Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2284/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi, Osmanov Vahab Bəhram oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil, protokol tərtib edən orqan Mərkəzi Bankın nümayəndəsi Nümayəndə iştirakları ilə, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Protokolu tərtib edən orqan tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməsi və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 13622,00 (on üç min altı yüz iyirmi iki) Avro məbləğində vəsaitin 20 (iyirmi) faizi həddində, yəni 2.724,40 (iki min yeddi yüz iyirmi dörd avro qırx sent) Avro məbləğində (dolların ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)- ****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “xxxx” LLC arasında ## #### 2022-ci il tarixində №**-102022 nömrəli “Vasitəçilik müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtinə əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti “xxxx” LLC şirkətini müqavilədə nəzərdə tutulmuş ölkələrdə təmsil etmək öhdəliyini öz üzərinə götürmüşdür. Daha sonra Rusiya Federasiyası şirkəti olan “xxxx” LLC ilə “xxxx” şirkəti arasında ## ###### 2023-cü il tarixində **-** saylı “Satış" müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən, malın ümumi dəyəri 529.800,00 Avro məbləğində müəyyənləşdirilmişdir. Qeyd olunan müqavilənin 5-ci bəndinə əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti, “Alıcı” ilə bağlanmış ## #### 2022-ci il tarixində №**-102022 nömrəli “Vasitəçilər müqaviləsi” üzrə öhdəliklərinin verinə yetirilməsi üçün bu müqavilə üzrə vasitəçi və yükgöndərən qismində çıxış edir. Eyni zamanda müqavilənin 6-ci bəndinə əsasən, Satıcının bu müqavilə üzrə ödənişləri “Vasitəçidən”, yəni Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətindən qəbul etməyə razılaşması qeyd olunmuşdur. “xxxx” LLC şirkəti, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx” şirkəti arasında ## ###### 2023-cü il tarixində 30 ** nömrəli “üç tərəfli” müqavilə imzalanmışdır. Həmin müqavilənin müvafiq bəndinə əsasən, alıcının, yəni “xxxx” LLC şirkətinin “Alqı-satqı” müqaviləsində nəzərdə tutulmuş malların əldə olunması müqabilində satıcıya, yəni “xxxx” şirkətinə ödəniş etmək öhdəliyinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həyata keçirilməsi qeyd olunmuşdur. (X2 **-** nömrəli Müqaviləyə uyğun olaraq LLC X6 ödəniş agenti qismində çıxış edəcəkdir. LLC X6 X2 Tərəfinə **-** nömrəli Müqaviləyə əsasən BTC GENERAL TRADING AZE Tərəfinə müvafiq ödənişi həyata keçirmək səlahiyyəti verir. xxxx Tərəfi və LLC xxxx Tərəflər razılaşırlar ki, xxxx Tərəfi **-** nömrəli Müqavilə üzrə müvafiq ödənişi X2 Tərəfindən aldıqda, LLC X6 həmin Müqavilə üzrə ödəniş öhdəliyini tam şəkildə yerinə yetirmiş hesab edilir.) Muğan Bankın hesabdan çıxarışına əsasən ##.##.2023-cü il tarixində Agreement 30-01 dd ##/##/2023 Inv 01 dd. ##/##/2023 advance payment/xxxx LLC və Contr 03-102022 dd ##/##/2022 prepayment/xxxx LLC təyinatları üzrə müvafiq olaraq 494.000 və 105.362 AVRO daxil olmuşdur. X1 Company tərəfindən köçürülən məbləğ LLC Sintez Companynin tərəf qarşısında öhdəliyinin icrasıdır. Beynalxalq münasibətlərdə eləcə də Azərbaycanda ilk öncə ödəniş edilir, daha sonra qarşı tərəf öhdəlikləri icra edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, “X8 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin (hərəkətin) inzibati xəta kimi müəyyən edilməsi valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə cavab verdiyindən, məhkəmələr bu kimi işlərin hallarını hərtərəfli, tam və obyektiv araşdırmalıdır”. Yəni sözügedən iş üzrə faktiki həmin məbləğ ölkəyə daxil olub, ölkənin tədiyyə balansına və valyuta ehtiyyatlarına hər hansı zərər yetirilməyib. Eyni zamanda No. 03-102022 dated ##/##/2022 vasitəçilik müqaviləsinə iki saylı tapşırıqa əsasən Araz trade tərəfindən 13.622 Avro ödəniş edilməsi nəzərdə tutulmuşdur, X2 şirkətinin vasitəçi olaraq həmin məbləğ üzrə müqaviləyə əsasasən 284 Avro mükafatı nəzərdə tutulmuşdur. (cəmi məbləğ 13 906 AVRO üzrə) Eyni zamanda ## ####### 2023-cü il tarixli gömrük bəyannaməsinə əsasən göndərici olaraq VAKUM POMPALARI VE SISTEMLERI BY ORDER (sifarişi əsasəsında) X2 LLC ON BE HALF ISPS INDUSTRIA PLANT EQUIPMENT, xxxx göstərilmişdir. Bununla da Araz Trade qanuna uyğun olaraq öz öhdəliklərini icra etmişdir. Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati tənbeh tədbiq edərkən inzibati xətanın tərkibinin bütün elementlər mövcüd olmalıdır. Gömrük bəyannaməsindən görünür ki, ödəniş edilmiş mallar sonradan faktiki olaraq alıcıya çatdırılmışdır. Bu hal köçürülmüş vəsaitin təyinatı üzrə istifadə olunmasını və əməliyyatın formal deyil, real sahibkarlıq fəaliyyəti ilə bağlı olduğunu təsdiq edir. Lakin birinci instansiya məhkəməsi tərəfindən təqdim olunmuş vasitəçilik müqaviləsinə, xarici ticarət müqavilələrinə, invoyslara, bank sənədlərinə və gömrük bəyannamələrinə hüquqi qiymət verilməmiş, həmin sübutların hansı səbəbdən qəbul edilmədiyi qərarda əsaslandırılmamışdır. Belə olan halda, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası X8 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə nəticə iş materiallarında olan sübutlarla təsdiq olunmur və iş üzrə təqsirin mövcudluğu şübhədən formal mülahizədən kənar sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2020-ci il tarixli Azərbaycan Respublikası X8 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin mili və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair Qərarında qeyd edilmişdir ki, “son dövrlər ölkədə sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi, sahibkarlığın inkişafı məqsədi ilə biznes mühitinin daim yaxşılaşdırılması, sahibkarlıq sahəsində dövlət maliyyələşmə mexanizminin daha da təkmiləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yola yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsuların istehsal edilməsi, sahibkarlığın inkişafı sahəsində normativ-hüquqi sənədlərin qəbulu və qanunvericilik bazasının təkmiləşdirilməsi dövlətin iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir.” Sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, maların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən sahələr üzrə sahibkarın həyata keçirdiyi müstəqil bir iqtisadi fəaliyyət növüdür. Göründüyü kimi Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsinin funksiyası valyuta əməliyyatlarına nəzarət, beynalxalq cinayətkarlığın maliyyələşdirilməsinə qarşı mübarizə formasının növü kimi müəyyənləşdirilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti sahibkarlıq fəaliyyətini qanuna uyğun şəkildə vicdanla aparmışdır və hal-hazırda da aparır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraaat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun çıxış edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib edən orqan Mərkəzi Bankın nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək, məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)- ****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Protokolu tərtib edən orqan tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında ## #### 2026-cı il tarixli EP seriyalı ******* saylı protokoldan görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətindən təqdim edilmiş məlumat və sənədlərə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti 13.622,00 (on üç min altı yüz iyirmi iki) Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından ## ##### 2024-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq 13.622,00 (on üç min altı yüz iyirmi iki) Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında arayışdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi, ev 20, mənzil 124-dir. “X4” Açıq Səhmdar Cəmiyyətinin ## ##### 2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, həmin tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesabından “xxxx” şirkətinin hesabına 13.622,00 (on üç min altı yüz iyirmi iki) Avro məbləğində vəsait köçürülmüşdür. Protokolu tərtib edən orqan inzibati icraat və məhkəmə işləri şöbəsi tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında ## #### 2026-cı il tarixli EP seriyalı ******* saylı protokoldan görünür ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti 13.622,00 (on üç min altı yüz iyirmi iki) Avro məbləğində xarici valyutada olan vəsaiti köçürmə sənədinə əsasən “xxxx” Açıq Səhmdar Cəmiyyətində olan hesabından ## ##### 2024-cü il tarixdə il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, ödənişin aparıldığı vaxtdan 2 ildən artıq müddətin keçməsinə baxmayaraq, 13.622,00 (on üç min altı yüz iyirmi iki) Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsini banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti isə xaricdən geri qaytarılmamışdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X5 ## ###### 2016-cı il tarixli, **/* saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir. Apellyatorun şikayətdə əsas dəlili vasitəçi xidmətləri göstərməsindən ibarətdir. Şikayətin dəlilləri ilə razılaşmayaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2024 cü il tarixli Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.2-1-ci yarımbəndi ilə əlaqəli şəkildə şərh edilməsinə dair ## ######## 2024-cü il tarixli Qərardadında göstərilmişdir ki, Qaydaların 4.3.2-1-ci maddəsi ilə malların respublikanın gömrük ərazisinə gətirilmədən üçüncü tərəfə təqdim edilməsi üzrə rezidentlərin və qeyri- rezidentlərin vasitəçilik fəaliyyəti ilə bağlı maliyyə köçürmələri tənzimlənmişdir. Belə ki, bu köçürmələrin məbləği vasitəçinin müvəkkil bankdakı hesabına mal alan tərəfindən əvvəlcədən köçürülən məbləğdən artıq olmamalı və vasitəçilik fəaliyyətini təsdiq edən müvafiq müqavilə (müqavilələr) banka təqdim edilməlidir. Vasitəçilik fəaliyyəti ilə bağlı köçürmələr vasitəçinin vəsaiti hesabına avans yolu ilə həyata keçirildikdə, belə köçürmələr əlavə olaraq mal alan tərəfindən qabaqcadan ödənilmiş məbləğ həcmində vasitəçinin xeyrinə açılan geri çağırılmayan akkreditiv və (və ya) geri götürülməyən, qüvvədə olma müddəti öhdəliklərin icra müddətindən ən azı 30 (otuz) bank günü çox olan bank qarantiyası təqdim edilməklə aparılmalıdır. Qabaqcadan ödənilmiş məbləğ ödənişin aparıldığı gündən ən geci 180 (yüz səksən) gün müddətində geri qaytarılmadıqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilməlidir. Qərardadda həmçinin göstərilmişdir ki, bu qəbildən olan işlərə baxılarkən inzibati xətaya görə məsuliyyətə cəlb olunan şəxsin valyuta vəsaitləri ilə həyata keçirdiyi hərəkətlərin və göndərişlərin kimin adından və kimin vəsaiti hesabına həyata keçirilməsi məhkəmələr tərəfindən müəyyənləşdirilməli, müqavilə tərəfləri arasında real vasitəçilik münasibətlərinin olub-olmaması, müqavilənin görüntü üçün bağlanıb-bağlanmaması, vasitəçilik haqqında müqavilələrin qabaqcadan banka təhvil verilibverilməməsi, geri çağırılmayan akkreditiv və bank qarantiyasının olub-olmaması araşdırılmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında təqdim etdiyi izahatlarda həyata keçirilmiş valyuta köçürməsinin vasitəçilik fəaliyyəti çərçivəsində həyata keçirildiyini, malların Azərbaycan Respublikasına idxal edilməsinin nəzərdə tutulmadığını və əməliyyatın digər dövlətlərdə fəaliyyət göstərən təsərrüfat subyektləri arasında malların tədarükü ilə əlaqədar olduğunu bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2024-cü il tarixli qərarında izah edilmişdir ki, malların Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmədən üçüncü şəxslərə təqdim edilməsi üzrə vasitəçilik fəaliyyəti ilə bağlı xarici valyuta köçürmələri xüsusi hüquqi rejimə tabedir və belə əməliyyatların qanuni hesab edilməsi üçün Qaydaların 4.3.2-1-ci yarımbəndində nəzərdə tutulmuş tələblərə əməl edilməlidir. Həmin hüquqi mövqedən görünür ki, məhkəmə tərəfindən yalnız müqavilənin mövcudluğu deyil, həm də vasitəçilik münasibətlərinin real xarakter daşıyıb daşımaması, müqavilələrin görüntü üçün bağlanıb-bağlanmaması, vasitəçilik müqavilələrinin qabaqcadan müvəkkil banka təqdim edilibedilməməsi, habelə qanunvericiliklə tələb olunan təminat mexanizmlərinin, o cümlədən geri çağırılmayan akkreditiv və ya müvafiq bank qarantiyasının mövcudluğu araşdırılmalıdır. Iş materiallarından müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən vəsait xarici ölkədə yerləşən şirkətin hesabına qabaqcadan ödəniş qaydasında köçürülmüşdür. Lakin iş materiallarında həmin köçürmə həyata keçirilməzdən əvvəl vasitəçilik fəaliyyətini təsdiq edən müqavilələrin müvəkkil banka təqdim edilməsini təsdiq edən hər hansı sübut mövcud deyildir. Eyni zamanda iş materiallarında Qaydaların 4.3.2-1-ci yarımbəndində nəzərdə tutulmuş geri çağırılmayan akkreditivin açılması, yaxud geri götürülməyən və öhdəliklərin icra müddətindən ən azı 30 bank günü artıq qüvvədə olan bank qarantiyasının təqdim olunmasına dair hər hansı sənəd mövcud deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs tərəfindən təqdim olunmuş müqavilələr, invoyslar və digər sənədlər ən yaxşı halda xarici təsərrüfat əməliyyatlarının mövcudluğunu təsdiq edir, lakin onların heç biri köçürmə anında valyuta qanunvericiliyinin imperativ tələblərinə əməl edilməsini, vasitəçilik müqavilələrinin qabaqcadan banka təqdim olunmasını və ya qanunvericilikdə nəzərdə tutulmuş maliyyə təminatlarının mövcudluğunu sübuta yetirmir. Belə olan halda, məhkəmə şikayətin əməliyyatın vasitəçilik fəaliyyəti ilə əlaqədar olması barədə dəlillərini əsassız hesab edir və müəyyən edir ki, hüquqi şəxs tərəfindən həyata keçirilmiş əməliyyat faktiki olaraq qabaqcadan ödəniş xarakteri daşımış, ödənişin aparıldığı tarixdən iki ildən artıq müddət keçməsinə baxmayaraq həmin vəsait müqabilində malların idxalını təsdiq edən gömrük bəyannaməsi və ya xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, habelə qabaqcadan ödənilmiş vəsait geri qaytarılmamışdır. Odur ki, məhkəmə hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Habil Məmmmədov
Məhkəmə qərarları › İş №3(3-6)-2284/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2284/2026
31.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver