Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2295/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Habil Çingiz oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 iştirakı ilə, Binəqədi rayon X1 Şöbəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli, IXP ******* nömrəli “Inzibati tənbeh vermə haqqında” qərardan Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayətin qismən təmin edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)- ****/**** saylı, ## ### 2026-cı il tarixli qərarından Bakı şəhəri Binəqədi Rayon Polis Idarəsinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqdim olunmuş inzibati iş üzrə materialdan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Polis Idarəsinin 29-ci Polis Şöbəsinin sahə inspektoru, R Rafael Məmmədov tərəfindən ## #### 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Binəqədi rayon X1 Şöbəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli, IXP ******* nömrəli “Inzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət qismən təmin edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Binəqədi rayon X1ytarılmışdır. Həmin qərardan Bakı şəhəri Binəqədi Rayon Polis Idarəsinin nümayəndəsi Nümayəndə apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)- ****/**** saylı, ## ### 2026-cı il tarixli qərarın ləğv edilməsini və Binəqədi rayon X1 Şöbəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli, IXP ******* nömrəli “Inzibati tənbeh vermə haqqında” qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Polis Idarəsinin nümayəndəsi Nümayəndə Bakı Apellyasiya Məhkəməsinə elektron kabinet vasitəsilə ərizə ilə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarından verdiyi şikayətdən imtina etdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Apellyasiya instansiyası məhkəməsi şikayətə işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada baxılır. Lakin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsində şikayətdən imtina edilərkən, hakim tərəfindən hansı prosessual hərəkətlər etməsini tənzimləyən norma olmadığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair ## ###### 2016-cı il tarixli Qərarı əsas götürərək hazırkı məsələdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin normalarına istinad edilməsini düzgün hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair ## ###### 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, cinayət prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Inzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 396-cı maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Binəqədi rayon X1 Şöbəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli, IXP ******* nömrəli “Inzibati tənbeh vermə haqqında” qərardan Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayətin qismən təmin edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarından Bakı şəhəri Binəqədi Rayon Polis Idarəsi tərəfindən verilmiş şikayətdən imtinası qəbul olunmalı və şikayətə baxılmasına xitam verilməlidir. Şərh olunanları, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 396-cı maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Binəqədi rayon X1 Şöbəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli, IXP ******* nömrəli “Inzibati tənbeh vermə haqqında” qərardan Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayətin qismən təmin edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)- ****/**** saylı, ## ### 2026-cı il tarixli qərarından Bakı şəhəri Binəqədi Rayon Polis Idarəsinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətdən imtinası qəbul edilsin və şikayətə baxılmasına xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir, ondan şikayət verilə bilməz. Hakim: Habil Məmmədov
Məhkəmə qərarları › İş №3(3-6)-2295/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2295/2026
31.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver