Məhkəmə qərarları › İş №3(3-6)-2261/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2261/2026

30.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2261/2026 30.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Habil Çingiz oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, zərərçəkmiş şəxs "X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, onun vəkili “Əkrəm Həsənov və Partnyorları” Vəkil Bürosunun vəkili vəkil2 iştirakları ilə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-ci il tarixli qərarından zərərçəkmiş şəxs "X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi “De Fendo” Vəkil Bürosunun vəkili vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Təqdim edilmiş materialdan görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ## #### 2026-cı il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-ci il tarixli qərarı ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməsi qərara alınmışdır. Qərardan narazı qalan zərərçəkmiş şəxs "X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi “De Fendo” Vəkil Bürosunun vəkili vəkil1 tərəfindən apellyasiya qaydasında şikayət verilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-ci il tarixli qərarının ləğv edilməsi və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, iş materiallarından görünür ki, borclu hüquqi şəxsin rəhbəri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinin tələblərini qanünla müəyyən edilmiş müddətdə könüllü qaydada yerinə yetirməmiş, üzərinə düşən öhdəlikləri icra etməkdən yayınmışdır. Bakı şəhər Nizami Rayon Məhkəməsinə borclunun hərəkətsizliyi ilə bağlı iddia ərizəsi ilə müraciət etsə də, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-ci il tarixli qərarı ilə iddia tələbini təmin edilməmişdir. Həmin qərar ədalət mühakiməsinin məqsədlərinə və qanunun tələblərinə ziddir, ədalət mühakiməsi fəaliyyəti sözün özündən də görünür ki, ədalətin və qanunun təmin edilməsinə, vətəndaşların hüquqlarının bərpasına yönəlmiş fəaliyyətdir. Məhkəmə həmin qərar ilə inzibati qanunvericiliyinin maddi və prosessual tələblərini pozmuşdur. Belə ki, məhkəmə öz mövqeyində bildirmişdir ki, sənədinin verildiyi tarixdən əvvəl hüquqi şəxs fəaliyyətini dayandırdığından onun rəhbərindən icra sənədinin icrasını tələb etmək mümkün deyil. Həmçinin məhkəmə qeyd etmişdir ki, icra məmurunun apardığı araşdırmalar nəticəsində borclunun əmlakı, gəliri, bank hesabında vəsaiti və digər tutula bilən əmlakı müəyyən edilmədiyindən onun icra sənədini qəsdən icra etmədiyi sübuta yetirilməmişdir. Lakin məhkəmənin bu mövqeyi ilə razılaşmır. Hesab edir ki, hüquqi şəxsin fəaliyyətini dayandırması onun rəhbərini qanunvericilikdən irəli gələn öhdəliklərdən azad etmir. Buna görə də məhkəmənin gəldiyi, nəticə işin faktiki halları və qanunvericiliyin tələbləri baxımından əsaslı hesab edilə bilməz. Materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Babasxan oğlu borcun ödənilməsindən qərəzli şəkildə yayınır və bu niyyət hələ müqavilə üzrə vəsaitin qəbul edildiyi vaxtdan mövcud olmuşdur. Belə ki, tərəflər arasında 2022-ci ildə pomidor məhsullarının göndərilməsinə dair müqavilə bağlanmış, müqavilənin şərtlərinə uyğun olaraq 340.000 ABŞ dolları “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülmüşdür. Həmin vəsait Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Babasxan oğlu tərəfindən nağdlaşdırılaraq götürülmüş, lakin təyinatı üzrə istifadə edilməmişdir. Öz izahatında da göstərmişdir ki, vəsaiti müxtəlif ölkələrə göndərmişdir. Əsas məqamlardan biri də ondan ibarətdir ki, tərəflər arasında müqavilə 2022-ci ildə bağlanmışdır. Həmin dövrdə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti faktiki fəaliyyət göstərən hüquqi şəxs olmuş və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs da onun rəhbəri kimi fəaliyyətini həyata keçirmişdir. Bu səbəbdən, hüquqi şəxsin sonradan fəaliyyətini dayandırması onun müqavilənin icrası zamanı yaranmış öhdəliklərə və həmin öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyətini aradan qaldırmır. Həmçinin, borclu hüquqi şəxsin fəaliyyətinin dayandırılmasını elə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özü həmin öhdəlikdən yayınmaq məqsədi ilə edib. Öhdəliyin icrasından yayınma Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birbaşa qərəzli hərəktələrinə bağlıdır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs "X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə şikayətin dəlillərini müdafiə edərək, dəlillərə uyğun izahat vermiş, məhkəmədən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-ci il tarixli qərarının ləğv edilməsini və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, onun vəkili “Əkrəm Həsənov və Partnyorları” Vəkil Bürosunun vəkili vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmədən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Işə baxılması ilə əlaqədar Bakı şəhəri Nizami Rayon Icra Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə vaxtında məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərəflərin razılığı ilə işə şöbənin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçılarının fikirlərini dinləyərək, məhkəmə hesab edir ki, şikayət təmin olunmalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-ci il tarixli qərarı ləğv edilməli, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb edilməlidir. Bakı şəhəri Nizami rayon Icra Şöbəsinin icra məmuru X4 tərəfindən tərtib olunmuş ## ### 2026-cı il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin **-*(***)-**/**** saylı, ## ###### 2025-ci il tarixli icra vərəqəsi üzrə yaranmış borcu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri kimi ödəməmiş, icra sənədini icra etməmişdir. Bununla da Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuş, nəticədə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin **-*(***)-**/**** saylı, ## ###### 2025-ci il tarixli icra vərəqəsinə əsasən Iddiaçı “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəsatəti təmin edilmiş, Rusiya Federasiyasının Belqorod Vilayəti Arbitraj Məhkəməsinin 2024-cü il ## ###### tarixli NəA08-13879/2022 qərarı Azərbaycan Respublikasının ərazisində tanınmış və icraya yönəldilmişdir. Həmin qərarın icra tələb olunan nəticə hissəsi: Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçı "X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 340.500 ABŞ dolları məbləğində avans ödənişi, malın təchizində gecikməyə görə 114.408 ABŞ dolları məbləğində dəbbə pulu və 185.243 rubl məbləğində ödənilmiş dövlət rüsumu (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq) tutulmalısı qərara alınmışdır. Inzibati iş üzrə materiallardan görünür ki, icra məmuru tərəfindən ## ###### 2026-cı il tarixli “icraata başlamaq haqqında” qərar ilə **-*(***)-**/**** saylı, ## ###### 2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, borcluya tələbin könüllü icrası barədə məlumatlar göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon Icra Şöbəsinin icra məmuru X4 izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin **-*(***)-**/**** saylı, ## ###### 2025-ci il tarixli icra vərəqəsi Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri Nizami rayonu ərazisində yerləşdiyi üçün Bakı şəhəri Nizami rayon Icra Şöbəsinə göndərilmiş, tərəfindən icraata başlanılmış, borclu hüquqi şəxsə tələbin könüllü icrası barədə məlumat verilmişdir. Könüllü icra müddəti ərzində icra sənədi icra edilmədiyindən hüquqi şəxsin bank hesablarına həbs qoyulmuş, lakin sorğulara cavab olaraq banklardan onun hesablarında pul olmadığı bildirilmiş, bundan sonra mülkiyyətində olan daşınar və daşınmaz əmlaklar yoxlanılmış, lakin heç bir əmlak aşkar olunmamışdır. Müəyyən edilmişdir ki, Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsdur, ona məlumat verilmiş, ## ##### 2026-cı il tarixdə şəxs icra idarəsində icra sənədləri ilə tanış olmuş, izahatı alınmış, izahatında bildirmişdir ki, qeyd olunan pul məbləğini alsa da, mal alınması üçün müxtəlif ölkələrə göndərmişdir. Həmin göndərişlərlə bağlı rəsmi sənədlər tələb olunsa da hazırki günədək hər hansı sənəd, sübut təqdim olunmamışdır. Keçən müddət ərzində icra sənədi üzrə borcdan hər hansı ödəniş olunmamışdır. Tələbkar isə borcun tam şəkildə ödənilməsini tələb edir. Suallara cavab olaraq icra məmuru bildirmişdir ki, icra sənədinin icrasından qərəzli yayınma özünü onda göstərir ki, borclu tərəfindən borcun ödənilməsi ilə bağlı hər hansı təşəbbüs göstərilməmiş, hərəkət edilməmişdir. Icra sənədi üzrə borcun Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulması nəzərdə tutulub, X2 Cəmiyyəti 2025 ci ildən fəaliyyətini dayandırıb. Onun rəhbəri isə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə bildirdi ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədindən məlumatı olmuş, hətta məhkəmə prosesi gedərkən də onunla əlaqə yaratmış, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onunla görüşdən imtina edərək hüquqşünasını görüşə göndərəcəyini bildirmiş, həmin söhbətdən 3 il keçsə də, görüş baş tutmamışdır. Həmçinin qarşı tərəf məhkəmə qərarından Rusiya Federasiyasının apellyasiya və Ali Məhkəməsinə şikayət etsə də, qərar hər iki məhkəmədə qüvvədə saxlanılıb, daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən tanınaraq icraya yönəldilib, lakin keçən müddət ərzində borclu tərəfindən heç bir ödəniş edilməmişdir. Borcun ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi, vəkili “De Fendo” Vəkil Bürosunun vəkili vəkil1 bildirdi ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırır, hətta bu qərəz o pul ödənilən vaxtdan başlamışdır. Belə ki, tərəflər arasında 2022-ci ildə tomat göndərilməsinə dair müqavilə bağlanılmış, 340 min ABŞ dolları müqavilə əsasında göndərilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Məhdud Məsuliyyətli Cəmiyyətinin hesbaına nağdlaşdırılaraq götürülmüş, lakin təyinatı üzrə istifadə edilməmişdir. Izahatında bildirmişdir ki, pulu müxtəəlif ölkələrə göndərmişdir. Beləliklə, pulun təyinatından kənara çıxaraq pulu mənimsəmişdir. Məhkəmə proseslərinin gedişində isə Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətini dayandırmış və başqa Məhdud Məsuliyyətli Cəmiyyətinlər təsis etməyə başlamışdır ki, bunda da məqsədi icra sənədini icra etməmək olmuşdur. Həmçinin şəxs pulun hərəkəti ilə bağlı sənədləri təqdim edə bilməmişdir. Bunları nəzərə alaraq, borclu barəsində ən ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndəsi, vəkili “Əkrəm Həsənov və Partnyorları” Vəkil bürosunun vəkili vəkil2 məhkəməyə sənədlər təqdim edərək bildirdi ki, təqdim olunan sənədlərdən də göründüyü kimi Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinin dayandırılması məhkəmə prosesi ilə bağlı olmamışdır. Belə ki, Məhdud Məsuliyyətli Cəmiyyəti pandemiya dövründə fəaliyyət göstərmiş, daha sonra fəaliyyətini dayandırmış, lakin müəyyən haqqların, vergilərin və digər ödənişlərin ödənilməsi üçün müxtəlif vaxtlarda fəaliyyəti bərpa edilmiş, müvafiq əməliyyatlar aparıldıqdan sonra fəaliyyət yenidən dayandırılmışdır. Hazırki halda inzibati xətanın törədilməsi üçün qərəzin olduğu icra məmuru tərəfindən sübut olunmalıdır. Qərəz dedikdə isə aktivlərin gizlədilməsi, yayındırılması və ya özgəninkiləşdirilməsi və s. başa düşülməldiir ki, hazırki halda da bunların heç biri mövcud deyildir. Icra sənədinin icra edilməməsində qərəz yoxdur. Bu səbəbdən icra sənədi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bildirdi ki, Məhdud Məsuliyyətli Cəmiyyəti faktiki olaraq 2022-ci ildən fəaliyyət göstərmir. Ancaq müəyyən sənədləşmə işləri ilə bağlı fəaliyyət aktivləşdirilib, daha sonra yenidən dayandırılıb. Iş materiallarında olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin arayışından görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti ## #### 2025-ci il tarixdən dayandırılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hər bir halda nəzərə alınmalıdır ki, hüquqi şəxsin rəhbəri ixtiyari bir vəziyyətdə hüquqi şəxsin barəsində olan icra sənədinin icrası üçün inzibati məsuliyyət daşıya bilməz. Hətta şəxsin hüquqi şəxsə rəhbərliyi həyata keçirməsi sübut olunsa da belə, bu fakt şəxsin rəhbər kimi inzibati məsuliyyəti üçün yetərli deyildir. Çünki hüquqi şəxsin ödəmək qabiliyyətinin olub-olmaması yoxlanılmalı, bundan sonra rəhbərin icra sənədinin icra edilməsinə hər hansı maneçilik törətməsi və ya icra edilməməsindəki hərəkətsizliyi araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, icra sənədi hər hansı bir hərəkət və ya hərəkətsizliklə bağlı deyildir, hüquqi şəxsin hər hansı bir işi icra etməsi ilə əlaqədar deyildir, məhz hüquqi şəxsdən pulun tutulub, tələbkara verilməsi ilə əlaqədardır. Hazırkı iş üzrə icra məmurunun tələbi də yalnız icra sənədindəki pulun ödənilməsi ilə əlaqədardır. Icra məmurunun digər hər hansı bir tələbi mövcud deyildir. Çünki inzibati xəta haqqında protokolda da digər hər hansı bir tələbin yerinə yetirilməməsi qeyd edilməmişdir. Belə bir icra sənədi üzrə əgər hüquqi şəxsin hər hansı bir ödəmə etmək qabiliyyəti yoxdursa, adına hər hansı bir əmlak, pulu yoxdursa, belə bir hüquqi şəxsin rəhbərinin hüquqi şəxsin icra sənədini icra etməməkdə hər hansı bir təqsiri ola bilməz. Çünki icra sənədi pul ödənişi ilə bağlıdır. Hüquqi şəxsin də həmin pulu ödəmək üçün mülkiyyətində əmlakı, pulu, tutmanın yönəldilə biləcək maddi və ya qeyri maddi əmlakı yoxdursa, onda həmin hüquqi şəxsə cari rəhbərliyi həyata keçirən şəxs pulun ödənilməsini təmin etmək iqtidarında olmur. Belə vəziyyətdə icra sənədinin icra edilməməsində rəhbərin təqsiri yoxdur. Həm də belə bir hüquqi şəxsə münasibətdə rəhbərin icra sənədinin icra edilməsinə hər hansı maneçilik törətməsi və ya icra edilməməsindəki hərəkətsizliyi istisna edilir. Çünki mülkiyyətində əmlak və pul olmayan hüquqi şəxsin icra sənədini icra etməməsinə maneçilik törətməsi və ya icra edilməməsindəki hərəkətsizliyi rəhbərinin iradiəsindən asılı deyildir. Belə bir vəziyyətdə rəhbərin icraya hər hansı maneçilik törətməsi və ya icra edilməmədəki hərəkətsizliyi əhəmiyyətsizdir. Beləliklə aşağıdakı 2 əsasa görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan hazırkı iş üzrə icraata xitam verilməlidir. Həmin əsasların hər biri ayrı-ayrılıqda müstəqil şəkildə inzibati məsuliyyəti istisna edir. 1-ci ona görə ki, iş üzrə görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri kimi vəzifəli şəxs olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinin icrası tələb edilsə də, iş üzrə müəyyən edilir ki, həmin Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətini icra sənədi verilməzdən əvvəl dayandırıb. Belə ki, icra sənədi ## ###### 2025-ci il tarixdə verilib. X2 Cəmiyyəti fəaliyyətini ## #### 2025 ci ildən dayandırmışdır. Beləliklə, fəaliyyəti dayandırılmış hüquqi şəxsə hər hansı bir rəhbərlik etmək və icra sənədinin icrasını tələb etmək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələb edilə bilməz. 2-ci ona görə ki, iş üzrə görünür ki, icra məmuru həm özü qeyd edir, həm də məhkəməyə təqdim edilmiş icra işindəki məlumatlardan da görünür ki, icra məmuru borclunun əmlakı və gəliri barədə sorğular vermiş, lakin həmin sorğulara cavablarda əmlak və gəlirin olmadığı, daşınar və ya daşınmaz əmlakı olmadığı, bank hesabında pulunun olmadığı, adına qiymətli kağızın olmadığı qeyd edilmişdir. Belə olduğu təqdirdə borclunun icra sənədini icra etməməkdəki təqsiri, yəni onun borcu ödəmək iqtidarında olması, lakin ödəməməsi, yayınması müəyyən edilə bilinmir. Icra işi məhkəmə tərəfindən öyrənilərkən müəyyən edildi ki, icra işi materiallarına əsasən icra məmuru borclunun əmlakı və gəliri barədə sorğular vermiş, həmin sorğulara cavab olaraq bildirilmişdir ki, borclunun adına pul, əmək haqqı, gəlir, bankda pulu, daşınar və ya daşınmaz əmlak yoxdur. Icra məmuru borclunun adına tutmanın yönəldilə biləcək əmlakını müəyyən edə bilməmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi inzibati işi üzrə araşdırmanı düzgün və tam aparmamış, işin faktiki hallarını düzgün müəyyən etməmiş, maddi hüquq normasını düzgün tətbiq etməmiş və nəticədə işin faktiki hallarına uyğun olmayan əsassız qərar qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin **-*(***)-**/**** saylı, ## ###### 2025-ci il tarixli icra vərəqəsi üzrə 340.500 ABŞ dolları məbləğində avans ödənişi, malın təchizində gecikməyə görə 114.408 ABŞ dolları məbləğində dəbbə pulu və 185.243 rubl məbləğində ödənilmiş dövlət rüsumunun ödənilməsi tələb edilmişdir. Lakin məhkəmə qətnaməsi borclu tərəfindən icra edilməmişdir. Bununla da “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və onun əməli tam sübuta yetirilir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin **-*(***)-**/**** saylı, ## ###### 2025-ci il tarixli icra vərəqəsini qərəzli olaraq icra etməmişdir. «Icra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə Qərarında vurğulayır ki, Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2006-cı il tarixli qərarında qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, hüquqi şəxsin fəaliyyətini dayandırması onun rəhbərini qanunvericilikdən irəli gələn öhdəliklərdən azad etmir. Buna görə də məhkəmənin gəldiyi, nəticə işin faktiki halları və qanunvericiliyin tələbləri baxımından əsaslı hesab edilə bilməz. Materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Babasxan oğlu borcun ödənilməsindən qərəzli şəkildə yayınır və bu niyyət hələ müqavilə üzrə vəsaitin qəbul edildiyi vaxtdan mövcud olmuşdur. Belə ki, tərəflər arasında 2022-ci ildə pomidor məhsullarının göndərilməsinə dair müqavilə bağlanmış, müqavilənin şərtlərinə uyğun olaraq 340.000 ABŞ dolları “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülmüşdür. Həmin vəsait Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Babasxan oğlu tərəfindən nağdlaşdırılaraq götürülmüş, lakin təyinatı üzrə istifadə edilməmişdir. Öz izahatında da göstərmişdir ki, vəsaiti müxtəlif ölkələrə göndərmişdir. Əsas məqamlardan biri də ondan ibarətdir ki, tərəflər arasında müqavilə 2022-ci ildə bağlanmışdır. Həmin dövrdə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti faktiki fəaliyyət göstərən hüquqi şəxs olmuş və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs da onun rəhbəri kimi fəaliyyətini həyata keçirmişdir. Bundan başqa, iş üzrə Rusiya Ali Məhkəməsinin yekun qərarı qüvvəyə mindikdən sonra hüquqi şəxsin fəaliyyəti dayandırılmışdır. Bu səbəbdən, hüquqi şəxsin sonradan fəaliyyətini dayandırması onun müqavilənin icrası zamanı yaranmış öhdəliklərə və həmin öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyətini aradan qaldırmır. Həmçinin, borclu hüquqi şəxsin fəaliyyətinin dayandırılmasını elə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özü həmin öhdəlikdən yayınmaq məqsədi ilə edib. Öhdəliyin icrasından yayınma Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birbaşa qərəzli hərəktələrinə bağlıdır. Beləliklə, məhkəmənin sözügedən işin faktiki hallarına düzgün qiymət verməməsi nəticədə yanlış qərarın qəbul edilməsinə gətirib çıxarmışdır. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə tələbinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuş və nəticədə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri yaranmışdır. Məhkəmə iş üzrə yüngülləşdirici və ağırlaşdırıcı halları müəyyən etmir. Məhkəmə belə hesab edir ki, zərərçəkmiş şəxs "X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi “De Fendo” Vəkil Bürosunun vəkili vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ləğv edilməli, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələri rəhbər tutaraq, QƏRARA ALDI: Zərərçəkmiş şəxs "X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi “De Fendo” Vəkil Bürosunun vəkili vəkil1 tərəfindən verilmiş şikayət təmin edilsin. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ləğv edilsin. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 2.000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərar elan edildiyi andan qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar