Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2294/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Mən, Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlu, məhkəmə iclas katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, ## ###### 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Azərbaycan Televiziya və X2 Səhmdar Cəmiyyətində sürücü vəzifəsində işləyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati həbs edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından inzibati qaydada həbs edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Materialdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən cavabdehlər “xxxx” MMC və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus olan ümumi saylı 388 qutu daxilində paltarlar, qadın aksessuarları daxil olmaqla, bijuteriya, 3 qutu ağzı bağlanmış üzərində sınan əşyalar yazılmış qablaşırılmış qadın aksessuarları, 351 ədəd böyük və kiçik projektorlar, 2 ədəd kassa, 1 ədəd dəmir seyf, 28 ədəd işlənmiş maneken və vitrin avadanlıqlarının iddiaçı Zərərçəkmiş şəxs İsa qızına məxsus “Grand Hayat” çoxmərtəbəli yaşayış kompleksinin 3-cü mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən cavabdehlərin hesablarına çıxarılması, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat məbləğində pul vəsaitinin cavabdehlər “xxxx” MMC və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müştərək qaydada tutularaq iddiaçı Zərərçəkmiş şəxs İsa qızına ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyar Babayev tərəfindən MN № ******* saylı, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edib baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı (hakim R.Cavadzadə) qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmiş, inzibati qaydada həbs müddətinin əvvəli ## #### 2026-cı il tarixdən saat 15:00-da hesablanmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, həmin qərarla və ona verilən ittihamla razı olmadığını nəzərə alaraq ona köməklik edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinə əlavə verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini və ya alternativ olaraq işə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırmışdır ki, icra sənədinin predmeti olan malların tərkibində DDT və onun metabolitlərinin mövcud olduğu, həmin maddələrin insan sağlamlığı üçün son dərəcə təhlükəli toksiki xüsusiyyətlərə malik olduğu, kanserogen, hormonal, dermatoloji, allergik, nevroloji və həzm sistemi pozğunluqları kimi ağır fəsadlar yarada biləcəyi Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditə olunmuş "CHEMLAB" laboratoriyası tərəfindən tərtib edilmiş 11 sınaq protokolu ilə təsdiq edilmişdir. İcra işi materialları ilə tanışlıq zamam müəyyən edilmişdir ki, DDT və onun metabolitlərinin mövcudluğunu əks etdirən bəzi CHEMLAB laboratoriyasının sınaq protokolları, o cümlədən №***, №*** və №*** icra işinin materiallarında olmamışdır. Nəticədə həmin sübutlar birinci instansiya məhkəməsinə təqdim edilməmiş və məhkəmə tərəfindən araşdırılmamışdır. Bu səbəbdən məhkəmə iş üzrə bütün mühüm sübutları tam həcmdə qiymətləndirmədən qərar qəbul etmişdir ki, bu da işin tam, hərtərəfli və obyektiv araşdırılması prinsipinin pozulmasına səbəb olmuşdur. icra orqanına əvvəlcədən rəsmi müraciətlər edilmişdir ##.##.2026-cı ildə Binəqədi Rayon İcra Şöbəsinə yazılı ərizə təqdim edilərək icra sənədinin predmeti olan malların DDT və onun metabolitləri ilə çirkləndiyi, bunun akkreditə olunmuş CHEMLAB laboratoriyasının smaq protokolları ilə təsdiq edildiyi göstərilmiş və "icra haqqında" Qanunun 70-4-cü maddəsinə uyğun qərar qəbul edilməsi xahiş edilmişdir. ##.##.2026-cı ildə Yasamal Rayon İcra Şöbəsinə də eyni məzmunlu ərizə təqdim edilmişdir. Hər iki ərizə qəbul olunmasına baxmayaraq: cavab verilməmişdir; 70.4-cü maddəyə əsasən qərar qəbul edilməmişdir; təqdim olunmuş sübutlar araşdırılmamışdır. Belə olan halda icra məmuru əvvəlcə "İcra haqqında" Qanunun 70.3 və 70.4-cü maddələrinin tələblərinə uyğun olaraq təqdim olunmuş müraciətləri və sübutları araşdırmalı, onların hüquqi nəticələrini qiymətləndirməli və müvafiq qərar qəbul etməli idi. Lakin bunlar edilmədən birbaşa İXM-in 528.1-ci maddəsi ile inzibati xəta haqqında protokol tərtib edilmişdir. Buna görə də "üzrsüz səbəb" elementinin mövcudluğu sübuta yetirilməmişdir. İcra məmuru təqdim edilmiş müraciətlərə baxmadan inzibati məsuliyyət tətbiq etməklə obyektiv həqiqətin müəyyən edilməsinə yönəlmiş vəzifəsini yerinə yetirməmiş, nəticədə "üzrsüz səbəb" məsələsini araşdırmadan inzibati xəta haqqında protokol tərtib etmişdir. Protokolu imzalamaqdan imtina edilməmişdir. İcra məmuruna nümayəndə Anar Qəribovun qısa müddətdə gələcəyi və protokolla tanış olduqdan sonra hüquqi qeydlərin veriləcəyi bildirilmişdir. Buna baxmayaraq nümayəndəm Anar Qəribovun gəlməsi üçün təxminən 15 dəqiqə gözlənilməsi xahiş olunsa da, icra məmuru bunu qəbul etməmiş, nümayəndənin gəlməsini gözləmədən protokol tərtib etmiş və guya protokolu imzalamaqdan imtina etdiyim barədə qeyd aparmışdır. Sonradan yazılı əlavənin qəbul olunması da imtinanın olmadığım göstərir. Protokolun tərtib edildiyi gün məhkəmə iclasının keçirilməsi, müdafiənin hazırlanması üçün kifayət qədər vaxt verilməməsi və vəkilin yalmz saat 20:00 radələrində icra işi ilə tələsik tanış olmaq imkanı əldə etməsi müdafiə hüququnun faktiki olaraq formal xarakter daşımasına səbəb olmuşdur. Məhkəmə yazılı müraciətlərə, laboratoriya protokollarına, müdafiə hüququnun pozulmasına və 'İcra haqqında' Qanunun 40,70.3,70.4 və 82.1-ci maddələrinin tətbiq edilməməsinə hüquqi qiymət verməmiş, əsaslandırılmış hüquqi mövqe göstərilməmişdir. Apellyasiya baxışı zamanı inzibati qaydada həbs olunmuş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini və ya alternativ olaraq işə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişir. Qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi və tələbkar məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə onların iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati həbs edilməsinə dair ## #### 2026-cı il tarixli, 3(5-104)-6537/2026 qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)- ***/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən cavabdehlər “xxxx” MMC və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus olan ümumi saylı 388 qutu daxilində paltarlar, qadın aksessuarları daxil olmaqla, bijuteriya, 3 qutu ağzı bağlanmış üzərində sınan əşyalar yazılmış qablaşırılmış qadın aksessuarları, 351 ədəd böyük və kiçik projektorlar, 2 ədəd kassa, 1 ədəd dəmir seyf, 28 ədəd işlənmiş maneken və vitrin avadanlıqlarının iddiaçı Zərərçəkmiş şəxs İsa qızına məxsus “Grand Hayat” çoxmərtəbəli yaşayış kompleksinin 3-cü mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən cavabdehlərin hesablarına çıxarılması, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat məbləğində pul vəsaitinincavabdehlər “xxxx” MMC və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müştərək qaydada tutularaq iddiaçı Zərərçəkmiş şəxs İsa qızına ödənilməsi qət edilmişdir. İş materiallarında olan “icraata başlamaq haqqında” ##.##.2026-cı il tarixli qərardan və sms bildirişlərdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və bildiriş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göndərilmişdir. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs istinad edilən inzibati xətaların törədilməsi barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsin izahatı, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı məhkəmə iclasında tədqiq edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı 2486079 inzibati xəta haqqında protokollrla, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilərək, inzibati qaydada tənbeh etmişdir. İnzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakteri, onun təqsirinin dərəcəsini nəzərə almış və sonuncuya törətdiyi inzibati xətalara görə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq etmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi bu hissədə də düzgün nəticəyə gəlmiş və bu qərar ədalətli olmaqla inzibati xəta törətmiş şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsinə xidmət edir. Bu səbəbdən məhkəmə birinci instansiya məhkəməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilən inzibati tənbeh növünün və bu tənbehin həddinin dəyişdirilməsi üçün, həmçinin qərarını ləğv edilməsini və inzibati xəta üzrə icraata xitam verilməsi üçün hər hansı bir əsas görmür. İnzibati xəta haqqında protokol, tərəflərin məhkəmə iclasında səsləndirdiyi izahatlarının qarşılıqlı təhlili, o cümlədən protokolun məzmunu və s. belə qənaətə gəlməyə əsas verir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan izahatı tərəfindən törədilmiş inzibati xətanı təkzib edən sübut kimi qəbul edilə bilməz. Baxılan məsələ üzrə işin bütün faktiki hallarını araşdıraraq hesab edirəm ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalarının törədilməsində təqsirliliyi tam sübuta yetirilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzbati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinə istinad etmiş olduğu dəlillər onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətindən yayınmağa cəhdi kimi qiymətləndirilməlidir. Apellyasiya şikayətinin dəlilləri müdafiə xarakterli olmaqla əsassızdır, inzibati xəta törətmiş şəxsi məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-****/**** saylı mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-2294/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2294/2026
22.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver