Məhkəmə qərarları › İş №3(3-6)-2254/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-2254/2026

29.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-2254/2026 29.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Qəniyev Faiq Əsəd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin ## #### 2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ilə şikayətin təmin edilməsi, Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində inzibati cərimə edilməsinə dair ## #### 2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarının ləğv edilməsi və Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin inzibati tənbehvermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iş materialları nəzərdən keçirib hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən şikayət vermə müddəti buraxılmışdır. Bu səbəbdən, inzibati xəta haqqında material birinci instansiya məhkəməsinə qaytarılmalı və şikayət verən şəxsə mübahisələndirilən qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məqsədi ilə aidiyyəti üzrə birinci instansiya məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. İnzibati Xətalar Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57.1- 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2021-ci il tarixli qərarına əsasən, inzibati xəta haqqında iş üzrə məhkəmə qərarından verilmiş şikayət və ya protest vermə müddətinin buraxılıb-buraxılmamasının yoxlanılması ilə əlaqədar prosessual məsələlərin tənzimlənməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müvafiq normaları qanunun analogiyası üzrə tətbiq edilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ## #### 2026-cı il tarixdə elekron imza ilə imzalanaraq “Elektron məhkəmə” İnformasiya Sisteminə daxil edilmiş, ## #### 2026-cı il tarixdə Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinə EDMS proqram təminatı üzərindən rəsmi qaydada göndərilmişdir. Lakin həmin qərardan apellyasiya şikayəti ## #### 2026-cı il tarixdə əlyazma şəklində imzalandığı qeyd edilməklə (## #### 2026-cı il tarixi həftənin şənbə gününə təsadüf edir) ## #### 2026-cı il tarixdə təqdim edilmişdir. Göründüyü kimi, Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən apellyasiya qaydasında şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət ötürülmüş, müddətin bərpasına dair ərizə (vəsatət) verilməmişdir. Məhkəmə onu da nəzərə alır ki, Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli *(*-**)-****/**** saylı qərarını məhz aldıqdan 10 gün müddətində apellyasiya şikayəti verməsini təsdiq edən hər hansı dəlil mövcud deyildir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən verilmiş şikayət qanunla müəyyən olunmuş prosessual müddət ötürülməklə verildiyindən inzibati xəta haqqında material birinci instansiya məhkəməsinə qaytarılmalı, ötürülmüş prosessual müddətin bərpası barədə birinci instansiya məhkəməsinə vəsatətlə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 130 və 133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından verilmiş şikayət inzibati xəta haqqında materiallarla birlikdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılsın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından şikayət veriləcəyi halda şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məqsədi ilə aidiyyəti üzrə birinci instansiya məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardad qətidir, ondan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar