Məhkəmə qərarları › İş №3(3-6)-2289/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2289/2026

27.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2289/2026 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Murad Akif oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Bakı şəhəri Sabunçu Rayon Polis Idarəsindən daxil olmuş ## #### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə Bakıxanov qəsəbəsində Aysun Əliyeva adlı şəxsi küçədə ictimai yerdə nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayət verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*- ***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarını ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətlərin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, 08 iyul2026-cı il tarixdə Bakıxanov qəsəbəsində “Talkuçka” adlanan yerdə yol gedərkən yolun ortası ilə gedən iki xanım onun tərəfə gələn zaman yanlarından keçib yol istəmişdir. Bu zaman xanım ona “korsan? sağda nə qədər yer var” deyə bildirəndə o, onlara yolun sol tərəfiilə getdiyini, xanımların onu yolun kənarındakı pilləkənə sıxdığını bildirəndə ona yüksək səslə nalayiq ifadələr işlətdilər. Bu barədə DIN-nin 102 çağrı mərkəzinə məlumat vermişdir. Lakin, gələn polis işçiləri onun barəsində protokol tərtib etməklə qərəzli yanaşdılar. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş tərəflər məhkəmə iclasına gəlməmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs işə onun iştirakı olmadan baxılmasını və yekun məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Işin materiallarını araşdırıb, aşağıdakı əsaslara görə məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində IXM-in 510.1-ci maddəsinin tərkibinin olmamasını iddia etsə də, bu əsaslı olmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs istinad edilən inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, raport, şahid izahatlar, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Belə ki, birinci instansiya məhkəməsində inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis Idarəsinin 14-ci Polis Şöbəsinin sahə inspektoru, R Mirəli Qasımov izahatında göstərmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə Bakıxanov qəsəbəsində Aysun Əliyeva adlı şəxsi küçədə ictimai yerdə nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Bu səbəbdən həmin şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Birinci instansiya məhkəməsində şahid X1 izahatında göstərmişdir ki, ## #### 2026-cı il tarixdə Bakıxanov qəsəbəsində hərəkətdə olan zaman tanımadıqları bir şəxs yanlarından keçərkən ona dəymiş, o da niyə ona dəydiyini bildirdikdə, onunla əl-qol hərəkətləri ilə danışaraq mübahisə etməyə başlamışdır. Onu küçədə, ictimai yerdə yüksək səslə təhqir etmişdir. O da 102 xidmətinə bu barədə məlumat vermişdir. Polis əməkdaşları ünvana yaxınlaşaraq onu, rəfiqəsini və həmin şəxsi 13cü PŞ-yə gətirmişdirlər. Şöbədə məlum olmuşdur ki, həmin şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsdur. Hazırda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətçidir və barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası IXM-in 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati hüquq pozmaya yol verməsini müəyyən etmişdir. Inzibati xətalar qanunvericiliyinin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Inzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almış və sonuncuya törətdiyi inzibati xətaya görə maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq etmişdir ki, bu da öz növbəsində Azərbaycan Respublikasının IXM-in 21-ci maddəsinin məqsədinin təmin olunmasında yetərli hesab olunmalıdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətlərdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikasının IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar