Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2291/2026 05.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi ilə, ## ###### 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində dörd azyaşlı uşağı olan, ali təhsilli, deməsinə görə rəsmi qaydada işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 88/1, mənzil 25 ünvanında yaşayan, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati materialdan və protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə, saat 18:00 radələrində Qaradağ rayonu, Lökbatan-Xocahəsən yolu, «xxxx” MMC-nin ofisinin qarşısında Zərərçəkmiş şəxs, X2, X6 və İmanov Alı Rəfi oğluna qarşı nalayiq ifadələr işlətmiş və polisin qanuni tələblərinə əməl etməyərək qəsdən tabesizlik etmişdir. Buna görə də onun barəsində ## #### 2026-cı il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə MN ******* saylı protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı əsası ilə həmin maddə ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində İXM-nin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 70 (yetmiş) manat məbləğində inzibati cərimə edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından inzibati tənbeh almış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verərək, əməlində inzibati xəta tərkibinin olmamasını qeyd etməklə qərarın ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərarda açıq şəkildə göstərmişdir ki, "Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamasına dair hər hansı hal müəyyən edilməmişdir." Bu nəticə o deməkdir ki, məhkəmə polis əməkdaşlarının irəli sürdüyü əsas ittihamlardan birinin sübuta yetirilmədiyini qəbul etmişdir. Buna baxmayaraq, həmin qərarla mən İXM-nin 501.1-ci maddəsi ilə təqsirli bilinmişəm. Beləliklə, qərarın təsviri və əsaslandırıcı hissəsi arasında aşkar zidiyyət yaranmışdır. Məhkəmə bir tərəfdən ittihamın əsas elementlərinin sübuta yetirilmədiyini qəbul etmiş, digər tərəfdən isə həmin ittiham üzrə cərimə tətbiq etmişdir. edir. Bu isə məhkəmə qərarının əsaslandırılmış və qanuni hesab edilməsini istisna İş materiallarından görünür ki, hadisə MTK-nın inzibati binasının qarşısında baş vermişdir. Məhkəmə özüdə qərarında qeyd etmişdir ki, həmin ərazidə videomeşahidə kameraları mövcud olmuş, hadisənin videogörüntülərinin əldə edilməsi mümkün olmuşdur. Lakin videogörüntülər nə polis tərəfindən əldə edilmiş, nə də məhkəmə tərəfindən tələb olunmuşdur. Əksinə, məhkəmə obyektiv texniki sübutlar olmadan yalnız maraqlı şəxslərin izahatlarına əsaslanaraq nəticəyə gəlmişdir. Halbuki videoyazılar hədisənin obyektiv şəraitini tam müəyyən edə biləcək ən etibarlı sübut hesab olunurdu. Videogörüntülərin araşdırılmaması iş üzrə sübutların natamam araşdırıldıını göstərir. Məhkəmə iclasında dindirilmiş polis əməkdaşlarının və digər şəxslərin izahatları arasında ciddi ziddiyətlər mövcuddur. Xüsusilə Çevik Polis Alayının əməkdaşıizahatında konkret olaraq kimin nalayiq ifadələr işlətməsini görmədiyini bildirmişdir. Bəzi şahidlər isə yalnız ümumi formada "mübahisə baş verdiyini qeyd etmişlər. Belə olan halda mənim məhz hansı konkret hərəkətimlə içtimai qaydanı pozduğum, hansı ifadələri işlətməyim və hansı hərəkətimlə xırda xuliqanlıq tötətməyim sübuta yetirilməmişdir. Məhkəmə bu ziddiyətləri aradan qaldırmadan ittiham hökmü xarakterli qərar qəbul etmişdir. Məhkəmə nəzərə almamışdır ki, hadisə Qaradağ rayon Məhkəməsinin MTT haqqında qərardadının dövlət icraçısı tərəfindən icrası zamanı baş vermişdir. Həmin vaxt icra məmuru hadisə yerində olmuş və məhkəmə qərarının icrasını həyata keçirmişdir. Buna baxmayaraq məhkəmə dövlət icraçısını dindirməmiş, onun izahatını almamış və icra sənədlərinə hüquqi qiymət verməmişdir. Halbuki həmin şəxs hadisənin ən mühüm və bitərəf şahidi hesab olunurdu. Bu prosessual çatışmazlıq iş üzrə obyektiv həqiqətin müəyyən edilməsinə mane olmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya qaydasında şikayət verərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati həbs növündə inzibati tənbeh edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-96)-1431\**** saylı qərarında qeyd edilir ki, MTKnın ofisinin yaxınlığında müşahidə kameraları olduğu halda və zərərşəkmiş tərəfin həmin görüntüləri real əldə etmək imkanı olduğu halda həmin görüntülərin əldə edilməməsi və məhkəməyə təqdim edilməməsibarəsində icraat aparılan şəxsin törətdiyi inzaibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsinin ciddi olmasını şübhə altına alır. İXM-nin 8-ci maddəsinə əsasən isə inzaibati məsuliyyətə cəlb edilən şəxsin təqsirli olmasına dair şübhələr onun xeyrinə həll edilir. Hesab edirik ki, Məhkəmədə işə baxılarkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nın 510.1 və 535.1-ci maddəsində nəzərdə tutlan inzibati xətanı törətməsi polis nəfərlərinin izahatları, zərərşəkmiş şəxslərin izahatları ilə tam təsdiqini tapır. Videogörüntü yalnız sübut növlərindən biri olmaqla digər sübutlarla bərabər qiymətləndirilir və iş üzrə çoxsaylı şahid və zərərçəkmişlərin ifadələri olduğu təqdirdə videogörüntünün olması o qədər də mühüm amil deyil və qeyd olunan xüsusat şəxsin törtədiyi inzaibati xətanın ictimai təhlükəliliyini və xarakterinin ciddi olmaması kimi qiymətləndirilə bilməz. Eyni zamanda məhkəmə tərəfindən işə baxılarkən hadisənin MTKnın ofisi qarşısında iş vaxtının başa çatmasına az qalmış və işçilərin ofisin qarşısına toplandıqları vaxt baş verməsi və polis əməkdaşlarının müdaxiləsi olmasaydı daha ağır nəticələrə gətirib çıxaracağına dair ehtimallar nəzərə alınmamışdır. Odur ki, hesab edirik ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 510.1 və 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzabati xətanı törətməsi tam sübuta yetdiyindən Qaradağ rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli Qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində daha sərt inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə barəsində inzibati icraat aparılan şəxs, zərərçəkmiş şəxslər və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, verilmiş şikayətlər təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən, qüvvəsində saxlanılmalıdır. Birinci instansiya məhkəməsində iştirak edən Qaradağ RPİ-nin 10-ci PŞ-nin sahə inspektoru, R X13 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, ## #### 2026-cı il tarixdə saat 18:00 radələrində Qaradağ rayonu, Lökbatan-Xocahəsən yolu, «xxxx” MMC-i ofisinin qarşısında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ofisin əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmiş və hadisə yerinə gələn polislərin tələblərinə əməl etməyərək tabesizlik etmişdir. O öz izahatında hadisənin görüntüsünü əks etdirən videogörüntülərin olmadığını bildirmişdir. Odur ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində iştirak edən X3 X10 V, R X4 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, ## #### 2026-cı il təqribi saat 17:55 radələrində efir vasitəsi ilə «xxxx” MMC-nin ofisinin qarşısında insidentin baş verdiyi barədə məlumat almış və hadisə yerinə gəlmişdir. Hadisə yerində ofisin əməkdaşları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs arasında mübahisənin olduğunu görmüşdür. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onun barəsində şikayət olduğunu və onunla birlikdə bölməyə getməli olduqlarını qeyd etsə də, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əvvəlcə polis bölməsinə getmək istəməmiş, lakin sonradan razılaşaraq onlarla birlikdə 10-cu PŞ-a getmişdir. O izahatında daha sonra hadisə yerinə çatarkən orada konkret olaraq kiminsə nalayiq ifadələr işlətməsini və yaxud fiziki olaraq dalaşmasının şahidi olmadığını, eləcə də həmin şəxslərin polisin ünvanına nalayiq ifadələr işlədərək müqavimət göstərməklə tabesizlik etmədiyini bildirmişdir. Həmin vaxtı o, orada müxtəlif şəxslərin mübahisə edərək səs-küy saldığını görmüşdür. Birinci instansiya məhkəməsində iştirak edən X3 X10 polis nəfəri, R Heydərov Elman İsmayıl oğlu öz izahatında X4 göstərdiklərini təsdiqləmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, «xxxx” MMC-da satış meneceri vəzifəsində çalışır. ## #### 2026-cı il tarixdə iş saatının sonlarına yaxın çöldən müxtəlif səslər eşitmiş, bununla əlaqədar ofisin qarşısına çıxmışdır. Ofisdən kənara çıxdıqda bir qrup şəxslə ofisin əməkdaşları arasında insident baş verdiyini müşahidə etmişdir. Hadisə yerində icra məmurunun da olduğunu, onun həmin şəxslərdən ərazini tərk etmələrini tələb etdiyini qeyd etmişdir. Zərərçəkmiş şəxs ifadəsində daha sonra bildirmişdir ki, sonradan məlum olmuşdur ki, həmin şəxslər, o cümlədən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra məmurunun gələcəyindən əvvəlcədən xəbərdar olduqları üçün ondan əvvəl hadisə yerinə gələrək hay-küy salmışlar. O həmçinin qeyd etmişdir ki, həmin vaxtı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ümumi şəkildə oranın işçiləri barəsində nalayiq ifadələr işlətmişdir. Baş vermiş hadisə təxminən 10 dəqiqə davam etmiş, daha sonra polis əməkdaşları yaxınlaşaraq həmin şəxsləri PŞ-ə aparmışlar. Ofisin bayırında kameralar mövcud olsa da, hadisənin görüntülərinin olubolmaması barədə onda hər hansı bir məlumat yoxdur. İfadəsinin sonunda o, məhkəmədən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qanunvericiliyə uyğun olaraq ciddi qaydada inzibati tədbir görülməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs X2 ifadəsində bildirmişdir ki, «xxxx” MMC-da mütəxəssis-nəzarətçi vəzifəsində çalışır. ## #### 2026-cı il tarixdə saat 18:00 radələrində bir qrup şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurundan əvvəl ofisin qarşısına toplaşmışdır. İcra məmuru qərarda adı göstərilən şəxsin ofisə daxil ola biləcəyini bildirsə də, həmin şəxslər bu tələbə əməl etməyərək zorla ofisə daxil olmağa cəhd göstərmişlər. Onlar buna mane olmağa çalışsalar da, həmin şəxslər onları itələyərək içəri daxil olmaq istəmişlər. İcra məmuru təkrarən həmin şəxslərdən ofisi tərk etmələrini tələb etsə də, onlar bu qanuni tələbə məhəl qoymamışlar. Sonradan hadisə yerinə polis əməkdaşları gəlmiş, bu zaman həmin şəxslərin bir qismi artıq ərazini tərk etmişdir. X2 ifadəsində həmçinin bildirmişdir ki, hadisə zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “lazım gələrsə savaşaraq içəri daxil olacaqlarını” söyləmişdir. O, ofisin qarşısında kameranın olduğunu, lakin kameraların təmir işləri ilə bağlı olaraq hadisə yerini çəkə bilmədiyini də bildirmişdir. O qeyd etmişdir ki, qapının qarşısında qarşılıqlı itələşmə baş versə də, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsən ona qarşı nalayiq ifadələr işlətməmiş, habelə ona qarşı fiziki təsir göstərməmişdir. İfadəsinin sonunda X2 məhkəmədən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qanunvericiliyə uyğun olaraq inzibati tədbir görülməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs X6 ifadəsində bildirmişdir ki, «xxxx” MMC-da təsərrüfat müdiri vəzifəsində çalışır. O göstərmişdir ki, ## #### 2026-cı il tarixdə, saat 17:55 radələrində işdən çıxmağa hazırlaşarkən bir qrup şəxs avtomobillərlə ofisin qarşısına gəlmişdir. Həmin şəxslər sonradan ofisə daxil olmağa cəhd göstərmişlər. O bildirmişdir ki, iş vaxtı başa çatdığı üçün həmin şəxslərin ofisə daxil olmasına icazə verməmişdir. Buna baxmayaraq, onlar, o cümlədən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona qarşı nalayiq ifadələr işlətmiş və zorla ofisə daxil olmağa cəhd göstərmişlər. O qeyd etmişdir ki, yalnız icra məmurunun və onun icazə verdiyi şəxslərin ofisə daxil ola biləcəyini bildirsə də, həmin şəxslər bu tələbə əməl etməmişlər İfadəsinin sonunda o, məhkəmədən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qanunvericiliyə uyğun olaraq inzibati tədbir görülməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs İmanov Alı Rəfi oğlu ifadəsində bildirmişdir ki, «xxxx” MMC-da daxili nəzarət şöbəsinin rəisi vəzifəsində çalışır. Hadisə zamanı ofisdə olmuş, saat 18:00 radələrində bir qrup şəxsin zorla ofisə daxil olmağa cəhd göstərdiyini müşahidə etmişdir. İmanov Alı Rəfi oğlu ifadəsində qeyd etmişdir ki, həmin şəxslərdən hansı məqsədlə gəldiklərini soruşduqda onlar onu itələmiş və ofisə daxil olmağa cəhd göstərmişlər. O bildirmişdir ki, baş vermiş qarşıdurma zamanı icra məmurları tərəfləri bir-birindən ayırmışdır. O həmçinin ifadəsində göstərmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ofisə daxil olmağa cəhd göstərdiyi zaman onu itələmiş və ünvanına nalayiq ifadələr işlətmişdir. İfadəsinin sonunda o, məhkəmədən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qanunvericiliyə uyğun olaraq inzibati tədbir görülməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında bildirmişdir ki, atası Nazim Tahirov «xxxx» MMC-nin şəriklərindən biridir. ## #### 2026-cı il tarixdə «xxxx» MMC-nin ofisinə getməkdə məqsədi məhkəmə qərarının icrası ilə əlaqədar icra məmuru ilə birlikdə hadisə yerində olmaq, şirkətdə çalışan bəzi şəxslərin fəaliyyətinin müvəqqəti dayandırılması barədə qərarın icrasını müşahidə etmək, yeni seçilmiş sədrin elan edilməsi və təhvil-təslim prosesində iştirak etmək olmuşdur. Onun sözlərinə görə, onlar şirkətin səhmdarları olduqlarından məhkəmə qərarının icrası və şirkətdə baş verən proseslər onlar üçün mühüm əhəmiyyət kəsb etmişdir. O bildirmişdir ki, hadisə yerinə atası ilə birlikdə gəlmişdir. Daha sonra icra məmuru məhkəmə qərarında onun adının göstərilmədiyini əsas gətirərək ofisə daxil olmasına icazə verməmişdir. Bundan sonra o və digər şəxslər icra məmurunun tələbinə əməl edərək kənara çəkilmişlər. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qeyd etmişdir ki, hadisə zamanı heç bir şəxsi təhqir etməmiş, nalayiq ifadələr işlətməmiş və heç kimə qarşı fiziki təyziq östərməmişdir. Həmçinin bildirmişdir ki, polis əməkdaşları onları polis şöbəsinə dəvət etdikdə əvvəlcə avtomobillərini hadisə yerində qoymamaq məqsədilə etiraz etmiş, lakin sonradan polis əməkdaşları ilə razılığa gələrək onların qanuni tələbinə əməl etmiş və öz avtomobillərində polis şöbəsinə getmişdir. İfadəsinin sonunda barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan ## #### 2026-cı il tarixli Qaradağ RPİ-nin 10-ci PŞ-nin sahə inspektoru, R X13 tərəfindən Qaradağ RPİ-nin 10-ci PŞ rəisi, polis Rı Rəfail Tağıyevə ünvanlanmış raportdan aydın olur ki, ## #### 2026-cı il tarixdə saat təxminən 18:26 radələrində xidmətdə olduğu 9695 çağırışlı avtopatrulla post yoldaşı R Sarıyev Kamalla inzibati ərazidə xidmətdə olarkən efir vasitəsi ilə onlara bildirilib ki, “Səma”-ın yanında yeni tikilən binanın qarşısında bir neçə vətəndaşın 102 məlumatına əsasən mübahisə yaratdığı və satış məntəqəsinə zorla daxil olması bildirildi. Onlar dərhal deyilən yerə yaxınlaşmış və həmin altı nəfər şəxsi aşkar etmişdirlər. Onları nizam-intizama dəvət etmiş olsalar da, onlar öz hərəkətlərinə davam etmiş, polisin qanuni tələblərinə tabe olmamışdırlar. Polis əməkdaşları həmin şəxsləri xidməti maşına əyləşdirən zaman onlar müqavimət göstərmiş və tabe olmamışlar. Daha sonra həmin şəxslər xidməti maşınla 10-cu polis şöbəsinə gətirilmiş və növbətci hissədə məlum olub ki, həmin şəxslərdən biri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsdur. İş materiallarına əlavə edilmiş “İnzibati qaydada tutma” haqqında ## #### 2026-cı il tarixli protokoldan aydın olur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yuxarıda qeyd olunan inzibati pozuntu ilə əlaqədar ## #### 2026-cı il tarixdə saat 20:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında qərar tam sübuta yetirilir. Beləliklə, birinci instansiya məhkəməsi toplanmış sübutlarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xəta törətməsində təqsirinin tam sübuta yetirilməsi və onun düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə 70 manat miqdarında cərimə edilməsi nəticəsinə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinə istinad etmiş olduğu dəlillər onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətindən yayınmağa cəhdi kimi qiymətləndirilməlidir. Apellyasiya şikayətinin dəlilləri müdafiə xarakterli olmaqla əsassızdır, inzibati xəta törətmiş şəxsi məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin hallarını nəzərə alaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq etməkdə düzgün nəticəyə gəlmişdir. Zərərçəkən şəxsin apellyasiya şikayətinə münasibətdə məhkəmə qeyd edir ki, hadisə baş verən ərazidə, yəni “Service MTK”- a məxsus binada videokameralar mövcud olduğu halda həmin görüntülərin əldə edilib sübut növü kimi iş materiallarına əlavə edilməməsi və məhkəmə baxışı zamanı da zərərçəkmiş tərəfin həmin görüntülərin əldə edilməsinə real imkanları olduğu halda bunu etməməsi və buna hər hansı bir formada cəhd belə göstərməməsi, barəsində inzibati icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin ciddi olmasını şübhə altına alır. Eləcə də hadisə yerinə gəlmiş polis əməkdaşlarının qanuni tələblərinə qarşı törədilən hər hansı bir pozuntunun video görüntüyə alınmasına dair real imkan və şərait olmasına baxmayaraq bundan da istifadə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ictimai qayda əleyhinə inzibati xətaları törətmişdir. Odur ki, apellyasiya şikayətləri təmin edilməməli, qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2291/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2291/2026
05.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver