Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2292/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi və məruzəsi, məhkəmə iclas katibi Mirəlizadə Şəhriyar Rövşən oğlunun katibliyi ilə, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan ## ####### 2025-ci il tarixli, MN seriyalı ******* saylı qərarından şikayətçi Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan ## ####### 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı ilə şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan ## ####### 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətin baxıması üçün aidiyyatı üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin MN******* nömrəli, ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən "xxxx" MMC-nin direktoru Ələskərov Vidadi Həbib oğlunun barəsində IXM-nin 469-1-ci maddəsinin tələbləri pozulduğuna görə 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Daha sonra X2 Xidməti Ələskərov Vidadi Həbib oğlu barəsində tərtib etdiyi MN******* nömrəli, ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın icra olunmamasına görə IXMnin 529.1-1-ci maddəsinə əsasən hüquqi şəxsin rəhbəri Ələskərov Vidadi Həbib oğlu barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün ******* nömrəli, ##.##.2026-cı il tarixli protokol tərtib edilərək aidiyyatı üzrə Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Həmin inzibati xətalara dair *(*-**)-****/**** saylı iş Xətai Rayon Məhkəməsində hakim Zəfər Ramazanovun icraatındadır. Xətai Rayon Məhkəməsinin icraatında olan iş üzrə Ələskərov Vidadi Həbib oğluna bildiriş göndərildikdən sonra onun X2 Xidmətinin MN******* nömrəli, ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından məlumatı olmuş və o dərhal həmin qərarı mübahisələndirmək üçün Xətai rayon Məhkəməsindən rəsmi qaydada tələb etmişdir. Məlumat üçün bildirilir ki, Xətai rayon Məhkəməsi tərəfindən X2 Xidmətinin MN******* nömrəli, ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ona rəsmi qaydada ##.##.2026- cı il tarixində təqdim edilmişdir. X2 Xidmətinin "xxxx" MMCnin direktoru Ələskərov Vidadi Həbib oğlu barəsində tərtib etdiyi MN******* nömrəli, ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar üzrə icraata inzibati tərkib olmadığından xitam verilməlidir. Belə ki, X2 Xidməti Ələskərov Vidadi Həbib oğlu barəsində tərtib etdiyi MN******* nömrəli, ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarında istehsalat fəaliyyəti ilə məşğul olan "xxxx" MMCnin Ələskərov Vidadi Həbib oğlu və X1 adından işçilərinin olduğu və həmin müəssisə ilə işçilər arasında "işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətlərinin itirilməsi hallarından icbari sığortalanmaması"na görə IXM-nin 469-1-ci maddəsinin tələbləri pozulduğuna dair qənaətə gəlmişdir. Azərbaycan Respublikasının Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında qanunun 2.0.1-ci maddəsinə əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta (bundan sonra icbari sığorta) - istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfidir. Həmin qanunun 2.0.2-ci maddəsinə əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi (bundan sonra icbari sığorta müqaviləsi) bu Qanunun 2-1.2-ci maddəsində nəzərdə tutulmuş sığorta olunanlar barəsində icbari sığortanın təmin edilməsi üçün sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta hadisəsi nəticəsində sığortaçının sığorta ödənişini həyata keçirmək öhdəliyini nəzərdə tutan yazılı razılaşmadır. Həmin qanunun 3-cü maddəsində əsasən sığorta olunanların istehsalatda birbaşa iştirakçısı olan şəxslərin siyahısı qeyd olunmuşdur. Məlumat üçün bildirirəm ki, "xxxx" MMC 2020-ci il tarixindən etibarən bugünədək hər hansı bir istehsalla məşğul olmamışdır. Müəssisədə faktiki olaraq 2 nəfər işçi direktor Ələskərov Vidadi Həbib oğlu və insan resursları üzrə mütəxəssis X1 yarım ştat olaraq əmək müqaviləsi üzrə çalışmaqdadır. Qeyd olunan işçilərin isə ümumiyyətlə istehsalatla harhansı bir bağlılığı yoxdur. Bu səbəbdən müəssisədə əmək müqaviləsi üzrə yarım ştat olaraq çalışan (istehsalatdan kənar) şəxslərin "işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətlərinin itirilməsi hallarından icbari sığortalanması"na zərurət yaranmır. Hesab edirik ki, Müəssisə ilə işçilər arasında həmin müqavilənin bağlanması zərurəti yaranmadığından inzibati xəta tərkibi də yaranmamışdır. Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Inzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və II hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Qeyd olunanları nəzərə alaraq hesab edirik ki, inzibati xəta tərkibi olmadığından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən "xxxx" MMC-nin direktoru Ələskərov Vidadi Həbib oğlunun barəsində tərtib edilmiş MN******* nömrəli, ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və icraata xitam verilməlidir. Qanunvericiliyin tələblərini nəzərə alaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən "xxxx" MMC-nin direktoru Ələskərov Vidadi Həbib oğlu barəsində tərtib edilmiş, inzibati xətanın törədilməsinə görə 1500 (min beş yüz) manat məbləğində cərimə edilmə haqqında tənbch növünün tətbiq edilməsinə dair MN******* nömrəli, ##.##.2025-ci il tarixli qərarını ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan ## ####### 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətin təmin edilməməsi, həmin qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan şikayətçi Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, IXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirməlidir. Lakin birinci instansiya məhkəməsi bu tələbə əməl etməmişdir. Məhkəmə iclasında açıq şəkildə bildirilmişdir ki, "xxxx" MMC 2020-ci il tarixindən etibarən hər hansı bir istehsalat fəaliyyəti ilə məşğul olmamışdır. Müəssisədə faktiki olaraq cəmi 2 nəfər işçi (direktor və insan resursları üzrə mütəxəssis) yarım ştat olaraq çalışır və onların gündəlik funksiyalarının istehsalat prosesi ilə heç bir bağlılığı yoxdur. Məhkəmə müəssisənin faktiki olaraq hansı fəaliyyətlə məşğul olmasına dair (istehsal, alqı-satqı və s.) heç bir rəsmi məlumat almadan, araşdırma aparmadan yalnız Dövlət Vergi Xidmətinin bazasında şirkətin "aktiv vergi ödəyicisi" olması statusuna əsaslanaraq formal nəticəyə gəlmişdir. Vergi bazasında hüquqi şəxsin statusunun "aktiv" olması onun avtomatik olaraq istehsalat fəaliyyəti və ya riskli fiziki əmək tələb edən işlər icra etdiyini sübut etmir. Birinci instansiya məhkəməsi və Inzibati tənbeh vermiş orqan maddi hüquq normasını formal olaraq, onun hərfi mənasına quru şəkildə yanaşaraq tətbiq etmiş, qanunvericinin bu normanı qəbul edərkən güddüyü real məqsədi və hüququn mahiyyətini nəzərə almamışdır. Belə ki, məhkəmə müəssisənin real olaraq istehsalat fəaliyyəti ilə məşğul olub-olmamasından asılı olmayaraq, sadəcə hüquqi şəxs statusunun aktiv olmasına əsaslanaraq sığorta müqaviləsinin məcburi olduğunu iddia edir. Hesab edirik ki, bu yanaşma aşağıdakı səbəblərə görə tamamilə əsassızdır: Sığorta obyektinin və sığorta riskinin mövcud olmaması faktı "Sığorta fəaliyyəti haqqında" AR Qanununun və ümumi mülki hüquq doktrinasının tələblərinə görə, istənilən sığorta münasibətinin yaranması üçün iki əsas element mütləqdir: sığorta obyekti və sığorta riski (hadisəsi). "Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Qanunun 2.0.1-ci maddəsinə əsasən, bu sığorta növü — işçilərin həyatına və sağlamlığına istehsalat amillərinin təsiri nəticəsində dəyən zərərin kompensasiya edilməsini nəzərdə tutur. Qanunun 2.0.11-ci maddəsində peşə xəstəliyi — "əlverişsiz və zərərli istehsalat amillərinin" sığorta olunanın orqanizminə təsiri kimi müəyyən edilir. Iş materiallarından və təqdim edilmiş dəlillərdən aydın olur ki, müəssisə 2020-ci ildən bəri hər hansı bir istehsalat fəaliyyəti ilə məşğul olmur. Müəssisədə cəmi 2 nəfər administrativ işçi (direktor və HR mütəxəssisi) yarım ştat rejimində sırf masaarxası, ofis xarakterli idarəetmə işlərini yerinə yetirir. Bu şəxslərin iş şəraitində heç bir "təhlükəli istehsalat faktoru", "zərərli maddə" və ya "əlverişsiz istehsalat amili" mövcud deyildir. Istehsalat fəaliyyətinin olmadığı yerdə, qanunun qorumağa çalışdığı sığorta riski sıfıra bərabərdir. Riskin mövcud olmadığı yerdə sığorta müqaviləsinin bağlanmasını tələb etmək, sığorta institutunun təməl prinsiplərinə ziddir. - Hüquqi şəxsin "aktiv" statusu ilə "istehsalat fəaliyyəti" anlayışlarının eyniləşdirilməsinin yolverilməzliyi Məhkəmə qərarında əsas sübut kimi Dövlət Vergi Xidmətinin bazasında şirkətin fəaliyyətinin dayandırılmaması və "aktiv vergi ödəyicisi" olması göstərilmişdir. Lakin vergi hüququ baxımından "xxxx" yalnız şirkətin hüquq qabiliyyətinin davam etdiyini, onun tam ləğv olunmadığını və ya vergi orqanına fəaliyyətin rəsmən dayandırılması barədə ərizə verilmədiyini göstərir. Bu status heç bir halda şirkətin real olaraq fiziki istehsalat, ağır sənaye və ya tikinti işləri icra etdiyini sübut edən faktiki əsas ola bilməz. Şirkət aktiv ola bilər, lakin faktiki fəaliyyəti sadəcə hesabatların verilməsi kimi passiv və qeyri-istehsalat xarakterli ola bilər. Məhkəmə bu iki fərqli anlayışı səhvən eyniləşdirmiş və işin faktiki tərəfini formal statusun kölgəsində qoymuşdur. Tariflərin müəyyən edilməsi mexanizminin pozulması (Iqtisadi əsassızlıq) Sözügedən icbari sığorta növü üzrə sığorta haqları AR Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Iqtisadi fəaliyyət növləri üzrə peşə riski dərəcələri" əsasında hesablanır. Hər bir sahənin (məsələn: sement istehsalı, tikinti, yoxsa ofis idarəetməsi) öz risk dərəcəsi və müvafiq tarifi var. Şirkətin adında "Sement" sözünün olması və ya nizamnaməsində istehsalat fəaliyyətinin qeyd edilməsi o demək deyil ki, faktiki olaraq istehsalat getmədiyi halda da işçilər yüksək riskli kateqoriya üzrə sığortalanmalıdırlar. Mövcud olmayan bir fəaliyyət növünə görə risk dərəcəsinin tətbiq edilməsi və sığorta haqqının tələb olunması hüquq normalarının iqtisadi və məntiqi mahiyyətini tamamilə heçə sayır. Nəticə olaraq, qanunverici bu sığorta növünü tətbiq edərkən, real istehsalatda çalışan, həyat və sağlamlığı hər an təhlükədə olan fəhlələrin, operatorların və mexaniklərin sosial müdafiəsini təmin etməyi məqsəd qoymuşdur. Bu normanı heç bir istehsalat sahəsi olmayan, cəmi 2 nəfər ofis işçisi ilə fəaliyyət göstərən və ya passiv dövrünü yaşayan bir şirkətə şamil etmək qanunun ruhuna, məqsədinə və hüququn ümumi prinsiplərinə ziddir. Fəaliyyətin xarakteri araşdırılmadan verilmiş cərimə qərarı bu səbəbdən qanunsuzdur və ləğv edilməlidir. 3. Təqsirsizlik prezumpsiyası və şübhələrin barəmdə həll edilməsi prinsipi pozulmuşdur. IXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə görə isə şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir. Müəssisənin real olaraq istehsalatla məşğul olub-olmaması məsələsində yaranmış qeyrimüəyyənlik və şübhələr məhkəmə tərəfindən mənim əleyhimə deyil, xeyimə şərh olunmalı idi. Məhkəmə isə subyektiv mülahizələrlə və araşdırılmamış faktlarla inzibati tənbehi qüvvədə saxlamışdır. IXM-nin 53-cü maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraata xitam verilməlidir. Iş materiallarından aydın görünür ki, əməlimdə IXM-nin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş inzibati xəta haqqında qərar qəbul edən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasına gəlməmişdir. Həmçinin məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını, bu mümkün olmadıqda isə iştirakı olmadan keçirilməsini və şikayətinin təmin edilməsini xahiş etmişdir. Bu səbəbdən məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan MN ******* nömrəli qərara əsasən “xxxx” MMC-nin baş direktoru Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 469-1-ci maddəsinə əsasən “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına görə 1500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında “Vergi ödəyicisinin tarixçəsi” bölməsindən görünür ki, “xxxx” MMC-nin fəaliyyəti dayandırılmamışdır, aktiv vergi ödəyicisidir, riskli vergi ödəyicisi deyildir, ##.##.2026cı il tarixdə əməliyyat qeydə alınmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinə əsasən əmək münasibətləri– əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. 3-cü maddəsinə əsasən işəgötürən– tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyətini (xüsusi notarius, vəkillik və mediator fəaliyyətini) həyata keçirən vergi ödəyicisi olan fiziki şəxs. 7-ci maddəsinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 9-cu maddəsinin “j” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: işəgötürən tərəfindən qanunla müəyyən olunmuş qaydada məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək. 12-ci maddəsinin “j” bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: işçilərin qanunla müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta haqlarının vaxtında və tam həcmdə ödənilməsini təmin etmək. 43-cü maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. 49-cu maddəsinin 5-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinə əsasən “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə– vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə hesab etmişdir ki, məhkəmə baxışı zaman şikayətçi “xxxx” MMC-nin baş direktoru Qərardan şikayət verən orqan (şəxs) öz etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. O cümlədən şikayət araşdırılarkən onun təqsirsiz olmasına dair hər hansı bir mötəbər sübut da aşkar edilməmişdir. Qeyd etmək lazımdır ki, “xxxx” MMC-nin işçisi X1 istehsalatla birbaşa bağlılığının olub-olmamasından asılı olmayaraq əmək müqaviləsi əsasında fəaliyyət göstərən şəxs kimi həmin işçi istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmalı idi. Əmək müqaviləsində həmin sığorta barədə müvafiq bənd nəzərdə tutulmalıdır. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında “Vergi ödəyicisinin tarixçəsi” bölməsindən görünür ki, “xxxx” MMC-nin fəaliyyəti dayandırılmamışdır, aktiv vergi ödəyicisidir, riskli vergi ödəyicisi deyildir, ##.##.2026-cı il tarixdə əməliyyat qeydə alınmışdır. Hətta həmin MMC-nin direktorunun özünün əmək müqaviləsi olmalı və direktor da istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmalıdır. Bununla da, “xxxx” MMC-nin baş direktoru Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 469-1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi təsdiqini tapmışdır. Şikayətin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi və şəxsin təqsiri sübuta yetirilmişdir. Belə ki, yuxarıda qeyd edilən qanunvericiliyin tələbinə əsasən şikayətçinin işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari siğortalamaq vəzifəsi müəyyən edilmişdir və fəaliyyətin dayandırılması, hətta faktiki əmək münasibətlərinin dayandırılması bu vəzifənin icrasından azad etmir. Halbuki, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında “Vergi ödəyicisinin tarixçəsi” bölməsindən görünür ki, “xxxx” MMC-nin fəaliyyəti dayandırılmamışdır, aktiv vergi ödəyicisidir, riskli vergi ödəyicisi deyildir, ##.##.2026-cı il tarixdə əməliyyat qeydə alınmışdır. Dövlət orqanı faktiki əmək münasibətlərinin istənilən anda davam etməsinə nəzarət imkanına malik olmadığına görə sığorta hadisəsinin baş verməsi mümkündür. Inzibati xətanın obyekti vətəndaşların sığorta sahəsində hüquq münasibətlərinin tənzimlənməsi təşkil etdiyindən apellyatorun mövqeyi əsassızdır. Ona görə məhkəmə şikayətin dəlilləri ilə razılaşmayaraq onları əsassız hesab edir. Bu səbəbdən və yuxarıda qeyd edilənlərdən məhkəmə, birinci instansiya məhkəməsinin yekun qənaəti ilə razılaşır və hesab edir ki, səlahiyyətli orqanın inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan ## ####### 2025-ci il tarixli, MN seriyalı ******* saylı qərarından şikayətçi Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(3-6)-2292/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2292/2026
07.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver