Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2287/2026 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X4 oğlunun sədrliyi, X6 Oruc qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və onun həmin Məcəllənin 510.1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsnidə inzibati tənbeh verilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılaraq MÜƏYYƏN EDİLDİ: Daxil olmuş inzibati materialdan və protokoldan aydın olur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə, saat 18:00 radələrində Qaradağ rayonu, Lökbatan-Xocahəsən yolu, «xxxx” MMC ofisinin qarşısında zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs3 və İmanov Alı Rəfi oğluna qarşı nalayiq ifadələr işlətmiş və polisin qanuni tələblərinə əməl etməyərək qəsdən tabesizlik etmişdir. Buna görə də onun barəsində ## #### 2026-cı il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə MN ******* saylı protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından həmin maddə üzrə başlanmış inzibati xəta haqqında icraata xitam verilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində İXM-nin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 70 (yetmiş) manat məbləğində inzibati cərimə edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə zalında inzibati qaydada tutmadan dərhal azad edilmişdir. Qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verərək Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarın ləğv edilməsini və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə işin hallarını araşdırmamış və obyektiv həqiqəti müəyyən etməmişdir. Məhkəmə şikayətlə əlaqədar proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət aşağıda göstərilən əsaslara görə əsassız olduğundan təmin edilməməli, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, Qaradağ RPİ-nin 10-ci PŞ-nin sahə rəisi, R X1 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, ##.##.2026-cı il tarixdə saat 18:00 radələrində Qaradağ rayonu, Lökbatan-Xocahəsən yolu, «xxxx” MMC ofisinin qarşısında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ofisin əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmiş və hadisə yerinə gələn polislərin tələblərinə əməl etməyərək tabesizlik etmişdir. O öz izahatında hadisənin görüntüsünü əks etdirən videogörüntülərin olmadığını bildirmişdir. Odur ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. X5 X3 Bölüyünün V, R X2 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, ##.##.2026-cı il təqribi saat 17:55 radələrində efir vasitəsi ilə «xxxx” MMC ofisinin qarşısında insidentin baş verdiyi barədə məlumat almış və hadisə yerinə gəlmişdir. O, hadisə yerində ofisin əməkdaşları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs arasında mübahisənin olduğunu görmüşdür. O, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onun barəsində şikayət olduğunu və onunla birlikdə bölməyə getməli olduqlarını qeyd etsə də, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əvvəlcə polis bölməsinə getmək istəməmiş, lakin sonradan razılaşaraq onlarla birlikdə 10-cu PŞ-a getmişdir. O izahatında daha sonra hadisə yerinə çatarkən orada konkret olaraq kiminsə nalayiq ifadələr işlətməsini və yaxud fiziki olaraq dalaşmasının şahidi olmadığını, eləcə də həmin şəxslərin polisin ünvanına nalayiq ifadələr işlədərək müqavimət göstərməklə tabesizlik etmədiyini bildirmişdir. Həmin vaxtı o, orada müxtəlif şəxslərin mübahisə edərək səs-küy saldığını görmüşdür. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında bildirmişdir ki, onun «xxxx» MMC ilə heç bir əlaqəsi yoxdur. O göstərmişdir ki, ## #### 2026-cı il tarixdə Novruzov Elçinin dostu olduğu üçün sadəcə onun yanında olmaq məqsədilə «xxxx» MMC-nin ofisinə getmişdir. Onun sözlərinə görə, icra məmurları ilə birlikdə həmin ünvana daxil olmuş, lakin əvvəlcə avtomobildə gözləmişdir. Daha sonra səs-küy və mübahisə olduğunu görərək hadisə yerinə yaxınlaşmışdır. O bildirmişdir ki, həmin vaxt ofisin əməkdaşı zərərçəkmiş şəxs2 tanışı Tahirov Orxana "siz kimsiniz ki, bura gəlmisiniz" dediyini, zərərçəkmiş şəxs3 isə orada olan şəxslərə nalayiq ifadələr işlətdiyini müşahidə etmişdir. O, baş vermiş mübahisədə iştirak etmədiyini, heç kimə qarşı nalayiq ifadələr işlətmədiyini və hər hansı qanunsuz hərəkət etmədiyini, sadəcə hadisə yerində olduğunu qeyd etmişdir. Həmçinin bildirmişdir ki, polis əməkdaşlarının qanuni tələblərinə riayət etmiş, onlara qarşı heç bir müqavimət göstərməmiş və polis əməkdaşlarının göstərişinə uyğun hərəkət etmişdir. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, o, «xxxx” MMC-da satış meneceri vəzifəsində çalışır. O göstərmişdir ki, ## #### 2026-cı il tarixdə iş saatının sonlarına yaxın çöldən müxtəlif səslər eşitmiş, bununla əlaqədar ofisin qarşısına çıxmışdır. Ofisdən kənara çıxdıqda bir qrup şəxslə ofisin əməkdaşları arasında insident baş verdiyini müşahidə etmişdir. Hadisə yerində icra məmurunun da olduğunu, onun həmin şəxslərdən ərazini tərk etmələrini tələb etdiyini qeyd etmişdir. zərərçəkmiş şəxs4 ifadəsində daha sonra bildirmişdir ki, sonradan məlum olmuşdur ki, həmin şəxslər, o cümlədən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra məmurunun gələcəyindən əvvəlcədən xəbərdar olduqları üçün ondan əvvəl hadisə yerinə gələrək hay-küy salmışlar. O həmçinin qeyd etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsən ona qarşı hər hansı nalayiq ifadə işlətməmiş və ya fiziki olaraq hər hansı hərəkətə yol verməmişdir. Baş vermiş hadisə təxminən 10 dəqiqə davam etmiş, daha sonra polis əməkdaşları yaxınlaşaraq həmin şəxsləri PŞ-ə aparmışlar. Ofisin bayırında kameralar mövcud olsa da, hadisənin görüntülərinin olubolmaması barədə onda hər hansı bir məlumat yoxdur. İfadəsinin sonunda o, məhkəmədən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qanunvericiliyə uyğun olaraq ciddi qaydada inzibati tədbir görülməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə görə, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində xırda xuliqanlıq hərəkətlərinin olması öz. təsdiqini tapsa da, onun polisin qanuni tələbinə qəsdən tabe olmaması müəyyən edilməmişdir Həmin Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Belə ki, şəxs barəsində tətbiq edilən inzibati tənbeh yuxarıda göstərilən maddədə sadalanan hallara uyğun olmaqla yanaşı, həmin Məcəllənin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədləri də nəzərə alınmalıdır ki, hazırki halda məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tətbiq edilmiş inzibati tənbehi onun məqsədlərinin təmin edilməsi baxımından məqsədəmüvafiq hesab edir və onun barəsində daha yüngül tənbeh tədbirinin tətbiq edilməsi üçün əsas görmür. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xırda xuliqanlıq hərəkətləri etmişdir. Lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamasına dair heç bir hal müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, hadisə baş verən ərazidə, yəni “Service MTK”- a məxsus binada videokameralar mövcud olduğu halda həmin görüntülərin əldə edilib sübut növü kimi iş materiallarına əlavə edilməməsi və məhkəmə baxışı zamanı da zərərçəkmiş tərəfin həmin görüntülərin əldə edilməsinə real imkanları olduğu halda bunu etməməsi və buna hər hansı bir formada cəhd belə göstərməməsi, barəsində inzibati icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin ciddi olmasını şübhə altına alır. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğundur, inzibati xəta törətmiş şəxsə təqsirli bilindiyi maddənin sanksiyası hüdudlarında, törətmiş olduğu inzibati xətanın xarakterinə və törədilməsi hallarına uyğun, qanuni, əsaslı və ədalətli inzibati tənbeh tədbiri tətbiq etmişdir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə özünü müdafiə xarakteri daşıdığından və əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələri rəhbər tutularaq QƏRARA ALINDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və onun həmin Məcəllənin 510.1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Ramin Qaraqurbanlı
Məhkəmə qərarları › İş №3(3-6)-2287/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2287/2026
27.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver