Məhkəmə qərarları › İş №3(3-6)-2288/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2288/2026

05.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2288/2026 05.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseynov Telman Qulaməli oğlunun sədrliyi, Məmmədli İsmayıl Əlsəfa oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış icraata xitam verilməsinə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Daxil olmuş inzibati materialdan və protokoldan aydın olur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə, saat 18:00 radələrində Qaradağ rayonu, Lökbatan-Xocahəsən yolu, “xxxx” MMC ofisinin qarşısında Zərərçəkmiş şəxs, X2, X3 və İmanov Alı Rəfi oğluna qarşı nalayiq ifadələr işlətmiş və polisin qanuni tələblərinə əməl etməyərək qəsdən tabesizlik etmişdir. Buna görə də onun barəsində ## #### 2026-cı il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə MN ******* saylı protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış icraata əməldə inzibati xəta tərkibi olmadığından xitam verilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində İXMnin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 70 (yetmiş) manat məbləğində inzibati cərimə edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə zalında inzibati qaydada tutmadan dərhal azad edilmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə onun barəsində başlanılmış icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirdiyi qərarın əsaslandırma və nəticə hissələri arasında ziddiyyət var. Belə ki, məhkəmə onun tərəfindən polis əməkdaşlarına tabe olmama halının müşahidə edilmədiyini bildirsə də, bunun əksinə olaraq nəticə hissəsində onu Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə təqsirli bilərək cərimə etmişdir. Hadisə MTK-da baş vermiş, həmin ərazidə isə videogörüntü olmuşdur. Lakin nə məhkəmə, nə də polis orqanında araşdırma zamanı həmin videogörüntü tələb edilərək baxış keçirilməmişdir. Digər tərəfdən, polis əməkdaşı nalayiq ifadələrin işlədildiyi, lakin həmin ifadələrin kim tərəfindən istifadə edildiyini bilmədiyini bildirmişdir. Bundan başqa, hadisə icra məmurunun məhkəmə qərarını icrası zamanı baş vermiş, icra məmuru hadisə zamanı orda olmuş, lakin hadisəni görən şahid olmasına baxmayaraq məhkəmədə dindirilməmişdir. Qərardan narazı qalan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya qaydasında şikayət verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati həbs edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, polis əməkdaşlarının və zərərçəkmiş şəxslərin ifadələri ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510.1-ci maddəsinin tərkib əlamətlərini təşkil edən inzibati xəta törətdiyi aşkardır. Hadisə ilə bağlı videogörüntülər olsa belə, həmin izahatlarla təsdiq edilən bir hal videogörüntülərlə inkar edilə bilməz. Digər tərəfdən hadisə iş saatının sonuna, MTK əməkdaşlarının işdən çıxdığı zaman baş vermiş, polis əməkdaşlarının müdaxiləsi olmasa idi daha ağır fəsatlar yarana bilərdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və Bakı şəhəri Qaradağ RPİ-nin 10ci Polis Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və 10-ci Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Bu səbəbdən məhkəmə həmin şəxslərin və nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını, tərəflərin apellyasiya şikayətlərinin dəlillərini və birinci instansiya məhkəməsinin qərarını araşdıraraq hesab edir ki, hər iki apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə toplanmış sübutlar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv qiymətləndirilmişdir. Məhkəmə araşdırması zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xırda xuliqanlıq hərəkətləri törətməsi öz təsdiqini tapsa da, onun polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamasını təsdiq edən mötəbər və kifayət qədər sübutlar müəyyən edilməmişdir. İş materiallarından görünür ki, hadisənin baş verdiyi ərazidə videomüşahidə kameralarının mövcud olmasına baxmayaraq, həmin görüntülər inzibati icraat materiallarına əlavə edilməmiş, həmçinin məhkəmə baxışı zamanı da onların əldə olunması istiqamətində zərərçəkmiş tərəf tərəfindən hər hansı təşəbbüs göstərilməmişdir. Eyni zamanda, polis əməkdaşlarının qanuni tələblərinə qarşı iddia edilən hərəkətlərin videoqeydiyyata alınması üçün real imkan olduğu halda belə bir sübut da təqdim edilməmişdir. Bu hal polisin qanuni tələbinə qəsdən tabe olmama inzibati xətasının mövcudluğu barədə qəti nəticəyə gəlməyə imkan vermir. Apellyasiya şikayətlərində göstərilən dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin yanlış olduğunu təsdiq edən yeni və ya təkzibedilməz sübutlarla dəstəklənmir, məhkəmənin sübutlara verdiyi hüquqi qiyməti təkzib etmir və qəbul edilmiş qərarın ləğv və ya dəyişdirilməsi üçün qanuni əsas yaratmır. Belə ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs apellyasiya şikayətində qərarın əsaslandırma və nəticə hissələri arasında ziddiyyətin olduğu göstərilsə də, məhkəmə kollegiyası həmin arqumenti əsaslı hesab etmir. Birinci instansiya məhkəməsi qərarında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamasına dair kifayət qədər sübutun müəyyən edilmədiyini qeyd etmiş, eyni zamanda onun xırda xuliqanlıq hərəkətləri törətməsinin iş üzrə toplanmış sübutlarla təsdiq olunduğu nəticəsinə gəlmişdir. Buna görə də məhkəmə tərəfindən məsuliyyət məsələsi müəyyən edilərkən sübuta yetirilmiş inzibati xəta üzrə hüquqi qiymət verilmişdir. Şikayətdə hadisə yerində mövcud olmuş videogörüntülərin əldə edilməməsinə istinad edilməsi də qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Belə ki, birinci instansiya məhkəməsi həmin halı nəzərə alaraq videomaterialların təqdim edilməməsini sübutların qiymətləndirilməsi zamanı tərəflərin mövqeyinə uyğun şəkildə qiymətləndirmiş və məhz bu səbəbdən polis əməkdaşının qanuni tələbinə tabe olmama ilə bağlı ittihamın sübuta yetirilmədiyi qənaətinə gəlmişdir. Bu hal isə barəsində inzibati icraat aparılan şəxsin vəziyyətini ağırlaşdıran deyil, əksinə onun xeyrinə qiymətləndirilmişdir. Polis əməkdaşının nalayiq ifadələrin konkret olaraq kim tərəfindən işlədildiyini bilməməsi barədə dəlili də iş üzrə mövcud digər sübutların məcmusunu təkzib etmir və xırda xuliqanlıq əməlinin sübuta yetirilməsinə mane olmur. Sübutların hər biri ayrıca deyil, onların məcmusu əsasında qiymətləndirilir və iş materiallarında mövcud olan digər sübutlar birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təsdiq edir. Həmçinin, hadisə zamanı icra məmurunun ərazidə olması və onun məhkəmədə şahid qismində dindirilməməsi özü-özlüyündə qərarın qanunsuz hesab edilməsi üçün əsas yaratmır. İş materiallarında mövcud olan sübutlar məhkəməyə işin halları barədə nəticəyə gəlmək üçün kifayət etmiş, apellyasiya şikayətində isə icra məmurunun ifadəsinin hansı konkret halları dəyişdirə biləcəyi və ya qərarın nəticəsinə hansı formada təsir göstərəcəyi əsaslandırılmamışdır. Zərərçəkmiş şəxsin apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə qeyd edir ki, apellyasiya şikayətində videogörüntülərin mövcud olmasının əhəmiyyət daşımadığı bildirilsə də, məhkəmə kollegiyası bu arqumenti qəbul etmir. Belə ki, hadisənin baş verdiyi ərazidə videomüşahidə kameralarının mövcud olması iş materialları ilə də təsdiq edilir. Obyektiv sübut əldə etmək üçün real imkan olduğu halda həmin videogörüntülərin nə inzibati araşdırma zamanı, nə də məhkəmə baxışı zamanı əldə edilərək iş materiallarına əlavə edilməməsi iş üzrə sübutların tamlığına və etibarlılığına təsir edən hal kimi birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilmişdir. Mövcud olan obyektiv sübutların təqdim edilməməsi şəraitində yalnız ifadələrə əsasən 535.1-ci maddə üzrə inzibati məsuliyyətin müəyyən edilməsi mümkün deyildir. Buna görə də apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Həm zərərçəkmiş şəxsin, həm də barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin apellyasiya şikayətlərinin təmin edilməsi üçün hüquqi əsaslar mövcud olmadığından, həmin şikayətlər təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25-ci maddəsinə əsasən, inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı, apellyasiya şikayətlərinin dəlilləri isə əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayətlər təmin edilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 134-cü maddələri rəhbər tutaraq, məhkəmə Qərara aldı: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış icraata xitam verilməsinə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar