Məhkəmə qərarları › İş №3(3-6)-2285/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2285/2026

31.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2285/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi İdrisli Jalə Qalib qızı və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin (bundan sonra – səlahiyyətli orqan) nümayəndəsi X2 iştirakları ilə, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından səlahiyyətli orqanın verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Səlahiyyətli orqan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 539.3-cü maddəsi ilə tərtib etdiyi ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu baxılması üçün Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə (hakim X3) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən iş üzrə başlanmış icraata xitam verilmişdir. Həmin məhkəmə qərarından səlahiyyətli orqan şikayət verib, onun ləğv edilməsi və səlahiyyətli orqanın tərtib etdiyi ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASCnin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etiraz və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, səlahiyyətli orqan X9 şikayəti əsasında araşdırma aparması ilə əlaqədar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-yə göndərdiyi ## ###### 2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktubunda vətəndaşın müraciətinə dair məlumatların və məktubda qeyd etdiyi sənədlərin 7 iş günü müddətində təqdim edilməsini tələb etmiş, həmin Cəmiyyət isə məktubda göstərilmiş sənədləri səlahiyyətli orqana göndərməmişdir. Buna görə də həmin Cəmiyyət əməlində Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlaməti olduğu üçün inizbati məsuliyyətdən azad edilməməlidir. Apellyasiya məhkəməsi iclasında səlahiyyətli orqanın nümayəndəsi X2 şikayətin məzmununa uyğun izahat verib, onun təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəmə iclasına Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə şikayətə həmin Cəmiyyətin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Birinci instansiya məhkəməsi iş üzrə müvafiq nəticəyə gələrkən, iş materialları əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin əməlində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətinin olmasının sübuta yetirilməsinə və bu əmələ görə həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsinə əsaslanmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Azərbaycan Respublikası İXM-in “İdarəçilik qaydaları əleyhinə olan inzibati xətalar” adlanan 39-cu Fəslinə daxil olan 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya münasibətdə inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati xətanın törədildiyi gündən dörd ay sonra keçdiyinə, iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin səlahiyyətli orqanın ## ###### 2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktubuna cavab verməməsindən ibarət, Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hesab edilən əməlinə münasibətdə inzibati məsuliyyətə cəlb etmə müddətinin axımının ## ###### 2025-ci il tarixdən hesablanmasına və ## ##### 2026-cı il tarixdə bitməsinə görə birinci instansiya məhkəməsi ## #### 2026-cı il tarixdə yekun qərar qəbul edərkən düzgün olaraq müvafiq nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, səlahiyyətli orqanın verdiyi şikayət əsassız, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar qanuni və əsaslıdır. Buna görə də həmin şikayət təmin edilməməli, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar