Məhkəmə qərarları › İş №3(3-6)-2290/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2290/2026

05.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2290/2026 05.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X10 iştirakı ilə, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs (bundan sonra – zərərçəkmiş şəxsin nümayəndəsi) və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdikləri şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Qaradağ Rayon icra şöbəsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası IXM-in) 510.1 və 535.1-ci maddələri ilə tərtib etdiyi ## ###### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri baxılması üçün Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərmişdir. Həmin protokola əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə, saat 18:00 radələrində Qaradağ rayonu, Lökbatan-Xocahəsən yolu, «xxxx” MMC-nin ofisinin qarşısında Zərərçəkmiş şəxs, X2, X7 və X1 qarşı nalayiq ifadələr işlətmiş və polisin qanuni tələblərinə əməl etməyərək qəsdən tabesizlik etmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X3) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respubilkası IXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından həmin maddə üzrə başlanmış inzibati xəta haqqında icraata xitam verilmiş, IXMin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində IXM-nin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 70 (yetmiş) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Zərərçəkmiş şəxs həmin məhkəmə qərarından şikayət verib, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Zərərçəkmiş şəxs şikayətini onunla əsaslandırmışdır ki, işə baxılarkən hadisənin MTKnın ofisi qarşısında iş vaxtının başa çatmasına az qalmış və işçilərin ofisin qarşısına toplandıqları vaxt baş verməsi və polis əməkdaşlarının müdaxiləsi olmasaydı daha ağır nəticələrə gətirib çıxaracağına dair ehtimallar nəzərə alınmamışdır. Məhkəmənin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində təyin etdiyi inzibati cərimənin məbləği sonuncunun şəxsiyyətinə, törətdiyi inzibati xətanın xarakterinə və işin digər hallarına uyğun deyildir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətini onunla əsaslandırmışdır ki, əməlində Azərbaycan Respublikası IXM-in 510.1-ci maddəsinin tərkib əlaməti yoxdur. Tərəflər apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə şikayətlərə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası IXM-in: - 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. - 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırdıqdan sonra Azərbaycan Respublikası IXMin 75, 76 və 84-cü maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə iclasında dindirilmiş səlahiyyətli orqanın əməkdaşı X4, X5 X11 tağım komandiri, R X6 və polis nəfəri, R X8 verdiyi izahatlara (məhkəmə həmin izahatların məzmununun birinci instansiya məhkəməsinin qərarında göstərilib şərh edilməsinə görə hazırkı qərarda təkrarlanmasına zərurət görmür) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamasına dair heç bir hal müəyyən edilməməsinə, bundan başqa, hadisə baş verən ərazidə, yəni “Service MTK”-a məxsus binada videokameralar mövcud olduğu halda həmin görüntülərin əldə edilib sübut növü kimi iş materiallarına əlavə edilməməsi və məhkəmə baxışı zamanı da zərərçəkmiş tərəfin həmin görüntülərin əldə edilməsinə real imkanları olduğu halda bunu etməməsi və buna hər hansı bir formada cəhd belə göstərməməsinə əsaslanıb, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yalnız yuxarıda göstərilən məzmunda Azərbaycan Respublikası IXM-in 510.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri törətməsini müəyyən etməklə, düzgün olaraq sonuncunu həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilmişdir. Azərbaycan Respublikası IXM-in: - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 31.2-ci maddələrinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-1-ci maddəsində göstərilmişdir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə göstərilən qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, inzibati xəta törətmiş şəxsə təyin olunan inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün inzibati tənbehin təyin edilməsi zamanı nəzərə alınmalı olan qanunda göstərilən əsasların məcmu halında obyektiv şəkildə qiymətləndirilməsi tələb olunur. Eləcə də, inzibati tənbeh tətbiq edilərkən iş üzrə müəyyən edilmiş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar elə nəzərə alınmalıdır ki, tətbiq edilmiş inzibati tənbeh tədbiri ilə inzibati xətanın xarakteri və təqsirin dərəcəsi arasında uyğunsuzluq yaranmasın, inzibati tənbeh tədbiri xəta törətmiş şəxsin şəxsiyyətinə uyğun olub inzibati tənbehin məqsədlərini təmin edə bilsin. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, onun məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə almaqla, Azərbaycan Respublikası IXM-in 21-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin olunması üçün barəsində 510.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünü IXM-nin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla minimum həddə tətbiq edərkən və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası IXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması barədə nəticəyə gələrkən haqlı olmuşdur. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və zərərçəkmiş şəxsin verdikləri şikayətlər əsassız olduğuna görə təmin edilməməli, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarı həmin şikayətlərə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası IXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və zərərçəkmiş şəxsin verdikləri şikayətlər təmin edilməsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı həmin şikayətlərə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar