Məhkəmə qərarları › İş №3(3-6)-2267/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2267/2026

31.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2267/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin nümayəndəsi nümayəndə1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tənbeh edilməsi haqqında inzibati iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli TP ******* nömrəli “inzibait tənbeh vermə haqqında” qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## ### 2026-cı il tarixdə, saat 14:22-də idarə etdiyi “GEELY MONJARO” minik markalı **-QU- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri Səbail rayonu, Azadlıq prospekti 10 ünvanında svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirərək yol hərəkəti qayda pozuntusuna yol verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə ilə tənbeh edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ## ### 2026-cı il tarixli TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərardan Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət vermişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Ü.S.Şükürova) ## #### 2026-cı il tarixli qərarından görünür ki, şikayət təmin edilmiş və inzibati iş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin ## ### 2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək, iş üzrə icraata xitam verilmişdir. Qərardan Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi apellyasiya qaydasında şikayət verərək, inzibati iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*- ***)-****/**** nömrəli qərarının ləğv edilməsini, Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Bakı şəhəri BPİ DYPİ-nin səlahiyyətli vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsində inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri kimi göstərilmişdir. Məhkəmə qərar qəbul edərkən iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmiş, inzibati xəta haqqında iş üzrə halları tam və obyektiv araşdırmamışdır. İş materiallarından müəyyən olunur ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-ci il tarixdə saat 14:22-də Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti 10 ünvanında “Geely Monjaro hibrid” markalı, **-QU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydaları pozmuşdur. Həmin hərəkətə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və barəsində 100 manat məbləğində cərimə tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, videogörüntüdən nəqliyyat vasitəsinin işıqforun yaşıl işığı yanıb-sönərkən keçdiyi görünür bu səbəbdən inzibati xəta tərkibi yoxdur. Lakin məhkəmənin bu qənaəti Azərbaycan Respublikasının yol hərəkəti qaydalarının tələblərinə uyğun deyildir. Belə ki, işıqforun yaşıl işığının yanıb-sönməsi hərəkətin davam etdirilməsi üçün avtomatik olaraq maneəsiz keçid hüququ yaratmır. Sürücü yol hərəkəti təhlükəsizliyinin tələblərinə uyğun olaraq işıqfor siqnallarına vaxtında reaksiya verməli və yolayrıcını keçmə zamanı müəyyən edilmiş qaydalara əmək etməlidir. İş üzrə təqdim edilmiş videogörüntü, inzibati xəta haqqında protokol və digər materiallar birlikdə qiymətləndirildikdə Qərardan şikayət verən orqan (şəxs) yolayrıcının keçmə qaydalarını pozması öz təsdiqini tapır. Məhkəmə isə sübutları qiymətləndirərkən yalnız barəsində inzibati icraat aparılan şəxsin izahatına üstünlük vermiş, inzibati orqan tərəfindən toplanmış və iş üzrə əhəmiyyətli olan sübutları lazımi qaydada qiymətləndirməmişdir. Məhkəmə iclasında inzibati orqanın nümayəndəsi nümayəndə1 işə əlavə olunmuş və inzibati xəta hadisəsini təsdiq edən məlumatların nəzərə alınmasını və şikayətin dəlillərinə uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Həmçinin əlavə olaraq bildirmişdir ki, barəsində icraat aparılan şəxsin kəskin tormozlama etməsi üçün heç bir maneə olmamış, o qanunvericiliyin tələblərini pozaraq hərəkəti davam etdirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini inzibati xəta haqqında iş üzrə icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, tərəflərin çıxışlarını nəzərə alaraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə şikayət təmin edilməli və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarı ləğv olunmalı və Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul olunmuş ## ### 2026-cı il tarixli TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərar qanuni hesab edilməlidir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən ilk növbədə verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prossesual hüquq normalarının tələbləri baxımından əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin l-ci hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Apellyasiya baxışı zamanı tədqiq olunmuş iş materialları ilə Qərardan şikayət verən orqan (şəxs) ## ### 2026-cı il tarixdə, saat 14:22-də idarə etdiyi “Geely Monjaro” minik markalı **-QU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri Səbail rayonu, Azadlıq prospekti 10 ünvanında svetoforun qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirərək yol hərəkəti qayda pozuntusuna yol verdiyi faktı müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə toplanmış və əlavə təqdim olunmuş sənədləri, aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi, məhkəmədə araşdırılmış sübutlara və iş materiallarına düzgün hüquqi qiymət verməmiş, xətanın mövcudluğuna işarə edən işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi və tənbeh olunması ilə bağlı inzibati icraatın xüsusiyyətlərini düzgün təhlil etməmiş və onları işin faktiki hallarına uyğun qiymətləndirməmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına və inzibati xətalar qanunvericiliyinə əsasən, Qərardan şikayət verən orqan (şəxs) yol hərəkəti qaydaları əleyhinə törətdiyi inzibati xəta faktının aşkar edilməsi və bununla bağlı müvafiq qərarın qəbul edilməsində səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən prosessual qaydalara əməl olunmuşdur. Apellyasiya baxışı zamanı videogörüntüyə baxış keçirilən zaman Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “Geely Monjaro” minik markalı **-QU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin işıqforun yaşıl işığının yanıb-sönməsinə baxmayaraq, hərəkətini davam etdirməsi və yolayrıcını sarı işıqda keçməsi müəyyən edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 60-cı maddəsinin l-ci hissəsinə əsasən svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. Həmin qanunun II hissəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: 1) yolayrıcında — kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76-cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); 2) bu Qanunun 44-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında; 3) başqa yerlərdə — hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 59-cu maddəsinin 2 və 3-cü bəndinə əsasən yaşıl rəngli işığın yanıb- sönməsi — bu siqnal hərəkətə icazə verir və bildirir ki, onun vaxtı qurtarır, tezliklə qadağan siqnalı yanacaq (yaşıl siqnalın sönməsinə qədər qalan müddəti sürücülərə bildirmək üçün rəqəmli tablo tətbiq edilə bilər); sarı rəngli işığın yanması — bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xəta haqqında icraat materiallarına əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini istisna edən hallar iş üzrə müəyyən edilməmişdir. Şikayətə və inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına münasibətdə Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında birinci instansiya məhkəməsinin qərarı əsaslı olmamışdır. Odur ki, inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri iş materiallarına və onun faktiki hallarına uyğun hesab etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməli, Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə qəbul edilmiş ## ### 2026-cı il tarixli TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarı ləğv olunmalı və Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin “inzibati tənbeh vermə haqqında” qərarı qanuni hesab edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134.1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən inzibati iş üzrə verilmiş şikayət təmin edilsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə qəbul edilmiş ## ### 2026-cı il tarixli TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin ## ### 2026-cı il tarixli TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərarı qanuni hesab edilsin. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar