Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2276/2026 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Bakı şəhəri Nəsimi Rayon Polis Idarəsinin nümayəndəsi X3 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Nəsimi Rayon Polis Idarəsinin rəisi, R Vüqar Ağayev tərəfindən verilmiş şikayət üzrə işə apellyasiya icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baхaraq, Müəyyən etdim: Bakı şəhəri Nəsimi rayon Polis Idarəsinin Dövlət X2 yol patrul xidməti inspektoru, R X1 tərəfindən tərtib olunmuş ##.##.2026- cı il tarixli IXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə, saat 10:45 radələrində idarə etdiyi “Mercedes Benz E200” minik markalı, ** TR *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1 və 511.1.3cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi rayon Polis Idarəsinin Dövlət X2 yol patrul xidməti inspektoru, R X1 tərəfindən tərtib olunmuş ##.##.2026- cı il tarixli IXP ******* saylı inzibati xəta haqqında protokol üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilmişdir. Birinci instansiya məhkəməsinin həmin qərarından narazı qalan Nəsimi Rayon Polis Idarəsinin rəisi, R Vüqar Ağayev şikayət verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2022-ci il tarixli qərarının ləğv edilərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 511.1.3- cü maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində tənbehin seçilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, məhkəmə qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs idarə etdiyi avtomobilin surətini artırması, manevr qaydalarını pozması və ötmə əməliyyatını düzgün aparmaması yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta olmaqla ictimai qaydanın və əhalinin dincliyinin nümayişkaranə şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizlik və yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması kimi qiymətləndirilə bilməz. Ilk növbədə qeyd etmək lazımdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmədə vermiş olduğu izahata diqqət yetirsək, məlum olar ki, müxtəlif üsullarla yol hərəkət qaydalarını pozduğunu etiraf etmişdir. Ikincisi, məhkəmə iş üzrə obyektiv və hərtərəfli araşdırma aparmış olsa idi Bakı şəhər Nəsimi rayon Polis Idarəsinin DYP şöbəsi tərəfindən təqdim olunmuş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin Azərbaycan Respublikası IXM-nin 511.1.3- cü maddəsinin tərkibini yaratdığı əməlləri təsdiq edən video görüntüyə düzgün qiymət verərdi. Lakin məhkəmə buna düzgün qiymət verməyərək işə birtərəfli baxaraq düzgün nəticəyə gəlməmişdir. Qeyd olunan görüntüdə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sürətlə hərəkət etməsi, xarici işıqlardan istifadə etməməsi, bir neçə təhlükəli manevr etməsi, üfuqi nişannama tələblərinin pozulması, qadağan olunan yerdə ötmə əməliyyatı aparması aşkar surətdə təsdiq olunur. Bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yol hərəkəti qaydalarını davamlı şəkildə pozmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nəsimi Rayon Polis Idarəsinin nümayəndəsi X3 şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Işin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəfləri dinləyib hesab edir ki, verilmiş şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək yeni qərar qəbul edilməlidir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin qənaətlə razılaşmır və qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraaata xitam verməklə haqlı olmamış və düzgün nəticəyə gəlməmişdir. Belə ki, Yol hərəkəti haqqında Qanununun; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 511.1.3-cü maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə - mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs avtoxuliqanlıq etmədiyini göstərsə də, bu işdə olan görüntülərlə təkzib edilir. Belə ki, apellyasiya baxışı zamanı həmin görüntülərdə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, eyni zamanda qeyd edilən hərəkətlərlə müşayiət olunan davamlı olaraq mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə ziq-zaq formalı hərəkətlər edərək manevr etmə qaydalarını pozaraq, təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxardığı müəyyən edilməkdədir. Göründüyü kimi, nəqliyyat vasitəsinin nəqliyyat hərəkətin sıx olduğu və hərəkətdə olduğu ərazidə olması cəmiyyətə hörmətsizlik olmaqla ciddi təhlükə yaradır. Həmin vaxt nəqliyyat vasitəsini idarə edən şəxslərin normal hərəkətinə maneəçilik törətmişdir. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilənlərin əksinə olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməli ictimai qaydanın və əhalinin dincliyinin nümayişkaranə şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan hərəkətlər kimi qiymətləndirilir və AR IXM-nin 511-ci maddəsinin dispozitiv şərtləri ilə uzlaşır. Bundan əlavə məhkəmə qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis idarəsində vermiş olduğu izahatında bildirmişdir ki, törətmiş əmələ görə peşmandır və bir daha belə kobud pozuntulara yol verməyəcəyinə söz vermişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs daha sonra belə bir əməli törətmədiyi bildirməsi məsuliyyətdən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin; 31.2-cü maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 48-ci maddəsinə əsasən, hüquq və azadlıqların qorunması, işin hallarına vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırılması, inzibati xəta törətmiş şəxsi aşkar etmək, inzibati məsluiyyətə cəlb etmək, çıxarılmış qərarın icrasını təmin etmək, habelə inzibati xətanın törədilməsində kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Inzibati xətalar qanunvericiliyinin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1, 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxmaq həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid deyildir. Azərbaycan Respublikası IXM-nin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası IXM-nin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul etmək üçün əsasdır. Beləliklə, materiallardan göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası IXM-nin 135.1.2-ci maddəsinə əməl olunmayaraq, hakimin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır ki, bu da məhkəmənin qərarının ləğv edilməsinə əsas verir. Qeyd olunanlara əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 134.1.2, 135.1.2-ci maddəsini rəhbər tutaraq, Qərara aldım: Nəsimi Rayon Polis Idarəsinin rəisi, R Vüqar Ağayev tərəfindən verilmiş şikayət təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Мəcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2276/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2276/2026
27.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver