Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-2266/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseynov Telman Qulaməli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin vəsatətinin təmin edilməməsi barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Bakı şəhəri Səbail Rayon Məhkəməsinə vəsatətlə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından apellyasiya şikayəti vermə müddətinin bərpa edilərək, şikayəti əlavə olunan sənədlərlə birlikdə iş materiallarına əlavə edib baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadına əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qərarından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Qərardaddan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC apellyasiya qaydasında şikayət verərək, Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli müddətin bərpasından imtina edilməsi barədə qərardadın ləğv edilməsi və buraxılmış müddəti bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından və onun icraya yönəldilməsindən xəbərsiz olmuşdur. O, qərarın təqdim edilməsi ilə bağlı ##.##.2026-cı il tarixdə məhkəməyə müraciət etmiş və ##.##.2026-cı il tarixdə qərarı rəsmi qaydada əldə etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X1 verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək qərarın ona çatmadığını və ##.##.2026cı il tarixdə ona rəsmi qaydada təqdim edildiyini qeyd edərək məhkəmədən verilmiş şikayətin təmin edilməsini xahiş etdi. İşin materiallarını araşdırıb, proses iştirakçısının çıxışını dinləyib, aşağıda qeyd olunan əsaslara görə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ləğv olunmalı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən apellyasiya qaydasında şikayət verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Apellyasiya instansiya məhkəməsi mübahisələndirilən qərardadda birinci instansiya məhkəməsinin həmin mövqe ilə razılaşmayaraq qeyd edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarının barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə rəsmi qaydada təqdim edilməsi ilə bağlı iş materiallarında hər hansı sübut mövcud deyil. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X1 ##.##.2026-cı il tarixdə sözügedən qərarın ona təqdim edilməsi ilə bağlı Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş və qərar həmin ərizədən sonra ona təqdim edilmişdir. Digər tərəfdən, iş materiallarında hüquqi şəxsin nümayəndəsinin imzası ilə qərarın onun tərəfindən qəbul edilməsi ilə bağlı qeyd olsa da, onun tərəfə hansı tarixdə təqdim edilməsi qeyd edilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X1 isə apellyasiya şikayətində qərarın ona ##.##.2026-cı il tarixdə təqdim edildiyini bildirir. Məhkəmə həmin halları, habelə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qərarın Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə rəsmi təqdim edilməsi tarixi ilə bağlı iş materiallarında hər hansı sübutun olmamasını nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərar həmin hüquqi şəxsə ##.##.2026-cı il tarixdə təqdim edilmiş və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC isə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə apellyasiya şikayəti vermişdir. Məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ləğv edilməli, həmin məhkəmənin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən apellyasiya qaydasında şikayət verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməlidir. Qeyd olunanlara və Azərbaycan Republikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsi rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin vəsatətinin təmin edilməməsi barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ləğv edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən apellyasiya qaydasında şikayət verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilsin və prosessual tələblərin əməl edilməsi üçün inzibati xəta haqqında iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qətidir, ondan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2266/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-2266/2026
31.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver