Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2251/2026 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi Nümayəndə və barəsində inzibatti icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Maraqlı şəxs (üçüncü şəxs) ASC-nin qanuni təmsilçisi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair ## ##### 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi Nümayəndə şikayətin təmin edilməsini və qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmənin iclasında iştirak edən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə, apellyasiya qaydasında verilmiş şikayətin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin ## ###### 2026-cı il tarixli 3-17-5/2-27456/2026 məktubundan görünür ki, vətəndaşlar X1 və X4 Maraqlı şəxs (üçüncü şəxs) ASC-də əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladıqları müraciətə X5 Xidmətinin Bakı Şəhər İdarəsində baxılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq vətəndaşlar X1 və X4 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid aşağıdakı sənədlərin 7 iş günü ərzində X5 Xidmətinin Bakı Şəhər İdarəsinə təqdim edilməsi xahiş edilmişdir. Əks halda tərəflərindən müraciət ilə əlaqədar tələb olunan aidiyyəti məlumatlar (sənədlər) DƏMX-nə təqdim edilməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 539.3- cü maddəsinə əsasən tərəflərindən müvafiq qaydada inzibati məsuliyyətə cəlb ediləcəklər. X3 Xidmətinin Bakı şəhər İdarəsinin ## #### 2026-cı il tarixli reyestrdən görünür ki, ## ###### 2026-cı il tarixli məktub Maraqlı şəxs (üçüncü şəxs) ASCyə göndərilmişdir. Poçt göndərişlərinin izlənilməsindən aşkar olunur ki, ## ###### 2026-cı il tarixli məktub ## #### 2026-cı il tarixdə Maraqlı şəxs (üçüncü şəxs) ASC-yə çatdırılmışdır. Sənədin elektron kabinetə yerləşdirilməsi haqqında ## #### 2026-cı il tarixli 3-17-5/2- *****/**** nömrəli arayışdan görünür ki, məktub ## ###### 2026-cı il tarixdə Maraqlı şəxs (üçüncü şəxs) ASC-nin elektron kabinetinə yerləşdirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin *-**-*/*-*****/**** nömrəli, ## #### 2026-cı il tarixli məktubundan görünür ki, vətəndaşlar X1 və X4 Maraqlı şəxs (üçüncü şəxs) ASC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladıqları müraciətə X5 Xidmətinin Bakı Şəhər İdarəsində baxılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3 maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Qeyd olunanlarla əlaqədar vətəndaşların müraciətinə münasibət bildirilməsi və ona aidd sənədlərin 7 (yeddi) iş günü ərzində X3 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsilə əlaqədar ## ###### 2026-cı il tarixli *-**-*/*-*****/**** saylı sorğu məktubu göndərilsə də, sənədlər tərəflərindən natamam təqdim edilmişdir. Bu səbəbdən İnzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etməkləri məqsədi ilə ##.##.2026-cı il tarixdə saat 12:00-da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X3 Xidmətinin Bakı şəhər idarəsinə (AZ1114,Bakı şəhəri, Svetlana Məmmədova küçəsi, 107) və ya video konfrans vasitəsi ilə (ƏMAS şəxsi kabinetinizə daxil edilmiş ZOOM platforması linki üzərindən) dəvət edilmişdirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemindən əldə edilmiş çıxarışdan görünür ki, məktub ## #### 2026-cı il tarixdə Maraqlı şəxs (üçüncü şəxs) ASC-nin şəxsi kabinetinə yerləşdirilmişdir. Sənədin elektron kabinetə yerləşdirilməsi haqqında ## #### 2026-cı il tarixli ************* nömrəli arayışdan görünür ki, məktub ## ##### 2026-cı il tarixdə Maraqlı şəxs (üçüncü şəxs) ASC-nin elektron kabinetinə yerləşdirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinin əmək müfəttişi X2 tərəfindən tərtib edilmiş ## ##### 2026cı il tarixdə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaşlar X1 və X4 şikayəti əsasında Azərbaycan Respublikası ƏMnin 15.2-ci maddəsinin tələbi ilə Maraqlı şəxs (üçüncü şəxs) ASC-nin vəzifəli şəxsinə göndərilmiş ## ###### 2026-cı il tarixli *-**-*/*-*****/**** nömrəli məktubda vətəndaşlara aid sənədlərin tam və düzgün BŞİ-yə təqdim edilməsi tələb olunsa da sənədlər natamam təqdim edilmişdir. Belə ki, vətəndaşların əmək məzuniyyətinə çıxdığını təsdiq edən sənədlərin məzuniyyət haqları və son haqq hesabın hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti araşdırmaya təqdim edilməmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından görünür ki, Maraqlı şəxs (üçüncü şəxs) ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə tətbiq edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən Maraqlı şəxs (üçüncü şəxs) ASC-nə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tətbiq edilmiş cərimə şərti tətbiq edilmiş, Maraqlı şəxs (üçüncü şəxs) ASC törətdiyi hüquqpozmanı aradan qaldırması üçün 01 (bir) ay müddət təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsi baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7 və 139-cu maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 141.1.3 və 142-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə” dair ##.##.2026-cı il tarixli qərarından göründüyü kimi Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin X hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.6 və 18.7-ci maddələrinin tələbləri: 1) səlahiyyətli orqanlar tərəfindən vəzifəli şəxs barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edildikdən sonra eyni inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol (inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar) tərtib edilərək baxılması üçün məhkəməyə göndərilməsini; 2) eyni inzibati xəta hadisəsi ilə bağlı inzibati xəta haqqında ş üzrə icraatın başlanması haqqında qərarlar tərtib edilərək həm məhkəməyə (hüquqi şəxs barəsində), həm də səlahiyyətli orqana (vəzifəli şəxs barəsində) göndərilməsini istisna edir. Həmin Qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3, 18.6 və 18.7-ci maddələrinin mənasına görə, eyni inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxslə yanaşı onun xeyrinə və ya onun maraqlarının qorunması üçün hərəkət və ya hərəkətsizlik edən vəzifəli şəxsin də əməllərində inzibati xəta tərkibinin olmasına kifayət qədər əsaslar mövcud olduqda, hər iki subyekt barəsində eyni vaxtda inzibati xəta haqqında protokollar (inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar) tərtib edilərək baxılması üçün məhkəməyə göndərilə bilər. Belə hallarda inzibati xəta haqqında işin tam və obyektiv araşdırılmasının təmin edilməsi, prosessual qənaət prinsipinin gözlənilməsi və ziddiyyətli qərarların qarşısının alınması məqsədi ilə hüquqi və vəzifəli şəxsin inzibati məsuliyyətinə dair məsələlərə məhkəmələrdə bir icraat daxilində baxılmalıdır. Məhkəmə qeyd edir ki, səlahiyyətli orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli *(*-***)-****/**** saylı qərarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən vətəndaşlar X1 və X4 əmək hüquqlarının pozulması ilə bağlı etdikləri kollektiv müraciətləri əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə uyğun olaraq Maraqlı şəxs (üçüncü şəxs) Açıq Səhmdar Cəmiyyətinə göndərilmiş *-**-*/*-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli məktubda tələb olunan sənədlərin tam şəkildə təqdim olunması təmin edilmədiyindən Maraqlı şəxs (üçüncü şəxs) Açıq Səhmdar Cəmiyyətin barəsində MN seriyalı ******* nömrəli ## ##### 2026-cı il tarixli protokol tərtib edilmiş və baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarına əsasən Maraqlı şəxs (üçüncü şəxs) ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə tətbiq edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən Maraqlı şəxs (üçüncü şəxs) ASC-nə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tətbiq edilmiş cərimə şərti tətbiq edilmiş, Maraqlı şəxs (üçüncü şəxs) ASC törətdiyi hüquqpozmanı aradan qaldırması üçün 01 (bir) ay müddət təyin edilməsinə baxmayaraq, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən hüquqi şəxs Maraqlı şəxs (üçüncü şəxs) ASC barəsində qərar qəbul edildikdən sonra eyni inzibati xəta hadisəsi ilə bağlı vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin məhkəmə tərəfindən hüquqi şəxs barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edildikdən sonra eyni inzibati xəta hadisəsi ilə bağlı vəzifəli şəxs barəsində inzibati xəta haqqında protokolun baxılması üçün məhkəməyə göndərilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Məhkəmə qərarla razılaşaraq qeyd edir ki, hazırkı iş üzrə hüquqi əhəmiyyət kəsb edən hal inzibati xəta haqqında protokolun tərtib edildiyi tarix deyil, işə baxıldığı zaman eyni inzibati xəta hadisəsi üzrə hüquqi şəxs barəsində artıq qərarın mövcud olmasıdır. Belə ki, iş materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında protokol ## ##### 2026-cı il tarixdə tərtib edilmiş, həmin material məhkəməyə ## #### 2026-cı il tarixdə daxil olmuşdur. Bununla yanaşı, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli 3(5-101)- ****/**** saylı qərarla eyni inzibati xəta hadisəsinə görə hüquqi şəxs barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Beləliklə, hazırkı iş məhkəmənin icraatına daxil olduğu zaman eyni fakt üzrə hüquqi şəxs barəsində artıq yekun prosessual qərar mövcud olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsi baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7 və 139-cu maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 141.1.3 və 142-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2026-cı il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, səlahiyyətli orqan tərəfindən vəzifəli şəxs barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edildikdən sonra eyni inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxs barəsində ayrıca inzibati icraatın aparılması, yaxud həmin materialın baxılması üçün məhkəməyə göndərilməsi yolverilməz hesab edilmişdir. Konstitusiya Məhkəməsi vurğulamışdır ki, eyni inzibati xəta hadisəsindən irəli gələn hüquqi və vəzifəli şəxsin məsuliyyəti məsələləri ayrı-ayrı icraatlarda deyil, vahid icraat çərçivəsində araşdırılmalı, işin tam və obyektiv araşdırılması, prosessual qənaət prinsipinin təmin olunması və ziddiyyətli qərarların qarşısının alınması məqsədilə həmin məsələlərə eyni vaxtda baxılmalıdır. Nəzərə alınmalıdır ki, hüquqi şəxsin inzibati məsuliyyəti müstəqil və abstrakt xarakter daşımır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3, 18.6 və 18.7-ci maddələrinin məzmunundan da göründüyü kimi, hüquqi şəxsin məsuliyyəti onun xeyrinə və ya maraqlarının qorunması naminə hərəkət edən, qərar qəbul edən və ya nəzarət funksiyalarını həyata keçirən vəzifəli şəxslərin davranışı ilə birbaşa əlaqəlidir. Bu səbəbdən hüquqi şəxsin əməli ilə bağlı hüquqi qiymət artıq verildikdən sonra həmin eyni faktın vəzifəli şəxsə münasibətdə ayrıca araşdırılması vəzifəli şəxsin məsuliyyətinin müəyyən edilməsinin mahiyyəti ilə uzlaşmır. Bundan əlavə, məhkəmə hesab edir ki, eyni inzibati xəta hadisəsi üzrə əvvəlcə hüquqi şəxs barəsində qərar qəbul edilməsi, daha sonra isə həmin hadisəyə görə vəzifəli şəxs barəsində ayrıca icraatın davam etdirilməsi hüquqi müəyyənlik prinsipinə də ziddir. Hüquqi müəyyənlik prinsipi tələb edir ki, eyni fakt üzrə dövlət orqanlarının hüquqi mövqeyi sabit, ardıcıl və proqnozlaşdırıla bilən olsun. Əks yanaşma eyni hadisənin müxtəlif icraatlarda təkrar-təkrar araşdırılmasına, eyni sübutlara fərqli hüquqi qiymət verilməsinə və nəticə etibarilə hüquqi qeyrimüəyyənliyin yaranmasına səbəb olur. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında xüsusi olaraq vurğulanmışdır ki, hüquqi və vəzifəli şəxsin məsuliyyəti məsələlərinin bir icraat daxilində araşdırılmasının əsas məqsədlərindən biri ziddiyyətli qərarların qəbul edilməsinin qarşısını almaqdır. Hazırkı halda hüquqi şəxs barəsində artıq qərar qəbul edilmişdir. Vəzifəli şəxs barəsində ayrıca icraatın davam etdirilməsi isə eyni inzibati xəta hadisəsinin fərqli qaydada qiymətləndirilməsi ehtimalını yaradır ki, bu da hüquq tətbiqetmənin vahidliyi prinsipinə uyğun hesab edilə bilməz. Eyni zamanda, hüquqi şəxsin məsuliyyəti məsələsinin həlli üçün əhəmiyyət kəsb edən sübutlar vəzifəli şəxsin məsuliyyətinə dair icraatda araşdırılmış hallarla sıx bağlıdır. Vəzifəli şəxsin davranışının xarakteri, onun səlahiyyətləri, hüquqi şəxslə əlaqəsi, hərəkətlərin hüquqi şəxsin maraqları naminə edilib-edilməməsi kimi hallar eyni sübutlar əsasında müəyyən edilməlidir. Bu səbəbdən hüquqi şəxs barəsində icraat yekunlaşdıqdan sonra həmin sübutların vəzifəli şəxsə münasibətdə yenidən ayrıca qiymətləndirilməsi Konstitusiya Məhkəməsinin müəyyən etdiyi vahid araşdırma konsepsiyasına uyğun gəlmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Odur ki, məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə qüvvədə saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələri rəhbər tutularaq, məhkəmə QƏRARA ALDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı qüvvədə saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2251/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2251/2026
27.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver