Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2265/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Əliyev Bəhrəm Ənvər oğlunun və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair Əliyev Bəhrəm Ənvər oğlu tərəfindən verilmiş şikayətin təmin edilməsi barədə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 02 iyul 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şikayət vermiş şəxs Əliyev Bəhrəm Ənvər oğlu məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən ##.##.2024-cü il tarixdə qəbul edilmiş, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və Əliyev Bəhrəm Ənvər oğlu barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 02 iyul 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə şikayət təmin olunaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2024-cü il tarixli, MN ******* saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi apellyasiya şikayəti verərək, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 02 iyul 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsi və ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2024-cü il tarixli MN ******* saylı qərarın qüvvədə qalması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2024-cü il tarixli, ***** nömrəli akta əsasən, İdarənin ##.##.2024- cü il tarixli sərəncamına əsasən Səbail rayonu, "İçərişəhər" Dövlət-X2 ərazisində fəaliyyət göstərən restoranların fəaliyyəti zamanı ətraf mühitə təsirlərin müəyyənləşdirilməsi məqsədi ilə ** saylı RETSİ-nin əməkdaşları və Xəzər KMİ-nin əməkdaşlarının birgə iştirakı ilə "Xanlıq" restoranının ətraf ərazilərində atmosfer havasının monitorinq-ölçmə işləri aparılmışdır. Adı çəkilən restoranın fəaliyyətdə olduğu müddətdə monitorinq-ölçmə aparılarkən atmosfer havasında "Xanlıq" restoranının fəaliyyəti nəticəsində dəm qazı CO 20 mq/m (Norma 5.0 mq/m) qeydə alınmışdır. Monitorinqdə restoranın nümayəndəsi iştirak etmiş və akt 02 (iki) nüsxədə tərtib edilmişdir. Ardınca Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Bakı şəhəri Səbail rayonu, Səbail rayonu, İçərişəhər, Kiçik Qala, ev 1 ünvanında yeriəşən "Xanlıq" restoranında əməkdaşlar tərəfindən aparılan ölçmə-analiz işləri zamanı atmosferə atılan zərərli maddələrin miqdarının ətraf mühit üçün yol verilə bilən həddən artıq olmasına görə Əliyev Bəhrəm Ənvər oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, 2500 manat məbləğində cərimə edilmişdir. Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 71.3.-cü maddəsində qeyd olunur ki, ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar verilmiş qərarların icrası bütün hüquqi və vəzifəli şəxslər, vətəndaşlar üçün məcburidir. İXM-nin 99.1-ci (99.1.1) maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Məcəllənin 99.3-cü maddəsidə qeyd olunur ki, bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Bildiririk ki, şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda xitam verilə bilər və məhkəmə qərarında göstərilən “aparılan monitorinq barəsində sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə məlumat verilməməsi” şəxsin əməlində inzibati xəta tərkibinin və inzibati xəta hadisəsinin olmaması anlamına gəlmir, şəxsin əməlində inzibati xəta tərkibinin olmasını istisna etmir, sahibkarlıq subyektləri bundan (yoxlamaların dayandırılması) sui istifadə edərək qanunvericiliyin tələblərini pozmamalı, eyni zamanda məhkəmələr tərəfindən işə baxılarkən yanlış olaraq qanunvericliyin həmin normasına aidiyyəti olmadığı halda istinad etməklə qanunvericiliyi pozmuş şəxsin əməlinə əsassız olaraq haqq qazandırmamalı və onların məsuliyyətdən kənar (cəzasız) qalmasına şərait yaratmamalıdılar. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsinin qərarı əsassızdır. Şikayətdə geniş şəkildə göstərmişlər. Onlar restoranda yoxlama aparmamışlar, sadecə tədbirlə bağlı monitorinq aparılmışdır. Restoranın fəaliyyəti ilə bağlı hər hansı müdaxilə edilməmişdir. Odur ki, məhkəmədən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Əliyev Bəhrəm Ənvər oğlu bildirdi ki, obyektə özbaşına daxil olub monitorinq keçirmişlər. Birinci instansiya məhkəməsi xeyrimə qərar qəbul etmişdir. Məhkəmədən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 02 iyul 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçılarının məhkəmə çıxışını dinləyərək hesab edirəm ki, aşağıda qeyd olunan əsaslara görə şikayət təmin edilməməli və inzibati iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 02 iyul 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş ## ###### 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə qərar qəbul edərkən, bu məsələnin düzgün həlli üçün əhəmiyyət kəsb edən halları araşdırıb ətraflı təhlil etmiş, gəldiyi nəticəni qanunun tələblərinə istinad edərək əsaslandırmışdır. İş materiallarından olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Bakı şəhəri Səbail rayonu, Səbail rayonu, İçərişəhər, Kiçik Qala, ev 1 ünvanında yerləşən "Xanlıq" restoranında əməkdaşlar tərəfindən aparılan ölçmə-analiz işləri zamanı atmosferə atılan zərərli madələrin miqdarının ətraf mühit üçün yol verilə bilən həddən artıq olmasına görə Əliyev Bəhrəm Ənvər oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, 2500 manat məbləğində cərimə edilmişdir. İş materiallarından olan ##.##.2024-cü il tarixli, ***** nömrəli akta əsasən, İdarənin ##.##.2024-cü il tarixli sərəncamına əsasən Səbail rayonu, “İçərişəhər” Dövlət-X2 ərazisində fəaliyyət göstərən restoranların fəaliyyəti zamanı ətraf mühitə təsirlərin müəyyənləşdirilməsi məqsədi ilə II RETSİ-nin əməkdaşları tərəfindən “Xanlıq” restoranının ətraf ərazilərində atmosfer havasının monitorinq-ölçmə işləri aparılmışdır. Adı çəkilən restoranın fəaliyyətdə olduğu müddətdə monitorinq-ölçmə aparılarkən atmosfer havasında “Xanlıq” restoranının fəaliyyəti nəticəsində dəm qazı CO 20 mq/m (Norma 5.0 mq/m) qeydə alınmışdır. Monitorinqdə restoranın nümayəndəsi iştirak etmişdir və akt 02 (iki) nüsxədə tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsinin hakimi mübahisələndirilən qərarda qeyd etmişdir ki, Azərbaycan Respublikası Ekologiya Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş ## ###### 2024-cü il tarixli, ***** nömrəli aktda göstərilmişdir ki, monitorinq İdarənin ##.##.2024-cü il tarixli sərəncamına əsasən, Səbail rayonu, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində fəaliyyət göstərən restoranların fəaliyyəti zamanı ətraf mühitə təsirlərin müəyyənləşdirilməsi məqsədilə və yalnız həmin İdarənin müvafiq sərəncamı əsasında aparılmışdır. Həmçinin məhkəmə iclasında qərarı qəbul edən orqanının nümayəndəsi sahibkarlıq subyektində plandankənar yoxlama ilə bağlı monitorinqin aparılması ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanından çıxarışın alınmadığı bildirilmişdir. Hazırki iş üzrə təqdim olunmuş sübutlardan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin yoxlama aparılmazdan əvvəl yoxlamaların vahid məlumat reyestrində qeydə alınması müəyyən edilmir. Qanununvericiliyin tələbindən də görünür ki, vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Beləliklə, Azərbaycan Respublikası Ekologiya Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən “Xanlıq” restoranında aparılan plansız (nönbədənkənar) yoxlama vahid məlumat reyestrində qeydə alınmadan həyata keçirildiyindən iş materiallarına əlavə edilmiş monitorinq aktının heç bir sübuti qüvvəsi ola bilməz. Məhkəmə əlavə olaraq qeyd edir ki, qərarı qəbul etmiş orqan tərəfindən həyata keçirilmiş tədbir formal olaraq “monitorinq” adlandırılsa da, mahiyyət etibarilə sahibkarlıq subyektinin fəaliyyətinin yoxlanılmasına yönəlmiş plandankənar yoxlama xarakteri daşımışdır. Belə ki, sahibkarlıq fəaliyyəti həyata keçirilən obyektə baxış keçirilmiş, xüsusi texniki vasitələrdən istifadə edilməklə ölçmə işləri aparılmış, nəticələr aktlaşdırılmış, pozuntu müəyyən edilmiş və həmin nəticələr əsasında inzibati məsuliyyət tədbiri tətbiq olunmuşdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən monitorinq, müşahidə, baxış və digər bu kimi tədbirlər də yoxlama anlayışına aid edilir. Bu baxımdan, həmin tədbirin qanunvericiliklə müəyyən edilmiş prosedur qaydalarına, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması tələbinə əməl edilmədən aparılması onun hüquqi nəticələrini etibarsız edir. Apellyasiya instansiya məhkəməsi yuxarda göstərilən nəticə ilə razılaşaraq qeyd edir ki, Əliyev Bəhrəm Ənvər oğlu barəsində inzibati xəta haqqında iş üzrə icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, ’’Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərdə aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər və Reyestrdə qeydiyyata alınmadan və ya qeydiyyata alınmış məlumatlardan kənara çıxmaqla aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 3.4.3, 3.4.5, 3.4.8 və 5.1.3-cü bəndlərinə əsasən Reyestrdə yoxlanılan sahibkarın adı, VÖEN-i, yoxlama obyekti və yoxlamanın predmeti dəqiq göstərilməlidir və yoxlama yalnız həmin çıxarışda göstərilən məlumatlara uyğun aparılmalıdır. Əsasnamənin 5.2-ci bəndlərinə əsasən yoxlama yalnız Reyestrdən verilmiş çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Hazırki iş üzrə materialla əlavə edilmiş sübutlardan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin yoxlama aparılmazdan əvvəl yoxlamaların vahid məlumat reyestrində qeydə alınması müəyyən edilmir. Qanununvericiliyin tələbindən də görünür ki, vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Odur ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə gəldiyi nəticəni materialda olan sənədlərə, habelə qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün apellyasiya instansiyası məhkəməsi də onunla razılaşır və qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin 02 iyul 2026-cı il tarixli, *(*-***)- ****/**** saylı mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara alıram: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair Əliyev Bəhrəm Ənvər oğlu tərəfindən verilmiş şikayətin təmin edilməsi barədə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 02 iyul 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2265/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2265/2026
31.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver