Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2250/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi və məruzəsi, Mirəlizadə Şəhriyar Rövşən oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraaat aparılan hüquqi şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Hüquqi şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməsi barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Protokolu tərtib edən orqan «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə ## #### 2026-cı il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməsi və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 97 300.00 Avro valyuta vəsaiti məbləğinin 20% miqdarında, yəni 19 460.00 Avro (Avronun Azərbaycan manatına məzənnəsi ilə) məbləğində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “OPERA AND BALET PRODUCTION” Məhdud Məsuliyyətl Cəmiyyəti ilə “xxxx” (X2) firması arasında bağlanmış ## #### 2024-cü il tarixli müqaviləyə əsasən müəyyən valyuta ödənişləri əvəzinə firma Cəmiyyətimizə müxtəlif müsiqi alətlərinin və səhnə avadanlıqlarının əldə (tədarük) edilməsini və Azərbaycan Respublikasına göndərməsini öz öhdəsinə götürmüşdür. Müqavilələrin ümumi dəyəri 567030 Avro təşkil etmişdir. Bu məqsədlə “xxxx” firmasinın xaricdəki bank hesabına müəyyən miqdarda valyuta köçürülmüşdür. Həmin firma öhdəliyin bir hissəsini icra etmiş, tədarük edilmiş malları Azərbaycan Respublikasına göndərmişdir. Artıq müqavilə üzrə 191546 Avro dəyərində tədarük edilmiş mallar ölkəmizə daxil olmuşdur. Nəzərdə tutulan digər mallar tədarük edilməsinə baxmayaraq Azərbaycan Respublikasına göndərilməsində maneələr yaranmışdır. Hal-hazırda 97000 Avro dəyərində tədarük edilmiş mallar Oman Sultanlığındadır. Hörmüz körfəzində baş verən məlum hadisələrlə əlaqədar nəqliyyat dəhlizlərinin müvəqqəti bağlanması ilə əlaqədar həmin malların ölkəmizə gətirilməsində müvəqqəti çətinliklər yaranmışdır. Nəqliyyat yollarının müvəqqəti bağlanması nəticəsində tədarük edilmiş malların Azərbaycan Respublikasının ərazisinə gətirilməsini gecikdirmişdir. Həmin malların daşınması ilə məşğul olan Express Freight Services LLC-nin Cəmiyyətimizə ünvanladığı məktubda məlum olmuşdur ki, artıq 295000 Avro dəyərində tədarük edilmiş mallar ölkəmizə gətirilməkdədir. Protokolu tərtib edən orqan tərəfindən “OPERA AND BALET PRODUCTION” Məhdud Məsuliyyətl Cəmiyyəti barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4 maddəsi ilə ER seriyalı ******* nömrəli,## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Birinci instansiya məhkəməsi məlum hadisələrin malların tədarük edilərək Azərbaycan Respublikasına göndərilməsində maneçilik yaratmasını obyektiv səbəb kimi qəbul etməmiş, malların təxminən sentyabr-oktyabr aylarında Respublikamıza daxil olacağını nəzərə almamış, bununla bağlı malların gətirilməsi üçün Cəmiyyətimizə vaxt verməmiş, malların ölkəmizə gətirilməsi üçün lazımı və zəruri tədbirlərin görülməməsi nəticəsinə gələrək cərimə növündə tənbeh tədbiri tətbiq edilməsini qət etmişdir. Bu tədbir Cəmiyyətimizin maddi drumunu çətin vəziyyətə salacaq və gələcək işgüzar fəaliyyətimizə maneçilik yaradacaqdır. Hesab edir ki, birinci instansiya məhkəməsi nəqliyyat yollarının müvəqqəti bağlanmasına səbəb olan halları obyektiv səbəb kimi qəbul etməli idi. Qeyd olunanlara əsasən Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin *(*-***)-****/**** saylı ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun çıxış edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Həmçinin məhkəmə iclasında ərizə və ona əlavə edilmiş sənədlər təqdim edərək məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Mərkəzi Bankın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məlumat verməmişdir. Məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçısının çıxışını dinləyərək, məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan “xxxx” ASC-nin *** nömrəli, ##.##.2026-ci il tarixli Protokolu tərtib edən orqan ünvanlanmış məktubundan görünür ki, banklarda avans köçürmə aparan müştərilər “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının tələbi olaraq idxal olunan mal və xidmətlər üzrə qabaqcadan ödəniş aparıldığı gündən 2 il müddətində mal və ya xidmətlərin idxalını təsdiq edən sənədləri Banka təqdim edirlər. Malların ölkəyə idxalını təsdiq edən gömrük bəyənnaməsi (və ya qismən təqdim edən) və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədləri banka təqdim etməyən (və ya qismən təqdim edən) müştərilərin ödəniş əməliyyatlarının siyahısında «xxxx» MMC göstərilmişdir. Iş materiallarında olan ##.##.2024-cü il tarixli köçürmə haqqında ərizədən görünür ki, «xxxx» MMC tərəfindən 97300.00 Avro məbləğində pul “xxxx” ASC tərəfindən ölkə xaricinə köçürülmüşdür. Birinci instansiya məhkəməsinin iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin malın obyektiv səbəblərdən qaytarılmaması, təxminən sentyabr, oktyabr ayına malların ölkəyə daxil olacağını, bununla bağlı onlara vaxt verilməsinə dair mövqeyinə münasibət bildirərək qeyd edir ki, hüquqi şəxs tərəfindən malların ölkəyə daxil olması üçün zəruri tədbirlərin görülməsini, müvafiq dövlət qurumları ilə yazışmaların aparılmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin iş materiallarından görünür ki, pul vəsaiti ## ##### 2024-cü il tarixdə bank vasitəsilə avans olaraq xaricə köçürmüşdür, yəni həmin vaxtdan 2 il müddət keçsə də, 97300.00 avro məbləğində vəsait hesabına alınan mallar (xidməti) ölkəyə idxal edilməmiş, valyuta vəsaiti geri qaytarmamışdır. Yəni inzibati xəta hadisəsi ## ##### 2026-ci il tarixdə törədilmişdir. Bu vaxta kimi mal ölkəyə gətirilməli, yaxud pul vəsaiti geri qaytarılmalı idi. Bundan sonra malların ölkəyə gətirilməsi inzibati xəta hadisəsinin mövcudluğunu aradan qaldırmadığından malların ölkəyə gətirilməsi gözlənilərkən işə baxılması müddətinin uzadılmasına da heç bir hüquqi əsas yoxdur. Beləliklə, məhkəmə hesab etmişdir ki, «xxxx» MMC ## ##### 2024-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə 97300.00 Avro məbləğində vəsaiti köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçdikdən sonra 97300.00 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmişdir. Buna görə də həmin hüquqi şəxsə Azərbaycan Respublikası IXM-nin 430.4-cü maddəsinin sanksiyası həddində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizi məbləğində cərimə tənbeh növü təyin edilməlidir. Məhkəmə hesab etmişdir ki, inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs xarici valyutada olan pul vəsaiti Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, həmin pul vəsaiti müqabilində alınan malların ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsi 02 (iki) il müddətində banka təqdim edilməmişdir. Eyni zamanda pul ölkəyə qayıtmamışdır. Beləliklə «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X3 ## ###### 2016-cı il tarixli, **/* saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri- rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə X1 Heyətinin ## ###### 2016-cı il tarixli qərarının 4.3.2-1-ci bəndindən görünür ki, malların respublikanın gömrük ərazisinə gətirilmədən üçüncü tərəfə təqdim edilməsi üzrə rezidentlərin və qeyri-rezidentlərin vasitəçilik fəaliyyəti ilə bağlı köçürmələri. Belə köçürmələrin məbləği vasitəçinin müvəkkil bankdakı hesabına mal alan tərəfindən əvvəlcədən köçürülən məbləğdən artıq olmamalı və vasitəçilik fəaliyyətini təsdiq edən müvafiq müqavilə (müqavilələr) banka təqdim edilməlidir. Məhkəmə belə hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(3-6)-2250/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2250/2026
07.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver