Məhkəmə qərarları › İş №3(3-6)-2259/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2259/2026

03.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2259/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs «xxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, «xxxx” MMC Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 16.147 (on altı min bir yüz qırx yeddi) ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi miqdarında, yəni, 3.229,4 (üç min iki yüz iyirmi doqquz dollar 4 sent) ABŞ dolları (ödənilən günün manatla olan məzənnəsi ilə) cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından MMC-nin direktoru X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Aynur Əliyeva) ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərarı ilə «xxxx” MMC Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 16.147 (on altı min bir yüz qırx yeddi) ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi miqdarında, yəni, 3.229,4 (üç min iki yüz iyirmi doqquz dollar 4 sent) ABŞ dolları (ödənilən günün manatla olan məzənnəsi ilə) cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Işin halları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində AR Mərkəzi Bankı tərəfindən ##.##.2026-cı il tarixli EP******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Inzibati xəta haqqında ##.##.2026-cı il tarixli EP******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən 16.147 (on altı min bir yüz qırx yeddi) ABŞ dolları məbləğində vəsait bank vasitəsilə ##.##.2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 16.147 (on altı min bir yüz qırx yeddi) ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta ##.##.2026-cı il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Iş üzrə yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Həmin qərardan MMC-nin direktoru X2 apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Trəflərin çıxışları: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs «xxxx” MMC-nin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini bildirmişlər. Apellyasiya baxışının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsilə ərizə ilə verərək şikayətin təmin edilib iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Hüquqi məsələlər: Apellyasiya şikayətində barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edilərək tələbi IXM-in 135.1.2 və 135.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. IXM-in 135.1.2 və 135.1.3-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə MMC-nin nümayəndəsinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi inzibati xəta tərkibinin olması qənaətinə gəlməkdə və bu əsasla inzibati xəta haqqında iş üzrə hüquqi şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq etməkdə haqlı olmamış və düzgün nəticəyə gəlməmişdir. Inzibati xəta haqqında ##.##.2026-cı il tarixli EP******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən 16.147 (on altı min bir yüz qırx yeddi) ABŞ dolları məbləğində vəsait bank vasitəsilə ##.##.2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 16.147 (on altı min bir yüz qırx yeddi) ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta ##.##.2026-cı il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. - ##.##.2023-cü il tarixli “Contract”dan müəyyən edilir ki, həmin müqavilə satıcı-“ “DST Kimya Sanayi ve Ticaret A.S.” ilə Alıcı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC arasında bağlanmışdır. - ##.##.2024-cü il tarixli “Invoice”dan müəyyən edilir ki, cəmi 16.147 ABŞ dolları olan mallar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən alınmışdır. - ##.##.2024-cü il tarixli “Ödəniş tapşırığı”dan müəyyən edilir ki, 16.147 (on altı min bir yüz qırx yeddi) ABŞ dolları məbləğində vəsait ##.##.2024-cü il tarixində benefisiar “DST Kimya Sanayi ve Ticaret A.S.”nin bank hesabına köçürülmüşdür. - “xxxx” ASC tərəfindən AR Mərkəzi Bankına ##.##.2026-cı il tarixli məktubdan müəyyən edilir ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeydi-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın tələbi olaraq, idxal olunan mal və xidmətlər üzrə qabaqcadan ödəniş aparıldığı gündən 2 il müddətində mal və ya xidmətin idxalını təsdiq edən sənədlərini təqdim etməyən müştərilərin siyahısında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC də vardır. Təqdim edilmiş sənədlərdən görünür ki, ************** saylı bəyannamə ilə 16.147 (on altı min bir yüz qırx yeddi) ABŞ dolları məbləğində hesabına alınmış malların idxalı təsdiq edilmişdir. IXM-in 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X3 ## ###### 2020-ci il tarixli **/* saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi Bankının Idarə Heyətinin 2016-cı il ## ###### tarixli **/* nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir. Göründüyü kimi, barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlər əsasında 16.147 (on altı min bir yüz qırx yeddi) ABŞ dolları valyuta vəsait hesabına alınmış malların 2 il keçmədən geri qaytarılması təsdiqini tapmış, MMC-nin əməlində IXM-in 430.4-cü maddəsi ilə inzibati xəta tərkibi yaratmamışdır. IXM-in; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, MMC tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin MMC-nin IXMin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmasına dair ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, MMC barəsində IXM-in 430.4-cü maddəsi ilə tərtib olunmuş EP******* nömrəli nömrəli, ##.##.2026-cı il inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 134.1.2, 135.1.2-ci maddəsini rəhbər tutaraq, Qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs MMC-nin direktoru X2 tərəfindən verilmiş şikayət təmin edilsin. «xxxx” MMC Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 16.147 (on altı min bir yüz qırx yeddi) ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi miqdarında, yəni, 3.229,4 (üç min iki yüz iyirmi doqquz dollar 4 sent) ABŞ dolları (ödənilən günün manatla olan məzənnəsi ilə) cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar