Məhkəmə qərarları › İş №3(3-6)-2260/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2260/2026

24.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2260/2026 24.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, məhkəmə iclas katibi Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi Əliyev Elçin İsmayıl oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Ələkbərov İsmayıl Xəlil oğlunun iştirakı ilə Ələkbərov İsmayıl Xəlil oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tənbeh edilməsi haqqında inzibati iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından Ələkbərov İsmayıl Xəlil oğlu tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqdim edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür və ##.##.2026cı il tarixli, MN******* saylı inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, Ələkbərov İsmayıl Xəlil oğlu AR İXM-nin 192.1-ci maddəsinə əsasən 3.000 manat məbləğində inzibati cərimə olunmuşdur. Ələkbərov İsmayıl Xəlil oğlunun barəsində qəbul olunmuş ## #### 2026-cı il tarixli *(*-**)- ****/**** saylı inzibati tənbeh vermə haqqında qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət vermişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim A.M.Əliyeva) ## #### 2026-cı il tarixli *(*- **)-****/**** saylı qərarından görünür ki, şikayət təmin edilməmişdir. Həmin qərardan Ələkbərov İsmayıl Xəlil oğlu apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etiraz və tərəflərin çıxışları: Şikayətdə qeyd olunmuşdur ki, iş üzrı inzibati xəta tərkibi olmadığından və eyni zamanda inzibati xata haqqında iş üzrə icraat aparılan inzibati xəta törədilməsi iş materialları ilə sübuta yetirilmədiyindən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, şikayət verən şəxslərin şahid kimi sorğu-sual edilməsi üçün məhkəməyə çağırılmaları barədə şifahi qaydada vəsasat verilmişdir. Məhkəmə qeyd olunan şəxslərin iştirakını təmin etmək üçün məhkəmə iclasını bir dəfə təxirə salmışdır. Həmin şəxslər müxtəlif bəhanələr uyduraraq məhkəmə prosesinə gəlib izahat verməkdən, üzləşmədən yayınmışlar. Nəticədə qeyd olunan şəxslərin şahid kimi çağırılaraq məhkəmədə sorğu-sual edilməsi mümkün olmamışdır. Halbuki, bu işin ədalətli və obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb edən məsələdir. Çünki, iş materiallarında sübut kimi sayıla biləcək məlumatlar yalnız şikayət verən barəsində inzibati xəta haqqqında iş üzrə icraat aparılan şəxslərin izahatlarından ibarətdir. İnzibati xətanın törədilməsinə dair hər hansı əlavə sənədlər və ya maddi sübutlar mövcud deyildir. Həmin şəxslər isə ümumiyyətlə rəhbərlik etdiyi “xxxx” MMC ilə hər hansı əmək münasibətlərinə daxil olmamışlar, nə bu barədə şirkətin rəhbərliyi, nə də onun əməkdaşları ilə hər hansı işlə bağlı danışıqlar aparmamışlar, ümumiyyətlə şirkət və onun əməkdaşlarını tanımır, iş materilallarında verdikləri izahatlardan da göründüyü kimi, sadəcə Xaliq adlı şəxslə tanış olmuşlar və ondan tapşırıq almışlar. Məhz bu səbəbdən həmin şəxslər üzləşmədən yayınmaq üçün müxtəlif bəhanələr gətirərək məhkəmədə iştirak etməmişlər. Belə ki, Xaliq Heydərov özünü sahibkar kimi qələmə vermiş, tikinti briqadası olduğunu və subpodrat xidmət müqaviləsi bağlayacağını bildirmişdir. X5 1200 manat pul verilmişdir ki, o “xxxx” MMC-nin işə ciddi yanaşmasını gorsün. Lakin, Xaliq Heydərov sonradan müxtəlif bəhanələr gətirərək müqavilə bağlanmasından yayınmış və ona ödənilən 1200 manatı qaytarmamaq üçün əməkdaşları bölgəyə apararaq orada işlətdiyini iddia etmiş və əlavə ödənişlər tələb etmişdir. Halbuki o, “xxxx” MMC-dən hər hansı göstəriş almadan əməkdaşlarını qanunsuz olaraq bölgəyə aparmış və iş görmələrinə özbaşına tapşırıq vermişdir. “xxxx” MMC subpodrat müqaviləsi baölamaqdan yayındığına görə Xaliq Heydərovun xidmətlərindən yararlanmayacağını ona bildirmişdir. “xxxx” MMC-nin Xaliq Heydərovun cəlb etdiyi işçi heyyəti barədə heç, bir məlumatı yoxdur və onların hansı işləri görməsindən məlumatsızdır. Təmsil etdiyi müəssisə və digər inşaat şirkəti tərəfindən təmir-bərpa işlərinin aparıldığı ərazilərdə hələ də minaların partlaması təhlükəsi vardır. İddia edilən dövrdə “xxxx” MMC tərəfindən layihə üzrə bütün evlərdə deyil, cari ilin fevral ayında Azarbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin açılış edəcəyi və köçkünlərə təqdim olunacağı evlərin təmir işlərinə fokuslanmış və hələ təmirə bağlanmamış evlərdəki işlərə daha sonraki mərhələdə başlanacaqdı. Şikayət məktubunda təqdim edilən faktlar va sübutlar sayəsində bəlli olur ki, əmək hüquqları pozulduqları iddia edən həmin şəxslər fiziki şəxs- Xaliq Heydərovun əməkdaşlarıdır və həmin şəxslərin amlak münasibətləri məhz onların Xaliq Heydarov ilə birbaşa münasibatdə tənzimlənməlidir. Məhkəmə iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi Əliyev Elçin İsmayıl oğlu apellyasiya şikayətinin təmin edilməməsini və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Ələkbərov İsmayıl Xəlil oğlu şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi verilmiş şikayəti inzibati xəta haqqında iş üzrə toplanmış icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının təkliflərini nəzərə alaraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə, şikayət təmin edilməli, inzibati iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ləğv olunmalı, Ələkbərov İsmayıl Xəlil oğlunun şikayəti təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə aparılmış məhkəmə icraatının xüsusiyyətlərini, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərar inzibati xəta haqqında işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsi baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7 və 139-cu maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 141.1.3 və 142-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərarına əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında və bu Qərarında formalaşdırdığı hüquqi mövqelərə əsasən inzibati xəta haqqında iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığı, barəsində qərar çıxarılan şəxslərin dairəsi ilə məhdudlaşır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin X hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.6 və 18.7-ci maddələrinin tələbləri: -səlahiyyətli orqanlar tərəfindən vəzifəli şəxs barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edildikdən sonra eyni inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol (inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar) tərti edilərək baxılması üçün məhkəməyə göndərilməsini; -eyni inzibati xəta hadisəsi ilə bağlı inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar tərtib edilərək həm məhkəməyə (hüquqi şəxs barəsində), həm də səlahiyyətli orqana (vəzifəli şəxs barəsində) göndərilməsini istisna edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3, 18.6 və 18.7-ci maddələrinin mənasına görə, eyni inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxslə yanaşı onun xeyrinə və ya onun maraqlarının qorunması üçün hərəkət və ya hərəkətsizlik edən vəzifəli şəxsin də əməllərində inzibati xəta tərkibinin olmasına kifayət qədər əsaslar mövcud olduqda, hər iki subyekt barəsində eyni vaxtda inzibati xəta haqqında protokollar (inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar) tərtib edilərək baxılması üçün məhkəməyə göndərilə bilər. Belə hallarda inzibati xəta haqqında işin tam və obyektiv araşdırılmasının təmin edilməsi, prosessual qənaət prinsipinin gözlənilməsi və ziddiyyətli qərarların qarşısının alınması məqsədi ilə hüquqi və vəzifəli şəxsin inzibati məsuliyyətinə dair məsələlərə məhkəmələrdə bir icraat daxilində baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından da görünür ki, səlahiyyətli orqanlar tərəfindən vəzifəli şəxs barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edildikdən sonra eyni inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol (inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar) tərtib edilərək baxılması üçün məhkəməyə göndərilməsi istisna edilir. Hazırki iş üzrə vəzifəli şəxs barəsində səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında iş üzrə qərar qəbul edildiyindən eyni inzibati xəta ilə bağlı hüquqi şəxs barəsində də qərar qəbul edilməsi düzgün deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.3-cü maddəsinə əsasən inizbati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134.1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA AL Dİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Ələkbərov İsmayıl Xəlil oğlunun inzibati iş üzrə şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar