Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2248/2026 17.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X2, Məhkəmə iclas katibi X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsa oğlunun iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsa oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsa oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılaraq MÜƏYYƏN EDİLDİ: Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Şöbəsinin sahə inspektoru R X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsa oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsa oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək həmin Məcəllənin 535.1-ci maddəsi ilə barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilmişdir. Qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsa oğlu apellyasiya qaydasında şikayət verərək, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026cı il il tarixli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və müdafiəçisi apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. İnzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayətin apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbdən olması barədə məlumat və ya məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayətə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə şikayətlə əlaqədar proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət aşağıda göstərilən əsaslara görə əsassız olduğundan təmin edilməməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş. sənədlərdə göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsa oğlu polis əməkdaşlarının xidməti fəaliyyətinə maneə yaratdığına, tabesizlik göstərdiyinə və ictimai qaydanı pozduğuna görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsa oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddəsi inzibati xəta haqqında protokol tərtib edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Səbail RPİ-nin 41-ci Polis Şöbəsinin sahə inspektoru X1 məhkəmə iclasında verdiyi ifadəsində protokolu müdafiə edərək bildirmişdir ki, ##.##.2025-ci il tarixdə mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu fiziki şəxs kimi axtarışa elan olunmuş ##.##.1983-cü il təvəllüdlü vətəndaş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsa oğlu PŞ-yə dəvət olunan zaman ictimai qaydanı pozaraq ünvansız nalayiq ifadələr işlətmiş, digər vətəndaşların haqlı narazılığına səbəb olaraq polisin qanuni tələblərinə tabe olmamışdır. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş Səbail RPİ 41-ci PŞ-nin CA üzrə ə/m. R Toğrul Məmmədov ifadəsində bildirmişdir ki, vətəndaş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsa oğlu PŞ-yə dəvət olunan zaman ictimai qaydanı pozaraq ünvansız nalayiq ifadələr işlətmiş, digər vətəndaşların haqlı narazılığına səbəb olaraq polisin qanuni tələblərinə tabe olmamışdır. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə görə, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Həmin Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Belə ki, şəxs barəsində tətbiq edilən inzibati tənbeh yuxarıda göstərilən maddədə sadalanan hallara uyğun olmaqla yanaşı, həmin Məcəllənin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədləri də nəzərə alınmalıdır ki, hazırki halda məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsa oğlu barəsində tətbiq edilmiş inzibati tənbehi onun məqsədlərinin təmin edilməsi baxımından məqsədəmüvafiq hesab edir və onun barəsində daha yüngül tənbeh tədbirinin tətbiq edilməsi üçün əsas görmür. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğundur, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətinin olması barədə qanuni və düzgün nəticəyə gələrək inzibati xəta törətmiş şəxsə təqsirli bilindiyi maddənin sanksiyası hüdudlarında, törətmiş olduğu inzibati xətanın xarakterinə və törədilməsi hallarına uyğun, qanuni, əsaslı və ədalətli inzibati tənbeh tədbiri tətbiq etmişdir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə özünü müdafiə xarakteri daşıdığından və əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələri rəhbər tutularaq QƏRARA ALINDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsa oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsa oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Ramin Qaraqurbanlı
Məhkəmə qərarları › İş №3(3-6)-2248/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2248/2026
17.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver