Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2246/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, Məhkəmə iclas katibi X17, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) MMC-nin baş direktoru Məmmədov Ceyhun Əhməd oğlunun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Hüquq Idarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş materiallardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Dağlıq Şirvan Regional Idarəsi tərəfindən Məmmədov Ceyhun Əhməd oğlu barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM-in) 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında ## ##### 2026-cı il tarixli protokol tərtib edilmiş, ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə IXM-in 555.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1000 manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. Inzibati xəta haqqında protokola və inzibati tənbeh vermə haqqında qərara əsasən Məmmədov Ceyhun Əhməd oğlu Qərardan şikayət verən orqan (şəxs) MMC-nin işçisi X4 ilə bağlı ##.##.2026-cı il tarixdə baş vermiş bədbəxt hadisə barədə X11 Xidmətinə məlumat verməmişdir. Məmmədov Ceyhun Əhməd oğlu şikayətlə məhkəməyə müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhəri Idarəsinin ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ilə şikayət təmin edilmiş, Məmmədov Ceyhun Əhməd oğlunun IXM-in 555.1-ci maddəsinə əsasən 1000 (bir min) manat məbləğində cərimə edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Dağlıq Şirvan Regional Idarəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan X11 Xidmətinin Hüquq Idarəsinin rəis müavini Tamerlan Məlikli apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsini və ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etiraz və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Məhkəmənin Xidmətin Dağlıq Şirvan regional şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2026- cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə əsas kimi istinad etdiyi bütün hallar IXMnin 555.1-ci maddəsinə münasibətdə əsassızdır. Məhkəmə işə baxarkən inzibati xəta haqqında işin mühüm əhəmiyyət kəsb edən bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla müvafiq xətaya görə vəzifəli şəxsin inzibati tənbeh edilməsinin məqsədəmüvafıqliyi məsələsini inzibati xətalar qanunvericiliyinin vəzifələri və prinsipləri, həmçinin inzibati tənbehin məqsədləri baxımından həll etməlidir. Həm Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinin dispozisiyasına, həm də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinə nəzər yetirsək görərik ki, qanun “Istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması” anlayışı ilə “hadisə” anlayışını bir-birindən fərqləndirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsində nəzərdə tutulan dərhal hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat vermək öhdəliyi hadisənin ağırlıq dərəcəsindən asılı olmayaraq istehsalatla bağlılığının araşdırılması üçün müəyyən edilmişdir. Yəni IXM-nin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün nəinki hadisənin ağırlıq dərəcəsi, ümumiyyətlə hadisənin istehsalatda baş verən bədbəxt hadisə olması belə mütləq deyil. Sözügedən maddə üzrə inzibati xəta hadisə barədə araşdırmanın yekun nəticəsi ilə yox, hadisə baş verdikdən sonra araşdırılma aparılması məqsədi ilə bağlıdır. Hadisənin istehsalatla bağlı olub-olmaması, təqsirin müəyyənləşdirilməsi və s. Xidmətin səlahiyyətindədir. Nə vəzifəli şəxsin, nə də məhkəmənin hadisənin istehsalatla bağlılığını araşdırmağa çalışması qanunauyğun deyil. Bu “araşdırma” nəticəsində gəlinən nəticələrin hüquqi qüvvəsinin olmaması ilə yanaşı, IXM-nin 555.1 -ci maddəsinə münasibətdə əhəmiyyətsizdir. Həmçinin, ziddiyyətli halların araşdırılmaması o halda inzibati tənbeh vermə haqqında qərarın ləğvinə səbəb ola bilər ki, həmin ziddiyyət aydınlaşdırıldıqda nəticəyə təsir edə və ya onu dəyişə bilsin. Hazırkı işdə hadisənin baş verdiyi saat göstərilmiş hər iki halda da IXM-nin 555.1-ci maddəsinin təsir dairəsinə düşdüyündən, nəticəyə təsir göstərməyəcəyi üçün inzibati tənbeh vermə haqqında qərarın ləğvi üçün əsas ola bilməz. Belə ki, Nazirlər Kabinetinin “Istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında” ## ###### 2000-ci il tarixli Qərarının 1.2-ci bəndində Işçilərin səhhətinin pozulmasının hansı hallarda təhqiq edilməsi müəyyənləşdirilmişdir. Həmin hallardan biri kimi müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt qeyd olunur. Yəni, işi qurtarıb gündüz növbəsindən çıxarkən, yaxud iş vaxtı baş verməsindən aslı olmayaraq araşdırmanın predmetinə daxil olduğundan işəgötürən tərəfindən dərhal hadisə baş verən gün Xidmətə məlumat verilməli idi. Məmmədov Ceyhun Əhməd oğlunun hadisə barədə məlumatlı olmaması səbəbindən Xidmətə məlumat verməməsinə münasibətdə bildiririk ki, inzibati xətanın qəsdən və ya ehtiyatsızlıqdan törədilməsi müvafiq inzibati xətanı tənzimləyən maddənin dispozisiyasında müəyyənləşdirilir. IXM-nin 555.1-ci maddəsində xətanın qəsdən, yaxud ehtiyatsızlıqdan törədilməsi istisna edilməmişdir. Həmçinin, inzibati xətalara münasibətdə məsuliyyəti istisna edən hallar qanunvericilikdə dəqiq müəyyənləşdirilir. IXM-nin 555.1-ci maddəsində inzibati xəta üzrə təqsirin növü fərqləndirilmədiyindən, nə də məsuliyyətdən azad edən istisna hal müəyyənləşdirilmədiyindən şəxsin məlumatlı olub-olmaması onu məsuliyyətdən azad etmir. Həmçinin, nəzərinizə çatdırırıq ki, məhkəmə inzibati orqanın qanunla onun səlahiyyətlərinə aid edilmiş hissədə inzibati tənbeh vermək haqqında qərar qəbul etmə səlahiyyətinə müdaxilə edə bilməz, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığını yoxlaya bilər. Hazırkı halda məhkəmənin mövqeyi həm qanunvericiliyin, həm də Konstitusiya Məhkəməsinin formalaşdırdığı yanaşmaya ziddir. Məhkəmə tərəfindən araşdırma aparılmamış, sadəcə bir tərəfin, qərardan şikayət vermiş şəxsin özünümüdafiə xarakterli mülahizələrinə əsaslanaraq birtərəfli qaydada qərar çıxarmışdır. Beləliklə, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi düzgün aparılmadığından işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmiş və qərar qəbul edilmişdir. Xidmətin Dağlıq Şirvan regional şöbəsi tərəfindən IXM-in 555.1-ci maddəsi ilə Məmmədov Ceyhun Əhməd oğlu barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar tam qanuni və əsaslıdır. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X1 şikayətin məzmununa uyğun izahat verərək verilmiş şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Qərardan şikayət verən orqan (şəxs) MMC-nin baş direktoru Məmmədov Ceyhun Əhməd oğlunun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etdi. Işin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X11 Xidmətinin Dağlıq Şirvan Regional Idarəsinin ## ##### 2026- cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə “xxxx.” MMC-nin baş direktoru Məmmədov Ceyhun Əhməd oğlu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1000 manat məbləğində cərimə tətbiq edilmişdir. Qərarın qəbul edilməsinin əsası olaraq göstərilmişdir, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumat verilməmişdir. “xxxx.” MMC tərəfindən X11 Xidmətinin Dağlıq Şirvan Regional Idarəsinə ünvanlanmış ##.##.2026-cı il tarixli məktubdan görünür ki, ##.##.2026- cı il tarixində, saat 13:25 radələrində Şirkətimizə məxsus ** saylı "Yevlax" YDM-də xadimə vəzifəsində işləyən X6 (FIN: 3KQH1HA) özünü pis hiss etdiyi üçün X2 çağırılmış, məntəqəyə gələn həkim briqadası tərəfindən onun təzyiqinin qalxdığı üçün ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşmiş və şikayəti olmadığı üçün işinə davam etmişdir. “xxxx.” MMC tərəfindən X11 Xidmətinin Dağlıq Şirvan Regional Idarəsinə ünvanlanmış ##.##.2026-cı il tarixli məktubdan görünür ki, ##.##.2026- cı il tarixində, saat 09:45 radələrində Şirkətimizə məxsus ** saylı "Kürdəmir" YDM-də xidmət aparan “xxxx.” MMC-nin Təhlükəsizlik Xidməti və Nəzarət Idarəsinin inspektoru X12 (FIN: 6BQTDQF) özünü pis hiss etdiyi üçün X2 çağırılmış, məntəqəyə gələn həkim briqadası tərəfindən onun təzyiqinin qalxdığı üçün ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşmiş və o evə buraxılmışdır. “xxxx.” MMC tərəfindən X11 Xidmətinin Dağlıq Şirvan Regional Idarəsinə ünvanlanmış ##.##.2026-cı il tarixli məktubdan görünür ki, ##.##.2026- cı il tarixində, saat 09:10 radələrində Şirkətimizə məxsus ** saylı "Günəşli" YDM-də xəzinədar vəzifəsində işləyən X8 (FIN: 6619DEF) özünü pis hiss etdiyi üçün X2 çağırılmış, məntəqəyə gələn həkim briqadası tərəfindən onun təzyiqinin qalxdığı üçün ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşmiş və şikayəti olmadığı üçün işinə davam etmişdir. “xxxx.” MMC tərəfindən X11 Xidmətinin Dağlıq Şirvan Regional Idarəsinə ünvanlanmış ##.##.2026-cı il tarixli məktubdan görünür ki, X4 ##.##.2026-cı il tarixində gündüz növbəsindən çıxan zaman onunla birlikdə işləyən kassir-operator X5 yıxıldığını bildirmiş, növbədən çıxdıqdan sonra birlikdə sınıqçıya getmişlər. ##.##.2026-cı il tarixində T.Osmanov həkimə müraciət etmiş və ona əmək qabiliyyətinin olmaması vərəqəsi açılmışdır. Həmçinin qeyd etmək istəyirik ki, X4 ## #### 2026-cı il tarixində istirahətdə olan yanacaqdoldurma məntəqəsinin direktoru X13 ## #### 2026-cı il tarixində zəng edərək ayağının sınması səbəbindən işə çıxa bilməyəcəyini bildirmiş, lakin yenə də hadisənin iş yerində və ya növbə zamanı baş verdiyinə dair heç bir məlumat verməmişdir. Eyni zamanda T.Ə. Osmanovla birlikdə məntəqəni tərk edən K.T.Kərimov da öz növbəsində bu barədə aidiyyəti şəxslərə məlumat verməmişdir. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, nəinki analoji hadisələr baş verən zaman, hətta işçilərin özünü pis hiss etməsi nəticəsində X2 çağırıldığı zaman belə Şirkətimiz tərəfindən mütləq qaydada və dərhal müvafiq qurumlara rəsmi məlumat verilir. “xxxx.” MMC tərəfindən X11 Xidmətinin Dağlıq Şirvan Regional Idarəsinə ünvanlanmış ##.##.2026-cı il tarixli məktubdan görünür ki, ##.##.2026- cı il tarixində, saat 15:20 radələrində Şirkətimizə məxsus ** saylı "Babək-2" YDM-də kassiroperator vəzifəsində işləyən X20 (FIN:71JQGFA) siqaret çəkmək üçün nəzərdə tutulan yerdə siqaret çəkərkən qıcolma keçirdiyi üçün X2 çağırılmış, məntəqəyə gələn həkim briqadası tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşmiş və şikayəti olmadığı üçün işinə davam etmişdir. “xxxx.” MMC tərəfindən X11 Xidmətinin Dağlıq Şirvan Regional Idarəsinə ünvanlanmış ##.##.2026-cı il tarixli məktubdan görünür ki, ##.##.2026- cı il tarixində, saat 10:45 radələrində Şirkətimizə məxsus ** saylı "Maştağa" YDM-də bağban vəzifəsində işləyən X7 (FIN: 10KJYT2) özünü pis hiss etdiyi üçün X2 çağırılmış, məntəqəyə gələn həkim briqadası tərəfindən onun təzyiqinin qalxdığı üçün ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşmiş və şikayəti olmadığı üçün işinə davam etmişdir. “xxxx.” MMC tərəfindən X11 Xidmətinin Dağlıq Şirvan Regional Idarəsinə ünvanlanmış ##.##.2026-cı il tarixli məktubdan görünür ki, ##.##.2026- cı il tarixində, saat 10:50 radələrində Şirkətimizə məxsus ** saylı "Maştağa" YDM-də bağban vəzifəsində işləyən X7 (FIN: 10KJYT2) özünü pis hiss etdiyi üçün X2 çağırılmış, məntəqəyə gələn həkim briqadası tərəfindən onun təzyiqi qalxdığı üçün X9 aparılmışdır. “xxxx.” MMC tərəfindən X11 Xidmətinin Dağlıq Şirvan Regional Idarəsinə ünvanlanmış ##.##.2026-cı il tarixli məktubdan görünür ki, ##.##.2026- cı il tarixində, saat 03:00 radələrində Şirkətimizə məxsus "X3 otel"-də ümumi yeməklər üzrə aşpaz vəzifəsində işləyən X10 (FIN: 30LV1B7) böyrək ağrıları olması səbəbindən özünü pis hiss etdiyi üçün X2 çağırılmış, otelə gələn həkim briqadası tərəfindən ona ilkin tibbi yardım göstərilərək ağrıkəsici vurulduqdan sonra vəziyyəti stabilləşmiş və şikayəti olmadığı üçün işinə davam etmişdir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, IXM-in 75,76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq izahatı və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək iş üzrə icraata xitam vermişdir. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda qərarın məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Apellyasiya şikayətinin dəlilləri qismində hadisənin bədbəxt hadisə olması, istehsalatda baş vermiş bədbəxt hadisə ilə bağlı hadisənin baş verdiyi gün Xidmətə məlumat verilməsinin işəgötürənin vəzifəsi olması, lakin məlumat verilməməsi, məhkəmənin işin mahiyyəti üzrə qərar qəbul etməməsi göstərilmişdir. Inzibati xətalar qanunvericiliyin tələblərindən aşkardır ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. IXM-in 555.1-ci maddəsinə əsasən istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə-min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Işdə olan sənədlər əsasında müəyyən edilir ki, X4 ##.##.2026-cı il tarixində gündüz növbəsindən çıxan zaman xəsarət almış, ##.##.2026-cı il tarixində həkimə müraciət etmiş və ona əmək qabiliyyətinin olmaması vərəqəsi açılmışdır. Inzibati orqan xəsarəti istehsalatda bədbəxt hadisə nəticəsində işçinin aldığı xəsarət kimi xarakterizə etsə də, “Istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2000-ci il tarixli, ** nömrəli Qərarına” əsasən istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. Hazırkı halda isə X4 ##.##.2026-cı il tarixində gündüz növbəsindən çıxan zaman xəsarət almış, ##.##.2026-cı il tarixində həkimə müraciət etmiş və ona əmək qabiliyyətinin olmaması vərəqəsi açılmışdır. Iş materiallarına əlavə edilmiş videogörüntüdən də müəyyən olunur ki, ##.##.2026-cı il tarixdə saat 19:00 radələrində X4 təhvil-təslim etdikdən sonra paltar dəyişmə otağına getmiş, sonra oranı tərk edərək çıxıb getmişdir. Bundan başqa birinci instansiya məhkəməsi zamanı şahid qismində ifadəsi alınmış X4 bildirmişdir ki, işdən çıxan zaman paltarını dəyişəndə ayağı topuq nahiyəsindən zədələnmiş. Lakin o iş yerindən özü öz ayaqları üzərində çıxmışdır. Işdən çıxandan sonra topuğunda ağrı hiss etmiş, iş yoldaşı X5 onu maşınla xəstəxanaya aparmış və orada ayağının sındığını bilmişdir. Səhəri gün ona zəng ediləndə iş yerinə məlumat vermişdir ki, ayağı sınıb və işə gələ bilməyəcək. Hadisə iş vaxtı olmamışdır. Bu barədə Müfəttişliyə müraciət etməmiş, onu dəvət edib izahatını almışlar. Həmçinin birinci instansiya məhkəməsi zamanı şahid qismində ifadəsi alınmış X5 bildirmişdir ki, iş vaxtı bitdikdən və işdən çıxdıqdan sonra iş yoldaşı X4 ona bildirmişdir ki, ayağı ağrıyır. Bu zaman onlar həkimə getmişlər. O Osmanovu həkimdə düşürdüb çıxıb getmidir. Bu barədə direktora məlumat verməmişlər. Sonradan bilmişdir ki, iş yoldaşının ayağı sındığı üçün bülleten açılmışdır. Həmçinin birinci instansiya məhkəməsi zamanı şahid qismində ifadəsi alınmış X13 bildirmişdir ki, o, Şamaxı rayonunda yerləşən “xxxx.” MMC-nin ** saylı YDM-nin direktoru vəzifəsində çalışır. X4 xəsarət alması barədə məlumatı Müfəttişlik şirkətə məlumat verdikdən sonra almışdır. Hadisə olan gün işdə olmamış, ## #### 2026-cı il tarixdə əməkdaşın işə gəlməyəcəyi barədə ona məlumat verildikdə bundan məlumatlı olmuşdur. Hadisənin işdən çıxdıqdan sonra baş verməsi ona məlum olmuş, bu barədə işçi özü məlumat vermiş və ayağının əzildiyini bildirmişdir. Məhkəmə iş materiallarını, video görüntünü və şahid ifadələrini araşdıraraq hesab edir ki, şirkətin əməkdaşı X4 ##.##.2026-cı il tarixində gündüz növbəsindən çıxan zaman xəsarət almış və ##.##.2026-cı il tarixində həkimə müraciət etmiş və ona əmək qabiliyyətinin olmaması vərəqəsi açılmışdır. X4 yanacaqdoldurma məntəqəsinin direktoru X13 ## #### 2026-cı il tarixində zəng edərək ayağının sınması səbəbindən işə çıxa bilməyəcəyini bildirmiş, lakin hadisənin iş yerində və ya növbə zamanı baş verdiyinə dair heç bir məlumat verməmişdir. X4 iş vaxtından sonra xəsarət almış və bu barədə işəgötürənə məlumat verməmişdir. Məhkəmə hesab edir ki, alınmış xəsarət istehsalatda baş verən bədbəxt hadisə hesab edilə bilməz. Beləliklə, Məmmədov Ceyhun Əhməd oğlunun əməlində IXM-nin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Odur ki, şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.4-cü maddəsini rəhbər tutaraq, Qərara aldım: Apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Hüquq Idarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(3-6)-2246/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2246/2026
31.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver