Məhkəmə qərarları › İş №3(3-6)-2262/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2262/2026

22.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2262/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseynov Telman Qulaməli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi ilə, İnzibati qaydada həbs olunmuş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, onun müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürsunun vəkili Nümayəndə, tərcüməçi X2 iştirakları ilə, ## ###### 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə təqsirli bilinərək 05 gün müddətinə inzibati qaydada həbs edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından inzibati qaydada həbs olunmuş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq; Müəyyən etdi: ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə saat 11:30 radələrində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasının ** saylı iclas zalında həmin məhkəmənin hakimi X1 qarşı etik davranış qaydalarınan zidd hərəkətlər edərək mübahisə etmiş, qanunla müəyyən edilmiş səlahiyyətləri, etibarnaməsi olmadan X4 barəsində olan mülki işdə iştirakının təmin olunmasını tələb etmiş, ona qeyd olunan şəxsin ərizə verərək nümayəndə kimi onu məhkəmədə təmsil etməyindən imtina etməsi xatırladılarkən Qumru Əliyevaya “vı neporyadoçnaya” ifadəsini işlədərək onu təhqir etmiş, məhkəməyə və məhkəmənin hakiminə qarşı hörmətsizlik göstərmiş, məhkəməyə və hakim Qumru Əliyevanın ünvanına kobud ifadələr işlətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin rəisi polis Rı Turab Paşayev tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə tərtib edilmiş ## #### 2026cı il tarixli, MN seriyalı, ******* nömrəli protokol və toplanmış inzibati xəta haqqında material baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 05 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi, inzibati həbsin başlanğıcının ## #### 2026-cı il, saat 13:00-dan hesablanması, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnun Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsinin Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnə həvalə edilməsi qərara alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı mübahisələndirilən qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xırda xuliqanlıq törətməmiş, hakimi təhqir etməmiş və ictimai qaydanın pozulmasına yönəlmiş hərəkətlər etməmişdir. Hadisə onun tərcüməçi tələb etməyi ilə bağlı yaranmışdır. O, Azərbaycan dilində məhkəmə nitqini və hüquqi sənədləri başa düşmədiyi üçün rus dili üzrə tərcüməçi verilməsini xahiş etmişdir. Tərcüməçinin xidmət haqqının 50 manat olduğu bildirildikdə, rəsmi çek təqdim olunacağı halda ödəniş etməyə hazır olduğunu demişdir. O, hakimə “siz nalayiq insansınız” deməmişdir. “Nalayiqdir” sözünü konkret vəziyyətə və tərcüməçi hüququ ilə bağlı davranışa münasibətdə işlətmişdir. Onun sözlərinin dəqiq məzmunu, kimə ünvanlandığı və harada deyildiyi məhkəmə tərəfindən düzgün müəyyən edilməmişdir. Məhkəmədə akt, polis şöbəsində isə inzibati xəta haqqında protokol ona tərcüməçi təqdim edilmədən Azərbaycan dilində tərtib edilmişdir. O, sənədlərin məzmununu başa düşmədiyi üçün onları imzalamaqdan imtina etmişdir. Tərcüməçinin sonradan məhkəmə iclasında iştirakı əvvəlki prosessual pozuntuları aradan qaldırmır. Şahid ifadələri ziddiyyətlidir. Polis əməkdaşı hadisənin şahidi olmamış, mühafizə əməkdaşı isə məhkəmə zalında baş verənləri görmədiyini bildirmişdir. Məhkəmə videoyazının konkret məzmununu, səsin olub-olmadığını və hansı sözlərin qeydə alındığını qərarda göstərməmişdir. Bundan başqa, inzibati həbs yalnız müstəsna hallarda tətbiq edilməli olduğu halda, məhkəmə belə müstəsna halları əsaslandırmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdaiəçisi Nümayəndə oğlu ayrı-ayrılıqda apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və onun barəsində başlanılmış inzibati xəta üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş səlahiyyətli orqan Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək məhkəmə hesab edir ki, verilmiş apellyasiya şikayəti aşağıda göstərilənlərə əsasən əsassız olduğundan təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə təqsirli bilinərək 05 gün müddətinə inzibati qaydada həbs edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, ibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətində də “не порядoчная” sözündən istifadə etmədiyini bildirmir, sadəcə həmin ifadənin hakimə deyil, konkret hal üzrə tərcüməçi hüququ ilə bağlı davranışa münasibətdə işlədildiyini qeyd etmişdir. Digər tərəfdən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birinci instansiya məhkəməsində iş üzrə verdiyi izahatında da “не порядoчная” sözündən istifadə etdiyini, lakin həmin ifadəni məhkəmə iclas zalında deyil, məsləhətçinin otağında işlətdiyini bildirmişdir (i.v. 29) Bu baxımdan məhkəmə qeyd edir ki, hər hansı bir şəxs tərəfindən, hər hansı bir səbəbdən məhkəməyə hörmətsizlik göstərilməsi, yaxud aşkar etinasızlıq göstərildiyini bildirən hərəkətlər edilməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyətə səbəb olur. Hazırkı icraat çərçivəsində baxılan iş üzrə barəsində icraat aparılan şəxsin həm birinci instsansiya məhkəməsində, həm də apellyasiya icraatında izahatı, apellyasiya şikayətinin məzmunu ilə “не порядoчная” ifadəsindən istifadə etməsi, mülki icraat çərçivəsində baxılan iş üzrə tərəf olmamasına baxmayaraq israrla tərcüməçi ilə təmin edilməsini tələb etməsi işin mübahisəsiz halıdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “не порядoчная” ifadəsindən konkret vəziyyət üzrə onun tərcüməçi ilə təmin edilməməsinə münasibətdə işlətdiyini, hakimə qarşı həmin ifadədən istifadə etmədiyini bildirsə də, məhkəmə bu barədə izahatları özünü müdafiə xarakterli hesab edir. Nəzərə alınmalıdır ki, məhkəmə hakimiyyətin üç müstəqil qolundan biridir. Məhkəmə zalında nizam-intizama, hakimin göstərişlərinə dəqiq əməl olunması qanunvericiliyin tələbidir. Bu tələblərin pozulması isə birbaşa olaraq məsuliyyət tədbirlərinin tətbiqini zəruri edir. Bu baxımdan məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə təqsirli bilmişdir. İnzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakteri, onun təqsirinin dərəcəsini nəzərə almış və sonuncuya törətdiyi inzibati xətalara görə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq etmişdir. Azərbaycan Respublikası İnzibati Xəatlara Məcəlləsinin 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi bu hissədə də düzgün nəticəyə gəlmiş və bu qərar ədalətli olmaqla inzibati xəta törətmiş şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsinə xidmət edir. Bu səbəbdən məhkəmə birinci instansiya məhkəməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilən inzibati tənbeh növünün və bu tənbehin həddinin dəyişdirilməsi üçün, həmçinin qərarını ləğv edilməsini və inzibati xəta üzrə icraata xitam verilməsi üçün hər hansı bir əsas görmür. İnzibati xəta haqqında protokol, tərəflərin məhkəmə iclasında səsləndirdiyi izahatlarının qarşılıqlı təhlili, o cümlədən protokolların məzmunu belə qənaətə gəlməyə əsas verir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- ****/**** saylı mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya qaydasında şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İnzibati qaydada həbs olunmuş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə təqsirli bilinərək 05 gün müddətinə inzibati qaydada həbs edilməsinə dair ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 4 (dörd) saat üçün cəmi 44 (qırx dörd) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar