Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2293/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi İdrisli Jalə Qalib qızı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) İbrahim qızı (bundan sonra - Qərardan şikayət verən orqan (şəxs) İbrahim qızı) və onun müdafiəçisi - Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Vəkil (bundan sonra – müdafiəçi) iştirakları ilə, Pirallahı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin hüquq idarəsinin verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin (bundan sonra – səlahiyyətli orqan) qəbul etdiyi ## #### 2026-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Qərardan şikayət verən orqan (şəxs) İbrahim qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası İXM-in) 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 3000 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) İbrahim qızı Pirallahı Rayon Məhkəməsinə verdiyi şikayətində həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Pirallahı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) İbrahim qızının verdiyi şikayətin təmin edilməsi, səlahiyyətli orqanın qəbul etdiyi ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan X5 Xidmətinin hüquq idarəsi şikayət verib, onun ləğv edilməsi və səlahiyyətli orqanın qəbul etdiyi ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin və ona edilmiş etirazın dəlilləri, tərəflərin izahatları: Şikayət onunla əsaslandırılmışdır ki, Pirallahı Rayon Polis İdarəsi (bundan sonra – Pirallahı RPİ) tərəfindən tərtib edilib, səlahiyyətli orqana göndərilmiş ## ###### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, Mirzəyeva İmzalə Həsən qızı ## ###### 2025-ci il tarixdə Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Teymur Məcidzadə küçəsində yerləşən “Şah” şirniyyat mağazasında (bundan sonra - “Şah” şirniyyat mağazası) əmək müqaviləsi hüquqi qüvvəyə minmədən satıcı vəzifəsi üzrə işləmiş, xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Belə ki, vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) İbrahim qızı polis orqanına verdiyi izahatında İmzalə Mirzəyevanın 3 ildən artıq müddətdə həmin mağazada işlədiyini, məhkəmə iclasında verdiyi izahatında isə sonuncunun həmin mağazada əmək münasibətləri çərçivəsində deyil, qohumluq münasibətlərinə əsasən könüllü razılığı ilə ona köməklik göstərdiyini göstərmişdir. Beləliklə, Qərardan şikayət verən orqan (şəxs) həmin izahatlarında İmzalə Mirzəyevanın əmək müqaviləsi qanuni qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etdiyini və müvafiq inzibati xətanı törətdiyini etiraf etmişdir. İş materialları ilə Qərardan şikayət verən orqan (şəxs) təqsirinin tam sübuta yetirilməsinə və səlahiyyətli orqanın qəbul etdiyi ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuni və əsaslı olmasına baxmayaraq, birinci instansiya məhkəməsi qəbul etdiyi qərarında kifayət qədər mötəbər olan sübutlara hüquqi qiymət verməmiş, Qərardan şikayət verən orqan (şəxs) özünü müdafiə məqsədi ilə sonradan formalaşdırdığı mülahizələrə əsaslanmışdır. Apellyasiya məhkəməsi iclasında səlahiyyətli orqanın nümayəndəsi X2 şikayətin dəlillərinə uyğun izahat verib, onun təmin edilməsini xahiş etmişdir. Müdafiəçi səlahiyyətli orqanın şikayətinə yazılı etiraz təqdim edib, Qərardan şikayət verən orqan (şəxs) İbrahim qızı ilə apellyasiya məhkəməsi iclasında etirazın məzmununa uyğun izahat verərək göstərmişlər ki, Mirzəyeva İmzalə Həsən qızı Qərardan şikayət verən orqan (şəxs) İbrahim qızının qardaşı arvadı olduğuna görə bir gün “Şah şirniyyatı” mağazasında Qərardan şikayət verən orqan (şəxs) könüllü şəkildə, aralarında hər hansı əmək münasibəti olmadan köməklik etmiş, bu səbəbdən onlar arasında əmək müqaviləsi bağlanmamış, əmək münasibətlərinə xas tabelilik və iş rejimi mövcud olmamış, Qərardan şikayət verən orqan (şəxs) İmzalə Mirzəyevaya əmək haqqı ödəməmişdir. İş üzrə polis əməkdaşı onun barəsində inzibati xəta haqqında protokolu “Şah şirniyyatı” mağazasını işlətməsi müqabilində ondan istədiyi pulu ala bilməməsinə görə qərəzli şəkildə tərtib etmiş, ondan izahatı təzyiq etməklə almışdır. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə düzgün hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə vəzifəli şəxslərə üç min manatdan beş min manatadək məbləğdə inzibati cərimənin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki,: - səlahiyyətli orqanın gəldiyi nəticə Mirzəyeva İmzalə Həsən qızının izahatına və digər yazılı materiallara əsaslansa da, həmin izahatın hansı şəraitdə alınması, könüllü verilməsi, izahat verən şəxsə prosessual hüquqlarının izah olunması iş materialları ilə təsdiq edilmir. - Qərardan şikayət verən orqan (şəxs) İbrahim qızının məhkəmə iclasında verdiyi izahatında Mirzəyeva İmzalə Həsən qızının onun qardaşı arvadı olmasına görə bir gün “Şah şirniyyatı” mağazasında ona könüllü şəkildə, hər hansı əmək münasibəti mənasında olmadan köməklik etməsini bildirməsi, İmzalə Mirzəyevanın həmin mağazada olması və qohumluq münasibətlərinə görə Qərardan şikayət verən orqan (şəxs) köməklik göstərməsi özü-özlüyündə onlar arasında əmək münasibətlərinin mövcudluğunu təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Səlahiyyətli orqan Qərardan şikayət verən orqan (şəxs) ilə İmzalə Mirzəyeva arasında əmək münasibətlərinin olmasını təsdiq edəcək daimi əmək funksiyasının yerinə yetirilməsi, tabeçilik, əmək haqqının ödənilməsi, iş vaxtı rejimi və digər zəruri əlamətləri müəyyən etməmişdir. - Səlahiyyətli orqan iş üzrə Qərardan şikayət verən orqan (şəxs) İbrahim qızının Mirzəyeva İmzalə Həsən qızını əmək müqaviləsi olmadan işə cəlb etməsini ## ###### 2025-ci il tarixdə müəyyən etdiyi halda, bu barədə inzibati xəta haqqında protokolu ## ###### 2026-cı il tarixdə tərtib etmişdir. İş materiallarında araşdırmanın bu müddət ərzində aparılmasının zəruriliyini və gecikmənin səbəblərini əsaslandıran sübut mövcud deyildir. Apellyasiya məhkəməsi iclasında səlahiyyətli orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş: - Mirzəyeva İmzalə Həsən qızının Pirallahı RPİ-yə şəxsən yazdığı ## ###### 2025-ci il tarixli izahatından görünür ki, o, izahatında “Şah şirniyyat” mağazasında 3 ildir işlədiyini, həmin gün orada bir nəfər azyaşlı uşağa 3 manat məbləğində pula pirotexniki vasitə satdığını, həmin əməlindən səmimi peşman olduğunu göstərmişdir. - Qərardan şikayət verən orqan (şəxs) İbrahim qızının Pirallahı RPİ-yə şəxsən yazdığı ## ###### 2025-ci il tarixli izahatından görünür ki, o, izahatında icarəyə götürdüyü “Şah şirniyyat” mağazasında yalnız Mirzəyeva İmzalə Həsən qızı adlı bir nəfər işçisinin 3 ildir işlədiyini, sonuncunun həmin gün orada bir nəfər azyaşlı uşağa 3 manat məbləğində pula pirotexniki vasitə satdığını göstərmişdir. - Pirallahı RPİ-nin İTŞ-nin polis sahə inspektoru, R X9 Pirallahı RPİ-nin rəisinə ünvanlandığı ## ###### 2025-ci il tarixli raportundan görünür ki, orada Qərardan şikayət verən orqan (şəxs) İbrahim qızının “Şah şirniyyat” mağazasında pirotexniki vasitələr satması və Mirzəyeva İmzalə Həsən qızını əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə cəlb etməsinin aşkar edildiyi göstərilmişdir. - Pirallahı RPİ-nin İTŞ-nin polis sahə inspektoru, R X9 Qərardan şikayət verən orqan (şəxs) İbrahim qızı barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə tərtib etdiyi ## ###### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, orada ## ###### 2025-ci il tarixdə Qərardan şikayət verən orqan (şəxs) İbrahim qızının icarəyə götürdüyü “Şah şirniyyat” mağazasında Mirzəyeva İmzalə Həsən qızını əmək müqaviləsi bağlamadan işə cəlb etməsinin müəyyən edildiyi göstərilmişdir. - Pirallahı Rayon Polis İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən R X3 qəbul etdiyi “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi haqqında” ## ###### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərardaddan görünür ki, iş üzrə inzibati xəta haqqında icraat materiallarının aidiyyəti üzrə səlahiyyətli orqana göndərilməsi qərara alınmışdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi göstərilən sənədlər, o cümlədən, səlahiyyətli orqanın tərtib etdiyi ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və qəbul etdiyi ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında müəyyən etmişdir ki, ## ###### 2025-ci il tarixdə Pirallahı RPİ-nin İTŞ-nin polis sahə inspektoru, R X9 Qərardan şikayət verən orqan (şəxs) İbrahim qızının icarəyə götürdüyü “Şah şirniyyat” mağazasında Mirzəyeva İmzalə Həsən qızının azyaşlı uşağa 3 manat məbləğində pula pirotexniki vasitə satması faktını aşkar etmiş, bununla bağlı apardığı araşdırma zamanı Qərardan şikayət verən orqan (şəxs) və İmzalə Mirzəyevanın izahatlarını alarkən onlar hər hansı təsir olmadan şəxsən yazdıqları izahatlarında həm yuxarıda göstərilən faktı, həm də İmzalə Mirzəyevanın göstərilən mağazada 3 il ərzində əmək müqaviləsi bağlanmadan işlədiyini etiraf etmişlər. Buna görə də Pirallahı RPİ toplanmış materiallar əsasında Qərardan şikayət verən orqan (şəxs) əməlində səlahiyyətli orqanın müəyyən etdiyi məzmunda Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olması barədə qənaətə gəlib, ## ###### 2025-ci il tarixdə sonuncu barəsində həmin maddə ilə tərtib etdiyi inzibati xəta haqqında protokolu toplanmış materiallarla birlikdə aidiyyəti üzrə səlahiyyətli orqana göndərmişdir. Səlahiyyətli orqan isə tərtib etdiyi ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və qəbul etdiyi ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb etmiş, bunun əsasını toplanmış inzibati xəta haqqında icraat materialı əsasında sonuncunun İmzalə Mirzəyevanı ## ###### 2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “Şah şirniyyat” mağazasında “satıcı” vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb etməsinin müəyyən edilməsi təşkil etmişdir. Birinci instansiya məhkəməsinin göstərilən sənədlərin iş materiallarına əlavə edilməsini təmin etməməsi yuxarıda gəldiyi nəticəni əsaslandırmaq üçün üçüncü abzasda qeyd edilmiş qənaətinin iş üzrə inzibati xəta haqqında icraatın təsvir edilən xronoloji ardıcıllığına zidd, bu səbəbdən əsassız olması ilə nəticələnmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq belə qənaətə gəlir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının qanuni və əsaslı qaydada müəyyən edilmiş hesab edilməsi üçün işəgötürən və işə cəlb edilmiş fiziki şəxsin verdikləri etirafedici izahatları yetərli və kifayət edən sübutlardır. Səlahiyyətli orqanın bu sahədə digər sübut növünü əldə edə bilməməsi işəgötürən və işə cəlb edilmiş fiziki şəxsin verdikləri etirafedici izahatlarının mötəbərliyini, onlar əsasında müəyyən edilmiş işin faktiki hallarının həqiqiliyini şübhə altına almır və ya istisna etmir. Qərardan şikayət verən orqan (şəxs) İbrahim qızı və Mirzəyeva İmzalə Həsən qızının Pirallahı RPİyə verdikləri ## ###### 2025-ci il tarixli izahatlarını həmin tarixdə sonuncunun bir nəfər azyaşlı uşağa pirotexniki vasitə satması faktının polis əməkdaşı tərəfindən aşkar edilməsindən sonra şəxsən yazmaları həmin izahatları hər hansı təsir olmadan, könüllü qaydada vermələrinin əsas göstəriciləridir. Digər tərəfdən, Qərardan şikayət verən orqan (şəxs) İbrahim qızı və Mirzəyeva İmzalə Həsən qızının həmin izahatlarında sonuncunun ## ###### 2025-ci il tarixdə “Şah şirniyyat” mağazasında azyaşlı uşağa pirotexniki vasitə satmasını təsdiq etmələri özü-özlüyündə İmzalə Mirzəyevanın həmin mağazada əmək müqaviləsi bağlanmadan işləməsi faktının inandırıcı, həqiqət olması barədə qənaətə gəlməyə əsas verir. Çünki məntiqi baxımdan, göstərilən tarixdə İmzalə Mirzəyeva həmin mağazada işləməsəydi, azyaşlı uşağa pirotexniki vasitə sata bilməzdi. Qərardan şikayət verən orqan (şəxs) İbrahim qızı həm birinci, həm də apellyasiya instansiya məhkəməsi iclaslarında verdiyi izahatlarında ## ###### 2025-ci il tarixdə Pirallahı RPİ-nin İTŞ-nin polis sahə inspektoru X9 ona və Mirzəyeva İmzalə Həsən qızına qanunsuz təsir etməklə onlardan etirafedici məzmunda izahatlar alması barədə özünü müdafiə etmək üçün dəlil irəli sürsə də, bu təsirin nədən ibarət olmasını göstərməmiş, həmçinin, bu təsirin edildiyini təsdiq edən hər hansı sübutu məhkəmələrə təqdim etməmişdir. Buna görə də Qərardan şikayət verən orqan (şəxs) özünü müdafiə etmək üçün irəli sürdüyü həmin dəlili sübut edə bilməmişdir. Bu səbəbdən göstərilən dəlil sonuncunun müvafiq inzibati məsuliyyətindən yayınmaq xarakterli kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin Qərardan şikayət verən orqan (şəxs) İbrahim qızı və Mirzəyeva İmzalə Həsən qızının Pirallahı RPİ-yə verdikləri ## ###### 2025-ci il tarixli izahatları iş üzrə sübut kimi qəbul etməməsi barədə gəldiyi qənaət və bununla bağlı istinad etdiyi hallar əsassızdır. Əksinə, həmin izahatlar iş üzrə mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə, iş üzrə Qərardan şikayət verən orqan (şəxs) İbrahim qızının səlahiyyətli orqanının qəbul etdiyi ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda göstərilmiş, Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özü və Mirzəyeva İmzalə Həsən qızının Pirallahı RPİ-yə şəxsən yazdıqları ## ###### 2025-ci il tarixli etirafedici izahatları və onların arasında əmək müqaviləsinin bağlanmamasının müəyyən edilməsi ilə sübuta yetirilmişdir. İş üzrə birinci instansiya məhkəməsinin bu halları nəzərə almaması, yalnız Qərardan şikayət verən orqan (şəxs) İbrahim qızının məhkəmə iclasında verdiyi, özünü müdafiə xarakteri daşıyan izahatını mötəbər hesab etməsi özü-özlüyündə iş üzrə düzgün nəticəyə gəlməməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası İXM-in: - 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. - 135.1.2-ci maddəsinə əsasən hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X5 Xidmətinin hüquq idarəsinin verdiyi şikayətin dəlilləri əsaslıdır, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarı gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasına görə qanunsuz və əsassızdır. Bu səbəbdən həmin şikayət təmin edilməli, Pirallahı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) İbrahim qızının səlahiyyətli orqanın ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.2, 135.1.2 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin hüquq idarəsinin verdiyi şikayət təmin edilsin. Pirallahı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) İbrahim qızının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2293/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2293/2026
31.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver