Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2252/2026 30.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin hüquq idarəsinin verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhəri Idarəsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə tərtib etdiyi ## ### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhəri Idarəsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə tərtib etdiyi ## ### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim X4) vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 və hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC barəsində Azərbaycan Respublikası IXM-in 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibinin olmamasına görə xitam verilmişdir. Həmin qərardan X7 Xidmətinin hüquq idarəsi şikayət verib, onun ləğv edilməsini, vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 və hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC barəsində Azərbaycan Respublikası IXM-in 539.1-1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, səlahiyyətli orqanın “Əmək və məşğulluq” altsisteminə baxış keçirilərkən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-də qüvvədə olan əmək müqavilərində əmək haqqı məbləğinin minimum əmək haqqı məbləğindən aşağı olması müəyyənləşdirilmişdir. Bununla bağlı işçilərin qüvvədə olan əmək müqavilələrinə düzəliş edilməsi və görülmüş tədbirlər barədə 10 (on) iş gün ərzində Xidmətin Bakı şəhər Idarəsinə yazılı məlumat verilməsinə dair icrası məcburi olan göstəriş verilmişdir. ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** nömrəli icrası məcburi olan göstəriş məktubu barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin ƏMAS-də olan elektron kabinetinə yerləşdirilmişdir. Xidmətin Bakı şəhər Idarəsinin qanuni göstərişinə baxmayaraq barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 tərəfindən heç bir tədbir görülməmiş və bu barədə məktubda göstərilmiş sənədləri tələb edilən müddətdə səlahiyyətli orqana göndərməmişdir. Apellyasiya məhkəməsi iclaslarında səlahiyyətli orqanın nümayəndəsi X1 verilmiş şikayətin məzmununa uyğun izahat verib, onun təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclaslarının vaxtı və yeri barədə xəbərdar edilmiş vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Buna görə də məhkəmə şikayətə həmin Cəmiyyətin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Səlahiyyətli orqan tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası IXM-in 539.1-1-ci maddəsində işçilərin sığorta olunmasının tənzimlənməsi ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225.1-ci maddəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 11.3-cü maddəsinə əsasən icbari sığorta müqaviləsi elektron sənəd formasında “Icbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlanılır. Iş üzrə səlahiyyətli orqan inzibati xəta haqqında protokolu birinci instansiya məhkəməsinin qərarından verdiyi şikayətin dəlilində göstərdiyi hal üzrə tərtib etmişdir. Iş materiallarından görünür ki,: - səlahiyyətli orqanın barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinə və onun direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 ünvanlanmış ## #### 2026-cı il tarixli *-**-*/*-*****/**** saylı məktubundan görünür ki, 2025-ci il yanvar ayının 1-dən Respublika üzrə minimum aylıq əmək haqqının məbləği 400 manata çatdırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 155-ci maddəsinin 3-cü hissəsinə əsasən aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğindən aşağı ola bilməz. Məsələ ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində ## #### 2026-cı il tarixdə ixrac edilmiş baza məlumatları ile nəticələr yenidən üzləşdirilərkən işçilər X5, X3, X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 əmək müqaviləsində əmək haqqı məbləğinin ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqı məbləğindən aşağı qeyd edildiyi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Qeyd olunanları nəzərə alaraq, 10 (on) iş günü müddətində tərəflərindən əsas iş yeri və tam iş vaxtı üzrə işləyən və əmək müqaviləsinə 400 manatdan aşağı əməkhaqqı daxil edilən işçilərinizin əməkhaqqı məbləğlərinə “Əmək və Məşğulluq” altsistemində düzəliş edilməli və görülmüş tədbirlər barədə X7 Xidmətinin Bakı şəhər Idarəsinə (Binəqədi rayonu, Svetlana Məmmədova, 107.) yazılı məlumat verilməlidir. Bu icrası məcburi göstərişdə müəyyən edilmiş müddət ərzində tədbirlər icra edilmədiyi təqdirdə Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi (Əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə) ilə tərəflərindən müvafiq qaydada inzibati xəta haqqında iş üzrə icraata başlanılacaqdır; Sənədin elektron kabinetə yerləşdirilməsi haqqında ## ### 2026-cı il tarixli ************* nömrəli arayışdan görünür ki, ## #### 2026-cı il tarixli məktub ## #### 2026-cı il tarixdə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinin elektron kabinetinə yerləşdirilmişdir; Səlahiyyətli orqanın “Əmək və Məşğulluq” altsistemindən əldə edilmiş çıxarışdan görünür ki, ## #### 2026-cı il tarixli *-**-*/*-*****/**** saylı məktub ## #### 2026-cı tarixdə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin şəxsi kabinetinə yerləşdirilmişdir. Səlahiyyətli orqanın barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-yə və onun direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 ünvanlanmış ## ### 2026-cı il tarixli 3-17-5/2- *****/**** saylı məktubundan görünür ki, 2025-ci il yanvar ayının 1-dən Respublika üzrə minimum aylıq əmək haqqının məbləği 400 manata çatdırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 155-ci maddəsinin 3-cü hissəsinə əsasən aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğindən aşağı ola bilməz. “Əmək və məşğulluq” altsisteminə baxış zamanı əmək müqaviləsində əmək haqqı məbləğinin ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqı məbləğindən aşağı qeyd edildiyi əmək müqavilələrinin olması müəyyən edilmişdir. Bununla bağlı göndərilmiş ## #### 2026-cı il tarixli 3-17-5/2- *****/**** nömrəli icrası məcburi göstəriş tərəfinizdən icra edilməmişdir. Bu səbəbdən Inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etməkləri məqsədi ilə ##.##.2026-cı il tarixdə, saat 12:00-da tabeliyində * saylı Bakı DOST Mərkəzinə (Bakı şəhəri, Yasamal rayonu, Ismayıl Qutqaşınlı 86) və ya video konfrans vasitəsi ilə (ƏMAS şəxsi kabinetinizə daxil edilmiş ZOOM platforması linki üzərindən) dəvət edilmişdirlər; Sənədin elektron kabinetə yerləşdirilməsi haqqında ## ### 2026-cı il tarixli ************* nömrəli arayışdan görünür ki, ## ### 2026-cı il tarixli məktub ## ### 2026-cı il tarixdə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinin elektron kabinetinə yerləşdirilmişdir; Səlahiyyətli orqanın “Əmək və Məşğulluq” altsistemindən əldə edilmiş çıxarışdan görünür ki, ## ### 2026-cı il tarixli *-**-*/*-*****/**** saylı məktub ## ### 2026-cı tarixdə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinin şəxsi kabinetinə yerləşdirilmişdir; Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-***/**** saylı hökmündən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 4 (dörd) il 5 (beş) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı ## ###### 2025-ci il tarixdən hesablanmışdır. Iş üzrə birinci instansiya məhkəməsi qəbul etdiyi qərarında gəldiyi müvafiq nəticəni iş materialları ilə səlahiyyətli orqanın ## #### 2026-cı il tarixli *-**-*/*-*****/**** nömrəli məktubunun işəgötürən tərəfindən həmin göstəriş xarakterli məktubda qeyd edilən tələb təmin edilmədiyi göstərilsə də, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barəsində azadlıqdan məhrumetmə cəzası təyin edildiyindən, bu pozuntunun aradan qaldırılması faktiki olaraq onun imkanı xaricində olmasına əsaslanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsi baxımından Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53.1.7 və 139-cu maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 141.1.3 və 142-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə” dair ##.##.2026-cı il tarixli qərarından göründüyü kimi Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin X hissəsinin və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 18.6 və 18.7-ci maddələrinin tələbləri: 1) səlahiyyətli orqanlar tərəfindən vəzifəli şəxs barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edildikdən sonra eyni inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol (inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar) tərtib edilərək baxılması üçün məhkəməyə göndərilməsini; 2) eyni inzibati xəta hadisəsi ilə bağlı inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar tərtib edilərək həm məhkəməyə (hüquqi şəxs barəsində), həm də səlahiyyətli orqana (vəzifəli şəxs barəsində) göndərilməsini istisna edir. Həmin Qərara əsasən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 18.3, 18.6 və 18.7-ci maddələrinin mənasına görə, eyni inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxslə yanaşı onun xeyrinə və ya onun maraqlarının qorunması üçün hərəkət və ya hərəkətsizlik edən vəzifəli şəxsin də əməllərində inzibati xəta tərkibinin olmasına kifayət qədər əsaslar mövcud olduqda, hər iki subyekt barəsində eyni vaxtda inzibati xəta haqqında protokollar (inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar) tərtib edilərək baxılması üçün məhkəməyə göndərilə bilər. Belə hallarda inzibati xəta haqqında işin tam və obyektiv araşdırılmasının təmin edilməsi, prosessual qənaət prinsipinin gözlənilməsi və ziddiyyətli qərarların qarşısının alınması məqsədi ilə hüquqi və vəzifəli şəxsin inzibati məsuliyyətinə dair məsələlərə məhkəmələrdə bir icraat daxilində baxılmalıdır. Səlahiyyətli orqan tərəfindən vəzifəli şəxs barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edildikdən sonra eyni inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxs barəsində inzibati xəta haqqında protokolun baxılması üçün məhkəməyə göndərilməsi Inzibati Xətalar Məcəlləsində nəzərdə tutulmayıb. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında xüsusi olaraq vurğulanmışdır ki, hüquqi və vəzifəli şəxsin məsuliyyəti məsələlərinin bir icraat daxilində araşdırılmasının əsas məqsədlərindən biri ziddiyyətli qərarların qəbul edilməsinin qarşısını almaqdır. Hazırkı halda vəzifəli şəxs barəsində artıq qərar qəbul edilmişdir. Hüquqi şəxs barəsində ayrıca icraatın davam etdirilməsi isə eyni inzibati xəta hadisəsinin müxtəlif dövlət orqanları tərəfindən fərqli qaydada qiymətləndirilməsi ehtimalını yaradır ki, bu da hüquq tətbiqetmənin vahidliyi prinsipinə uyğun hesab edilə bilməz. Eyni zamanda, hüquqi şəxsin məsuliyyəti məsələsinin həlli üçün əhəmiyyət kəsb edən sübutlar vəzifəli şəxsin məsuliyyətinə dair icraatda araşdırılmış hallarla sıx bağlıdır. Vəzifəli şəxsin davranışının xarakteri, onun səlahiyyətləri, hüquqi şəxslə əlaqəsi, hərəkətlərin hüquqi şəxsin maraqları naminə edilib-edilməməsi kimi hallar eyni sübutlar əsasında müəyyən edilməlidir. Bu səbəbdən vəzifəli şəxs barəsində icraat yekunlaşdıqdan sonra həmin sübutların hüquqi şəxsə münasibətdə yenidən ayrıca qiymətləndirilməsi Konstitusiya Məhkəməsinin müəyyən etdiyi vahid araşdırma konsepsiyasına uyğun gəlmir. - Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Iş məhkəməyə daxil olduğu tarixdə eyni inzibati xəta hadisəsi üzrə hüquqi şəxs barəsində artıq inzibati xəta haqqında qərar mövcud olmuş, nəticə etibarilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barəsində başlanmış inzibati icraatın davam etdirilməsi Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2026-cı il tarixli qərarında ifadə olunmuş məcburi hüquqi mövqeyə, habelə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 18, 53.1.7 və 109.2-ci maddələrinin tələblərinə uyğun olmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, səlahiyyətli orqanın birinci instansiya məhkəməsinə təqdim etdiyi, yuxarıda göstərilən çıxarışla ## #### 2026-cı il tarixli *-**-*/*- *****/**** nömrəli məktubunun barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin “ƏMAS”-da olan elektron kabinetinə yerləşdirilməsi, bununla da səlahiyyətli orqanın həmin məktubunun göstərilən Cəmiyyətə lazımi qaydada göndərilməsi və Cəmiyyətin bundan məlumatlı olması mübahisəsiz qaydada müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi bu barədə nəticəyə gələrkən, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin VÖEN-nin aktiv olmasına, səlahiyyətli orqan tərəfindən təqdim edilmiş çıxarışda əks olunmuş məlumatları, yəni həmin məktubun onun “ƏMAS”-da olan elektron kabinetinə göndərilməsini təkzib edən hər hansı sübutu birinci və apellyasiya instansiyası məhkəmələrinə təqdim etməməsini də nəzərə alır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırdıqdan sonra Azərbaycan Respublikası IXM-in 75, 76 və 84-cü maddələrinin tələblərinə əməl etməklə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin səlahiyyətli orqana ## #### 2026-cı il tarixli *-**-*/*-*****/**** nömrəli məktubunda göstərilmiş işçilərə əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum aylıq əmək haqqı məbləğində (400) aşağı əmək haqqının ödənilməməsi əməlində Azərbaycan Respublikası IXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətini səlahiyyətli orqanın tərtib etdiyi inzibati xəta haqqında protokolda göstərilmiş məzmunda yaratmışdır. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin elektron kabineti vasitəsilə həmin məktubdan vaxtında məlumatlı olmaması göstərilən inzibati məsuliyyətini istisna edən hal kimi nəzərə alına bilməz. Göstərilənlərə əsasən iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC tərəfindən Azərbaycan Respublikası IXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Buna görə də barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC həmin maddə ilə müvafiq inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası IXM-in: - 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 539-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. - 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. - 116.3-cü maddəsinə əsasən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. - 116.4-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Apellyasiya instansiyası məhkəməsi, həmçinin qeyd edir edir ki, iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC Azərbaycan Respublikası IXM-in 539.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərkən, həmin Məcəllənin 116-cı maddəsinin yuxarıda göstərilən müddəaları nəzərə alınmalıdır. Azərbaycan Respublikası IXM-in: - 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. - 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadığına görə qanunsuz və əsassızdır. Bu səbəbdən X7 Xidmətinin hüquq idarəsinin verdiyi şikayət qismən təmin edilməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə ləğv edilməli, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC Azərbaycan Respublikası IXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, onun barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri şərti olaraq tətbiq edilməli, həmin Cəmiyyət 1 ay müddətində törətdiyi inzibati hüquqpozmanı aradan qaldırarsa, həmin inzibati cəriməni ödəməkdən azad edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası IXM-in 133.2.8, 134.1.2 və 135.1.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin hüquq idarəsinin verdiyi şikayət qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə ləğv edilsin. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC Azərbaycan Respublikası IXMin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri şərti olaraq tətbiq edilsin. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC 1 (bir) ay müddətində törətdiyi inzibati hüquqpozmanı aradan qaldırarsa, həmin inzibati cəriməni ödəməkdən azad edilsin. Əks təqdirdə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC bu qərarda nəzərdə tutulan inzibati cəriməni ödəsin. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC bu qərarda törətdiyi göstərilmiş hüquqpozmanı aradan qaldırdıqda, bu barədə yuxarıdakı abzasda nəzərdə tutulan müddət ərzində Bakı Apellyasiya Məhkəməsinə məlumat versin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2252/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2252/2026
30.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver