Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2268/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 iştirakı ilə, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Protokolu tərtib edən orqan (bundan sonra - səlahiyyətli orqan) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası IXM-in) 430.4-cü maddəsi ilə tərtib etdiyi ## #### 2026-cı il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri baxılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim X1) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası IXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin 20%-ni təşkil edən 9391 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq) məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Şikayət onunla əsaslandırılmışdır ki, ************** nömrəli YGB-də bəyan edilmiş avtomobilin markası, VIN nömrəsi və ümumi invoys dəyəri ##.##.2024-cü il tarixli BUL******-L** nömrəli kommersiya invoysunda olan məlumatlarla üst-üstə düşür. Bu sənədlər VIN-i L6T79ZCE9RP146886 olan 48 656 ABŞ dolları dəyərində ZEEKR avtomobilinin faktiki olaraq Azərbaycan Respublikasına idxal olunduğunu və gömrük rəsmiləşdirilməsindən keçdiyini təsdiq edir. ************** nömrəli YGB ilə həmin YGB-də bəyan edilmiş avtomobilə aid kommersiya invoysu arasındakı uyğunsuzluq YGB-nin 44-cü qrafasında göstərilmiş sənəd rekvizitinə aiddir. Orada XHJ2406016-1 nömrəsi qeyd edilmişdir. Lakin XHJ2406016-1 ayrıca və real əməliyyatdır. bu rekvizit VIN-i L6T79ZCE9RP160013 olan, 41800 ABŞ dolları dəyərində başqa ZEEKR avtomobilinə aiddir və həmin avtomobil ************** nömrəli ayrıca YGB ilə rəsmiləşdirilmişdir. Başqa sözlə, XHJ rekvizitinin aid olduğu mal və həmin mal üzrə düzgün YGB mövcuddur. Eyni XHJ rekvizitinin fərqli VIN və fərqli dəyərə malik iki avtomobil üzrə YGB-də görünməsi, sənədlərin obyektiv müqayisəsi baxımından, ************** nömrəli YGB-də başqa əməliyyata aid rekvizitin təkrar daxil edildiyini göstərir. Bu hal malın idxal edilmədiyini deyil, faktiki idxalın bank uçotunda müvafiq qabaqcadan ödənişlə sənəd üzərində düzgün əlaqələndirilmədiyini göstərir. Cəmiyyət uyğunsuzluq müəyyən edildikdən sonra ##.##.2026-cı il və ##.##.2026-cı il tarixlərində gömrük orqanına müraciət edərək ************** nömrəli YGBnin 44-cü qrafasında olan rekvizitin faktiki kommersiya invoysuna uyğunlaşdırılmasını xahiş etmişdir. Buna baxmayaraq, YGB-də müvafiq dəyişiklik aparılmamışdır. Bu müraciətlərin mövcudluğu cəmiyyətin faktiki olmayan idxalı sonradan sənədləşdirmək deyil, artıq baş vermiş real idxal üzrə sənəd uyğunsuzluğunu aradan qaldırmaq niyyətini təsdiq edir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar qanunsuz və ədalətsizdir. Apellyasiya məhkəməsi iclaslarına tərəflər vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələri gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə şikayətə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası IXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X3 ## ###### 2016-cı il tarixli, **/* nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) Avro ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin 64000.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından ##.##.2024-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən avans qismində köçürülmüş 64 000 (altmış dörd min) ABŞ dolları məbləğində vəsait üzrə 46 956 (qırx altı min doqquz yüz əlli altı) ABŞ dolları məbləğində avans qalığına münasibətdə malların ölkəyə idxalını və ya xidmətlərin göstərilməsini, yaxud vəsaitin geri qaytarılmasını təsdiq edən sənədlər banka təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırdıqdan sonra Azərbaycan Respublikası IXM-in 75, 76 və 84-cü maddələrinin tələblərinə əməl edib, iş materiallarına əlavə edilmiş “xxxx” ASC-nin göndərdiyi ## ##### 2026-cı il tarixli, KB-***/*-**/**** nömrəli məktubuna, ona əlavə edilmiş müvafiq sənədlərə (məhkəmə həmin sənədlərin məzmununun birinci instansiya məhkəməsinin qərarında göstərilib şərh edilməsinə görə hazırkı qərarda təkrarlanmasına zərurət görmür) və Azərbaycan Respublikası Mərkəzi Bankının yuxarıda göstərilmiş Qərarı ilə təsdiq edilmiş Qaydaların 4.3.1.3-cü bəndinə əsaslanmaqla, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin iş üzrə tərtib edilmiş inzibati xəta haqqında protokolun məzmununa uyğun şəkildə, ## ##### 2024-cü il tarixdə xaricə köçürdüyü qalıq qalan 46 956 (qırx altı min doqquz yüz əlli altı) ABŞ dolları məbləğində pulun müqabilində aldığı malları (xidməti) 2 il müddət keçsə də, Azərbaycan Respublikasına idxal etməməsi və ya həmin valyuta vəsaitini geri qaytarmamasını müəyyən edib, Azərbaycan Respublikasının IXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində göstərilən maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin verdiyi şikayət əsassız olduğuna görə təmin edilməməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası IXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2268/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2268/2026
07.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver