Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2297/2026 23.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, ##.##.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, taksi fəaliyyəti ilə məşğul olan, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda barəsində “həbs” növündə qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etmiş, bundan başqa Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 16 radələrində Maştağa qəsəbəsi, Xanlar küçəsində polis əməkdaşının şəxsiyyəti müəyyən etmək barədə suallarına aqresiv cavab vermiş, polisə tabesizlik nümayiş etdirmişdir. Buna görə barəsində AR İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinin polis sahə inspektoru, R X2 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokollar tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati həbsin əvvəli ##.##.2026-cı il tarixdən hesablanmışdır. Həmin qərarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından inzibati tənbeh almış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verərək, qərarın nəticə hissəsindən “ərazi narkoloji dispanserində qeydiyyata alınsın” ifadəsinin tamamilə çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli, **** saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlama rəyində birmənalı, rəsmi və qəti olaraq qeyd edilmişdir ki, mən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmirəm və mənim narkomaniyadan məcburi müalicəyə ehtiyacım yoxdur. Həmin həkim-ekspert rəyinin sonunda sadəcə tibbi xarakterli bir tövsiyyə (məsləhət) olaraq "ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür" ifadəsi işlədilmişdir. Bu qeyd müalicə edən həkimlərin sadəcə proflaktik tövsiyyəsidir. Lakin, ilkin instansiya məhkəməsi bu qeydi heç bir hüquqi zərurət olmadan, birbaşa məhkəmə qərarının nəticə hissəsinə daxil etmişdir. Məhkəmə qərarında "məcburi" sözü yazılmasa belə, bu qeydin rəsmi məhkəmə qərarının nəticə hissəsində yer alması icra və nəzarət orqanları (polis, dispanser və s.) tərəfindən gələcəkdə hüquqlarımı məhdudlaşdıran rəsmi bir narkoloji qeydiyyat faktı kimi tətbiq olunacaqdır. Narkomaniya xəstəsi olmayan, narkotik vasitələrdən asılılığı tapılmayan bir şəxsin rəsmi məhkəmə qərarı ilə dispanserdə qeydiyyata yönləndirilməsi qanunsuzdur. Məhkəmə sırf tibbi tövsiyəni qərara köçürməklə mahiyyətcə mənə qarşı əsassız qeydiyyat və nəzarət mexanizimi formalaşdırmış, Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan şəxsi həyatın toxunulmazlığı hüququmu zədələmişdir. Azərbaycan Republikası İXM-nin tələblərinə görə, məhkəmə qərarı qanuni, əsaslı olmalı və yalnız iş üzrə sübutlara söykənməlidir. Rəsmi tibbi rəydə xəstə olmadığı təsdiq edildiyi halda, qərarda dispanserdə qeydiyyat qeydinin qalması ədalətsizdir. Məhkəmə iclasında iştirak edən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdirlər. Apellyasiya instansiyası məhkəməsi şikayətə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati qaydada həbs edilməsinə dair ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən, qüvvəsində saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, şikayətdən göründüyü kimi, inzibati həbs növündə tənbeh tədbiri mübahisələndirlməmiş, şikayətin əsas dəlilləri narkoloji dispanserində qeydiyyata alınma ilə bağlı olmuşdur. Apellyasiya qaydasında verilmiş şikayətin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi bu hissədə ədalətli qərar qəbul etmişdir və qərarın dəyişdirilməsi üçün heç bir əsas müəyyən edilmir. Belə ki, ##.##.2026-cı il tarixli, **** saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sidik nümunəsində MOP (+), MET (+) aşkar olunur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2297/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2297/2026
23.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver