli məktublar göndərilmiş və müvafiq sənədlərin 7 iş günü ərzində DƏMX-yə təqdim edilməsi tələb olunsa da, təqdim edilməmişdir. Göründüyü kimi həm vəzifəli şəxsin, həm də hüquqi şəxsin əməli mahiyyətcə eynidir. Beləliklə, bu hal hazırkı icraat üzrə araşdırma aparılıb yeni qərar qəbul edilməsini istisna edir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə cinayətprosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir (“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il # ###### tarixli Qərar). Bu baxımdan Konstitusiya Məhkəməsi qeyd edilən qərarda verilən hüquqi mövqelərə uyğun olaraq ##.##.2026-cı il tarixli qərarında vurğulamışdır ki, səlahiyyətli orqanlar tərəfindən vəzifəli şəxs barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edildikdən sonra eyni inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmayıb. İnzibati Xətalar Məcəlləsinin 18.3, 18.6 və 18.7-ci maddələrinin mənasına görə, hüquqi şəxsin inzibati məsuliyyətinin əsasları vəzifəli şəxslərin əməlləri ilə bağlı olduğu üçün hüquqi şəxslə yanaşı vəzifəli şəxsin də əməllərində inzibati xəta tərkibi müəyyən edildikdə, hər iki subyekt barədə inzibati xəta haqqında protokollar baxılması üçün məhkəməyə göndərilə bilər. İnzibati Xətalar Məcəlləsinin 18.3, 18.6 və 18.7-ci maddələrinin mənasına görə eyni inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxslə yanaşı onun xeyrinə və ya onun maraqlarının qorunması üçün hərəkət və ya hərəkətsizlik edən vəzifəli şəxsin əməllərində də inzibati xəta tərkibinin olmasına dair kifayət qədər əsaslar mövcud olduqda isə hər iki subyekt barəsində eyni vaxtda inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilə bilər. Oxşar münasibəti tənzimləyən Cinayət-Prosessual Məcəllənin 487-2.2-ci maddəsində hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraatın və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-4.1.1–99-4.1.4-cü maddələrində nəzərdə tutulmuş fiziki şəxsin şübhəli və ya təqsirləndirilən şəxs qismində tanındığı cinayət işi üzrə ibtidai istintaqın (fiziki şəxs barəsində cinayət işinə xitam verildiyi hallar istisna olmaqla) bir icraatda aparılmalı olduğu təsbit edilmişdir. Qərarda nəzərə çatdırılmışdır ki, inzibati xəta haqqında iş üzrə icraatın səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən başlandığını nəzərə alaraq qanunverici hüquqi şəxsin inzibati məsuliyyətinin əsaslarının olub-olmaması məsələsini ilkin qiymətləndirmə səlahiyyətini həmin orqanlara (vəzifəli şəxslərə) verir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 18.6 və 18.7-ci maddələrinə əsasən səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər, belə əsaslar olmadıqda, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) inzibati xəta haqqında iş üzrə qərar qəbul edir. Məhkəmə qeyd edir ki, normanın mümkün olan bütün təfsiri variantları sırasından məhkəmələr yalnız Konstitusiyaya uyğun olana üstünlük verməlidirlər. Əgər normanın təfsiri konstitusion norma və prinsiplərin pozulmasına gətirib çıxarırsa, onun konkret işə tətbiq olunması yolverilməzdir. Məhkəmə təcrübəsi, yalnız normanın konstitusion tələblərə uyğun gələn məzmununun müəyyənləşdirilməsinə imkan verən, hamı tərəfindən qəbul edilmiş qaydalara uyğun aparılmış təfsirinə əsaslanmalıdır (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2022-ci il # #### tarixli Qərar). Həmçinin Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur və bu hüquqi mövqelər bəzən müstəqil əhəmiyyət qazanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından, yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquqi tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.Xəlilov və Ə.İbrahimovun şikayəti üzrə 2016-cı il ## #### tarixli Qərarı). Beləliklə məhkəmə, Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarlarına əsasən vəzifəli şəxs barəsində inzibati orqan tərəfindən inzibati tənbeh tədbiri tətbiq edildiyi təqdirdə, eyni fakt üzrə hüquqi şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinin istisna edildiyi qənaətinə gəlir. Bundan başqa Konstitusiya Məhkəməsi ##.##.2026-cı il tarixli qərarında qeyd etmişdir ki, vəzifəli şəxs öz vəzifə öhdəliklərini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsinə görə inzibati məsuliyyət daşıyır, hüquqi şəxs isə məhz onun xeyrinə və ya maraqlarının qorunması üçün təmsilçilik, qərar qəbul etmə və fəaliyyətə nəzarət səlahiyyətinə malik olan vəzifəli şəxsinin və ya bu vəzifəli şəxslərin nəzarəti həyata keçirməməsi nəticəsində işçisinin törətdiyi əməllərə görə məsuliyyətə cəlb olunur. Məhkəmə qərarla razılaşaraq qeyd edir ki, vəzifəli şəxsin (Rəhimov İlkin Şahin oğlunun) səlahiyyətli dövlət orqanının sorğusunu cavablandırmamaqla etdiyi hərəkətsizlik hüquqi şəxsin (“xxxx” MMC-nin) xeyrinə və ya onun maraqlarının qorunması üçün edilən əməl kimi qiymətləndirilə bilməz. Belə ki, vəzifəli şəxsin sorğuya cavab verməməsində ifadə olunan hərəkətsizliyinin qəsd, yaxud ehtiyasızlıqdan baş verməsi iş üzrə müəyyən edilməmiş, bu əməl nəticəsində hüquqi şəxsin hər hansı mənfəət əldə etməsi, yaxud onun maraqlarının qorunması iş materialları ilə sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Odur ki, məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə qüvvədə saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələri rəhbər tutularaq, məhkəmə

QƏRARA ALDI:

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin apellyasiya şikayəti təmin edilməsin. “xxxx” MMC-i barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qüvvədə saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar