Məhkəmə qərarları › İş №3(3-6)-2247/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2247/2026

27.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2247/2026 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi İdrisli Jalə Qalib qızının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “Global İnnovations” MMCnin nümayəndəsi X4 iştirakları ilə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından “Global İnnovations” ASC-nin verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Protokolu tərtib edən orqan (bundan sonra – səlahiyyətli orqan) “Global İnnovations” ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 598.1.1, 598.1.2, 598.1.5 və 598.4-cü maddələri ilə tərtib etdiyi ## ### 2026-cı il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X3) “Global İnnovations” ASC Azərbaycan Respublikası İXM-in 598.1.1, 598.1.2, 598.1.5 və 598.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, barəsində hər bir müştəriyə və əməliyyata görə inzibati cərimənin təyin edilməsi, həmin Məcəllənin 34.4 və 25.4-cü maddələri nəzərə alınmaqla, cəmi 50000,00 manat məbləğində inzibati cərimənin tətbiq edilməsi qərara alınmışdır. “Global İnnovations” ASC həmin qərardan şikayət verib, onun ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etiraz və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, inzibati xəta haqqında protokolda adları qeyd edilmiş hüquqi şəxslər "Bakı Plaza Turizm İşlətmələri" MMC və "Nardaran İnvest" MMC “Global İnnovations” ASC-nin (bundan sonra – Cəmiyyət) birbaşa müştərisi hesab edilmir. Sistemdə əks olunan əməliyyatlar "xxxx" MMC ilə bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində göstərilən parklanma xidmətlərinə aid ödənişlərdən ibarətdir. Cəmiyyət tərəfindən həmin hüquqi şəxslərə birbaşa ekvayrinq və ya ödəniş xidməti göstərilmir, işgüzar münasibətlər yalnız "xxxx" MMC ilə qurulmuşdur. Qanunvericiliyə əsasən birbaşa işgüzar münasibəti olmayan subyektə münasibətdə müştəri uyğunluğu tədbirlərinin tətbiqini tələb etmək qanuna zidd olmasına baxmayaraq, "Nardaran İnvest" MMC-yə sənədlərin təqdim edilməsi üçün müraciət edilmiş, imtina halı isə yoxlayıcı orqan tərəfindən qeydə alınmışdır. Eyni zamanda, MUT Qaydalarının 2.1.3.3. 2.1.4.3-2.1.4.6 yarımbəndləri üzrə iradlar da əsassız hesab olunmalıdır. Cəmiyyətin əməliyyat sistemində ekvayrinq fəaliyyəti çərçivəsində hər bir müştərinin inteqrasiya edilən vebsəhifələri və sosial media profilləri əks olunur ki, bu da müştərilərin taktiki fəaliyyət növlərini, göstərdiyi xidmət və məhsulları tam olaraq müəyyən etməyə imkan verir. Əlavə olaraq, müştərilərin mövcud aktivləri rəsmi gəlir bəyannamələri əsasında müəyyən edilmişdir. İnzibati xəta haqqında protokol tərtib edilməmişdən əvvəl və tədbirlər planında verilmiş 30 təqvim günü ərzində müştərilər üzrə zəruri olan bütün məlumat və sənədlər əldə edilərək Mərkəzi Banka təqdim edilmişdir. Müəyyən edilmiş qaydalara və müddətlərə tam riayət edildiyi üçün bu epizod üzrə xəta tərkibi yoxdur. İnzibati xəta haqqında protokolda "xxxx" MMC-yə münasibətdə X2 (PEP) bağlı gücləndirilmiş tədbirlərin görülməməsi iddiası da inzibati xəta tərkibini yaratmır. Cəmiyyət tərəfindən müştəri məlumatları sistemə manual daxil edilərkən texniki sürüşmə baş vermiş və müştəri əsassız olaraq PEP siyahısına düşmüşdür. Sözügedən müştəri faktiki olaraq X2madığı üçün ona münasibətdə gücləndirilmiş tədbirlərin tətbiq edilməməsi hüquq pozuntusu yarada bilməz. Həmçinin, "xxxx" QSC yoxlama dövründə yalnız test ödənişlərini icra etmiş, istehsalat (Prod) mühitinə keçirilməmişdir. Test mühitində real pul dövriyyəsi və faktiki maliyyə xidməti təşkil etməyən, ictimai münasibətlərə qəsd etməyən inzibati xətanın bilavasitə obyekti, yəni qanunla qorunan ictimai münasibəti və ya predmeti mövcud olmur. Qanunun 11.11-ci maddəsinə istinadən 248 hüquqi şəxsin benefisiar məlumatlarının Maliyyə Monitorinqi Xidmətinə (MMX) təqdim edilməsindəki iddia olunan gecikmələr birmənalı olaraq Cəmiyyətin təqsiri olmadan baş vermişdir. Məlumat yükünün həcmi ilə əlaqədar birbaşa MMX-nın "ŞƏMS" sisteminin özündə yaranan dövri fasilələr və server ağırlıqları bu texniki gecikmələrə səbəb olmuşdur. Dövlət orqanının rəqəmsal infrastrukturundakı nasazlığa görə Cəmiyyətin subyektiv təqsiri yarana bilməz. Nasazlıq aradan qalxan kimi müştərilərin məlumatları dərhal sistemə daxil edilmişdir. Əlavə olaraq, müştəri uyğunluğu tədbirlərinin tətbiqi mümkün olmayan ümumilikdə 628 müştəri ilə işgüzar münasibətlərə xitam verilmişdir. Qeyd olunan tədbirlər Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş möhlətdən və inzibati protokolun tərtib edilməsindən əvvəl tam şəkildə icra edilmişdir. İXM-in 598.1.5-ci maddəsinə əsaslanan pozuntularla bağlı qeyd olunur ki, "Kredaqro" BOKT, "SF Azerbaijan" BOKT, "xxxx" MMC və "xxxx" MMC-yə münasibətdə işçilərin sayını təsdiq edən sənədlər təmin edilmişdir. Cəmiyyət yenə də protokol tarixindən əvvəl bütün hüquqi şəxslərin işçi sayını təsdiq edən ƏMAS çıxarışlarını əldə edərək Mərkəzi Banka təqdim etmişdir. X2 müəyyən edilməsi və risklərin adekvat idarə olunması məqsədilə də "Sanction Scanner LLC” ilə ## ### 2026-cı il tarixdə müqavilə imzalanmışdır. Bununla da müştəri bazasında insan amili olmadan, avtomatik yoxlanılma prosesi tam və yüksək texnoloji səviyyədə təmin edilmişdir. İXM-in 598.1.2-ci maddəsinə əsasən X10 (DNP) iddia edilən boşluqlar və sənədləşdirmə iradları da eyni mahiyyət daşıyır. Mərkəzi Bankın təqdim etdiyi tədbirlər planı çərçivəsində daxili qaydalara edilməli olan bütün əlavə və dəyişikliklər təsdiq edilərək protokol tərtib edilməmişdən əvvəl nəzarət orqanına təqdim edilmişdir. Cəmiyyət tərəfindən müstəqil audit mexanizminin təşkil edilmədiyi iddiası isə faktiki sənədlərlə təkzib olunur. 2026-cı il üçün Audit Planı yoxlamadan xeyli əvvəl, ## ###### 2026-cı il tarixində rəhbərlik tərəfindən təsdiq edilmişdir. Eyni zamanda, 2026-cı il üzrə illik təlim planının icrasındakı obyektiv ləngimə Mərkəzi Bankın Cəmiyyətdə apardığı tematik yoxlama ilə üst-üstə düşmüşdür. Əməliyyat işlərindən kənarlaşmanın fiziki olaraq mümkün olmadığı bu dövr bitən kimi təlimlər icra olunmuşdur. İş materiallarından da görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ## ### 2026-cı il tarixdə eyni inzibati xəta hadisəsi üzrə hüquqi şəxs barəsində EP seriyalı, ******* nömrəli, vəzifəli şəxs barəsində isə EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Xətai Rayon Məhkəməsinə göndərilmiş, məhkəmə tərəfindən daxil olmuş materiallar əsasında vahid icraat başlanılmamış, əksinə, iddia olunan eyni hadisə üzrə hüquqi şəxs barəsində 3(5-94)-4165/2026 nömrə, vəzifəli şəxs barəsində isə 3(5-94)-4164/2026 nömrə altına müstəqil işlər olaraq ayrıayrılıqda baxılmışdır. Həmçinin, vəzifəli şəxs barəsində olan icraat üzrə məhkəmə baxış iclası qanunvericiliklə müəyyən edilmiş qaydada bildiriş göndərilmədən və şəxsin iştirakı təmin edilmədən baxılaraq qərar qəbul edilmişdir. Apellyasiya məhkəməsi iclasında X6 şikayətin məzmununa uyğun izahat verib, onun təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasına səlahiyyətli orqanın nümayəndəsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Buna görə də məhkəmə şikayətə həmin səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in: - 598.1.1-ci maddəsinə əsasən maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. - 598.1.2-ci maddəsinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. - 598.1.5-ci maddəsinə əsasən maliyyə institutları tərəfindən yeni texnologiyaların tətbiq edilməsinə dair tələblərin pozulmasına görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. - 598.4-cü maddəsinə əsasən maliyyə institutları tərəfindən monitorinq olunmalı əməliyyatlara dair məlumat və sənədlərin təqdim edilməsi ilə bağlı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərin pozulmasına, hər bir əməliyyata görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Beləliklə, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada maliyyə monitorinqi orqanına təqdim edilməsi kommersiya və ya bank sirri təşkil edən məlumatların yayılması hesab edilmir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən qanunvericilik normalarına, eləcə də, iş materiallarında olan sənədlər, onlar əsasında müəyyən edilmiş işin faktiki hallarına əsaslanaraq hesab edir ki, “Global İnnovations” MMC-nin səlahiyyətli orqanın tərtib etdiyi ## ### 2026-cı il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola uyğun olaraq, birinci instansiya məhkəməsinin qərarı ilə təqsirli bilindiyi inzibati xətaları həmin qərarda göstərilmiş məzmunda törətməsi (məhkəmə hesab edir ki, həmin inzibati xətaların məzmununun birinci instansiya məhkəməsinin qərarında ətraflı şəkildə əks olunmasına görə hazırki qərarda təkrarlanmasına zərurət yoxdur) həmin protokolda “Global İnnovations” ASC-nin qanuni təmsilçisi X6 şəxsən yazdığı qismən etirafedici izahatı ilə yanaşı, səlahiyyətli orqanın tərtib etdiyi ## #### 2026-cı il tarixli “Yoxlama haqqında hesabat”la tam sübuta yetirilmişdir. Buna görə də həmin Cəmiyyətin müvafiq əməllərində Azərbaycan Respublikası İXM-in 598.1.1, 598.1.2, 598.1.5 və 598.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkib əlamətləri mövcuddur. Bu səbəbdən birinci instansiya məhkəməsi həmin Cəmiyyətin göstərilən maddələrdə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməsi və barəsində müvafiq həddə inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı, “Global İnnovations” MMC-nin verdiyi şikayət əsassızdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, “Global İnnovations” MMC-nin verdiyi şikayət təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 133 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “Global İnnovations” ASCnin verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar