Məhkəmə qərarları › İş №3(3-6)-2270/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2270/2026

29.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2270/2026 29.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Səbail Rayon Icra şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayət verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2012-ci il tarixli, 2(009)- ***/**** nömrəli icra sənədi əsasında "xxxx" X4 xeyrinə borcun tutulması və ipoteka predmeti olan nəqliyyat vasitəsinin satılması ilə bağlı icra işi başlanılmışdır. Icra sənədində göstərilən nəqliyyat vasitəsi: "VAZ-21074" markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Lakin həmin avtomobil faktiki olaraq onun istifadəsi və nəzarətində deyil. Belə ki, həmin avtomobilə dair ## ###### 2010-cu il tarixində Bakı şəhəri * nömrəli dövlət notariat kontorunda təsdiq edilmiş AN-İ №****** nömrəli etibarnamə ilə X1 30 il müddətinə idarəetmə və sərəncam hüququ verilmişdir. Həmin tarixdən etibarən avtomobil üzərində faktiki sahiblik, istifadə və nəzarət imkanına malik deyil. Avtomobilin hazırda harada saxlanılması, kim tərəfindən idarə olunması və hansı vəziyyətdə olması barədə məlumatı yoxdur. Belə olan halda həmin avtomobili təqdim etməməyi qəsdən icra etməmə kimi qiymətləndirilə bilməz. Onun hərəkətlərində icra məmurunun qanuni tələbini qəsdən yerinə yetirməmək, məhkəmə qərarından yayınmaq, əmlakı gizlətmək və ya icra hərəkətlərinə mane olmaq niyyəti olmamışdır. Mən avtomobili gizlətməmişəm və gizlətmək imkanı da yoxdur. Çünki protokolda qeyd olunan nəqliyyat vasitəsi 2010-cu ildə notarial qaydada verilmiş etibarnamə əsasında başqa şəxsin idarəetmə və sərəncamına verilmişdir. Avtomobil onun faktiki sahibliyində və ya istifadəsində deyil. Bu səbəbdən maşını təqdim etməməyində heç bir qəsd, icra məmurunun qanuni tələbinə hörmətsizlik və ya icradan yayınma halı yoxdur. Rəsmi iş yeri və sabit gəlir mənbəyi yoxdur. Mövcud maddi vəziyyəti nəzərə alınmadan borcun ödənilməsinin tələb olunması faktiki olaraq mümkün olmayan bir öhdəliyin üzərinə qoyulması deməkdir. Borcu ödəyə bilməməyi qəsdən yayınma deyil, real maliyyə imkanlarının məhdud olması ilə bağlıdır. Şəxsin maddi imkanlarının olmaması və ya faktiki olaraq yerinə yetirilməsi mümkün olmayan hərəkəti edə bilməməsi inzibati xəta kimi qiymətləndirilə bilməz. Hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən iş üzrə mühüm faktiki hallar tam araşdırılmamış, icra məmuruna verdiyi ifadələrdə avtomobilə dair 3-cü tərəfə verdiyi notarial etibarnamənin mövcudluğu və avtomobil üzərində faktiki nəzarətimin olmamasına dair lazımi hüquqi qiymət verilməmişdir. Məhkəmə tərəfindən yalnız icra məmuru tərəfindən tərtib edilmiş protokola əsaslanaraq nəticəyə gəlinmişdir. Lakin inzibati xəta haqqında işlərə baxılarkən şəxsin təqsiri hərtərəfli, obyektiv və tam araşdırılmalı, bütün sübutlar məcmu halında qiymətləndirilməlidir. Məhkəmə nəzərə almalı idi ki, inzibati məsuliyyətin əsas şərti yalnız nəticənin mövcudluğu deyil, şəxsin həmin nəticəyə səbəb olan təqsirli davranışının olmasıdır. Əməlində isə qəsd və təqsir forması müəyyən edilməmişdir. Icra məmurunun tələb etdiyi hərəkət - avtomobilin təqdim edilməsi - onun faktiki imkanlarından kənardır. Heç bir şəxs özündə olmayan, üzərində faktiki nəzarət etmədiyi və başqa şəxsin istifadəsində olan əmlakı təqdim etməyə məcbur edilə bilməz. Hüquqi məsuliyyət yalnız şəxsin öz iradəsi ilə həyata keçirə biləcəyi hərəkətlərə görə yarana bilər. Avtomobili təqdim etməməyi hər hansı qanuni tələbə qəsdən əməl etməmək deyil, obyektiv mümkünsüzlük vəziyyətidir. Bu səbəbdən IXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yaranmamışdır. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Apellyasiya qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Bakı şəhəri Səbail Rayon Icra Şöbəsinin icra məmuru və tələbkarın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbdən olması və ya məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.4cü maddəsinə əsasən onların iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab edir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçısını dinləyib, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati qaydada cərimə edilməsinə dair *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35 ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2018-ci il tarixli qərarına əsasən IXM-nin 528.1-ci maddəsinin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Işdə olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2012- ci il tarixli, *(***)-***/**** saylı icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 6348,01 (altı min üç yüz qırx səkkiz manat bir qəpik) manat məbləğində vəsait tutularaq tələbkar “xxxx” Bankın hesabına ödənilməlidir. Işdə olan ##.##.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2012-ci il tarixli, *(***)-***/**** saylı icra sənədi üzrə icraata başlanmışdır. Işdə olan ##.##.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2012-ci il tarixli, *(***)-***/**** saylı icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü icra etməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təklif edilmiş, əks halda məsuliyyət daşıması barədə ona xəbərdarlıq edilmişdir. ##.##.2025-ci il tarixli qərardan görünür ki, borclunun əmlakı barəsində axtarış qərarı qəbul edilərək icra olunması üçün aidiyyəti polis orqanına göndərilmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab etmişdir ki, o, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli olması iş materiallarında olan və yuxarıda sadalanan sübutlarla tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə şikayətin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini (şəxsin ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi, himayəsində 2 yetkinlik yaşına çatmayan övladının olması), təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə hesab etmişdir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yuxarıda qeyd edilən hərəkətləri məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Icra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh etmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar