Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2275/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlunun, Məhkəmə iclas katibi Mirəlizadə Şəhriyar Rövşən oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin etibarnamə üzrə nümayəndəsi X5 iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün həmin quruma göndərilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Qərardan şikayət verən orqan (şəxs) şikayətlə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixdə, saat 17:15-də, idarə etdiyi “X3” minik markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən, polis əməkdaşı döngədə ona saxla əmri vermiş və yol polisi döngədə olduğundan o saxla əmri veriləndən təxminən 50 metr irəlidə saxlamışdır. Onu Yol polisi Elçin Ismayılov saxlamış, saxlayan zaman ona bildirmişdir ki, telefonla danışmışdır. Həqiqətən o, telefonla danışdığına görə ona saxla əmri verilmişdir. Lakin yol polisi ad və soyadını sistemə vuran zaman onun, 19 balı olduğunu görərək, ona bildirmişdir ki, onu yol polisinə tabesizlik kimi rəsmiləşdirəcək. Onun Idarəyə otağa yaxınlaşmalı olduğunu bildirmiş, əks halda sürücülük vəsiqəsini məhrumiyyətə yollayacağını bildirmişdir. Barəsində çıxarılmış ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar tamamilə qanunsuz və əsassızdır. Belə ki, yuxarıda qeyd etdiyi kimi, yol polisi saxlayan zaman o, qaydaları pozaraq telefonla danışmış və bununla bağlı qanunvericilikdə hər hansı bal nəzərdə tutulmadığından ona əsasssız yerə bal yazaraq sürücülük vəsiqəsini məhrumiyyətə yollamışdır. Odur ki, o, “yol-hərəkəti haqqında” qanunun tələblərini pozmamış, yol polisi əməkdaşının əmrinə tabesizlik göstərməmişdir. Bu səbəbdən pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, barəsində inzibati xətaya görə tətbiq edilmiş elektron qərar tamamilə əsassızdır, bu səbəbdən həmin qərar ləğv edilməli inzibati işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, IXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə şikayətin qismən təmin edilməsi, Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işin Azərbaycan Respublikasının IXM-nin 327.3 və 327.7-ci maddələrinə aid hissədə yenidən baxılması həmin quruma göndərilməsi qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikası Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin rəisi Rəşid Piriyev apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*- **)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi, Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı şəhəri Baş Polis Idarəsi X1 ldarəsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hakimi qərarda göstərmişdir ki, Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, Inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə işə “Inzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla bağlı qeyd edirik ki, Idarəyə rəsmi olaraq hər hansı bildiriş daxil olmamışdır. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş Poçt Haqqında AR Qanununa əsasən sifarişli qaydada göndərilməli və göndərilən səlahiyyətli orqana və ya vəzifəli şəxsə çatdırılmasını təsdiq edən xəbərnamə məhkəməyə daxil olduqdan sonra məhkəmə inzibati xəta haqqında işə mahiyyəti üzrə baxa bilərdi. Iş materiallarında xəbərnamə ilə çatdırılma və ya şəxsən səlahiyyətli şəxsə və ya orqanın nümayəndəsinə bildirişin çatdırılmasına dair hər hansı sənəd mövcud deyil. Göründüyü kimi hakim inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı olan vəzifəli şəxs və ya səlahiyyətli nümayəndəsinin gəlməməsi səbəblərini aydınlaşdırmadan hesab etmişdir ki, iclasın keçirilməsi mümkündür. Bununla da ədalətli araşdırma hüququnu pozaraq formal mülahizələrə uyğun qərar qəbul etmişdir. Inzibati xəta haqqında protokol, polis əməkdaşının xidməti raportu və digər sübutlarla müəyyən edilir ki, Qərardan şikayət verən orqan (şəxs) "X3" markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmuşdur. O, məhkəmə iclasında da nəqliyyat vasitəsini idarə edərkən mobil telefonla danışdığını etiraf etmişdir. Bu hal inzibati xətanın obyektiv tərəfinin sübuta yetirildiyini göstərir. Bundan başqa, Hakim yalnız qərarın tərtibatındakı formal çatışmazlığa istinad etməklə iş üzrə toplanmış digər sübutlara lazımi hüquqi qiymət verməmişdir. Prosessual xarakterli nöqsan inzibati xətənin baş verməsini və şəxsin təqsirliliyini öz-özlüyündə istisna etmir. Hakim mövcud sübutların məcmusunu qiymətləndirərək onların hüquqi nəticələrini müəyyən etməli olduğu halda, bunu etməmişdir. Eyni zamanda, hakim qərarında "iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması" barədə nəticəyə gəlsə də, hansı konkret halların araşdırılmadığını və bunun işin nəticəsinə necə təsir göstərdiyini əsaslandırmamışdır. Bu isə məhkəmə qərarının motivləndirilməsi tələblərinə uyğun gəlmir. Qeyd olunanlara əsasən hesab edirik ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Şəxsin səlahiyyətli orqanın qərarının əvvəlcədən formalaşdırılmış mövqeyə əsaslandığı barədə tələbi ehtimala söykənir və bu halları təsdiq edən konkret, obyektiv və mötəbər sübutlarla əsaslandırılmamışdır. Bu səbəbdən həmin dəlillər qərarın ləğvi üçün hüquqi əsas kimi qəbul edilə bilməz. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin etibarnamə üzrə nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməmisinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəfləri dinləyib hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, IXM-in 75,76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq izahatı və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək inzibati tənbeh vermə haqqında qərarı ləğv etmiş və işin yenidən baxılması üçün inzibati orqana göndərilməsini qərara almışdır. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda qərarın məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Apellyasiya şikayətində şikayət müəllifi hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını, gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını iddia edərək tələblərini IXM-in 135.1.1 və 135.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. IXM-in 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərini əsaslı hesab etmir. Belə ki, iş materiallarında olan Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, IXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə, saat 17:15-də “X3” minik markalı, **NN*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının IXM-nin 327.3, 327.7 və 342.6-cı maddələri ilə təqsirli bilinərək inzibati qaydada cərimə edilməsi qərara alınmış, lakin həmin qərarda inzibati tənbehin nədən ibarət olması qeyd edilməmişdir. Qərardan şikayət verən orqan (şəxs) şikayətində təqsirinin olmadığını, polis əməkdaşının ona döngədə saxla əmri verdiyini və yol polisi döngədə olduğundan o saxla əmri veriləndən təxminən 50 metr irəlidə icra etdiyini, saxlayan zaman telefon ilə danışdığını etiraf etdiyini, lakin yol polisi əməkdaşının əmrinə tabesizlik göstərmədiyini bildirmişdir. Inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (IXM-nin 2-ci maddəsi). IXM-nin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Inzibati məsuliyyətə səbəb olan hər bir əməlin (hərəkət və ya hərəkətsizliyin) tərkibinin düzgün müəyyən edilməsi inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməlin inzibati xəta olubolmamasını, inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə inzibati xəta törətmiş şəxsə ədalətli tənbehin təyin edilməsinə yönəlmişdir. Bu mövqenin məntiqi davamı olaraq qanunvericiliyin tələbinə görə, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait (Inzibati Xətalar Məcəlləsinin 75-ci maddəsi). Ümumdünya Insan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Odur ki, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və IXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq Qərara aldım: Apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Səməd oğlunun verdiyi şikayətin qismən təmin olunması, Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işin baxılması üçün həmin quruma göndərilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(3-6)-2275/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2275/2026
31.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver