Məhkəmə qərarları › İş №3(3-6)-2298/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2298/2026

22.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2298/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Habil Çingiz oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, zərərçəkmiş şəxs (tələbkar) X4 nümayəndəsi Vəkil iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından zərərçəkmiş şəxs (tələbkar) X4 nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon Icra Şöbəsi tərəfindən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində protokol tərtib edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ### 2022-ci il tarixli və *(***)-***/**** saylı, ## #### 2025ci il tarixli icra sənədini üzrlü səbəb olmadan icra etmədiyinə görə onun Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati həbs edilmişdir. Qərardan narazı qalan zərərçəkmiş şəxs (tələbkar) X4 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilən inzibati həbsin müddətinin 30 (otuz) günə qədər artırılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ### 2022-ci il tarixli və *(***)-***/**** saylı, ## #### 2025ci il tarixli icra sənədləri üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra məmurunun tələblərinə zidd olaraq icra şöbəsinə gəlməkdən və yaranmış 11.870 (on bir min səkkiz yüz yetmiş) manat alimenti ödəməkdən boyun qaçırdığına görə axtarışa verilmişdir. Düz 2 (iki) il bu insan polisin axtarışında olub və alimenti ödəməmək və məsuliyyətdən yayınmaq üçün polis və icra xidmətindən gizlənib. Iki ildən sonra isə yaranmış aliment borcunu tam şəkildə ödəmədiyi halda ona sadəcə olaraq 8 gün müddətinə inzibati həbs edilməsi nəinki qanunsuz eləcədə ədalətsizdir. Necə ola bilərki, dövlət adından məhkəmə tərəfindən çıxarılmış iki qətnamə qərəzli şəkildə icra olunmaya, icra sənədi üzrə borclu iki il axtarışda ola, nə polisi nədəki icra məmurunun qanununi tələblərinə məhəl qoymaya axırdada sadəcə 8 gün müddətinə inzibati qaydada həbs edilə. Həmçinin qeyd edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əvvəllərdə bir neçə dəfə tələbkara olan aliment borcunu ödəmədiyi üçün icra məmuru tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə barəsində inzibati protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib və hər dəfəsində ən azından 15 (on beş) gün müddətinə həbs edilib. Hətta qərəzli olaraq məhkəmə qətnaməsini icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi açılaraq təqsirləndirilən şəxs kimi cəlb edilib və barəsində hökm çıxarılıb. Deyilənlərin doğru olmasını sübut etmək üçün EMIS Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əvvəllər tələbkara olan aliment borcunu ödəmədiyi üçün neçə dəfə məsuliyyətə cəlb edildiyinin əyani şahidi olarsız. Indi necə ola bilərki, belə bir yaramaz insan öz balasına alimenti ödəməsin və bir tək polisin və icra məmurunun səyləri nəticəsində 2 (iki) il fərari kimi gizləndikdən sonra tapılıb məhkəməyə çıxarılsın və öz aləmində həbsdən yaxa qurtarmağı üçün məhkəmədə ona sadəcə 1.000 (bir min) manat ödəniş etdiyi üçün onun barəsində sadəcə 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsi barədə qərar çıxarılsın. Onu da qeyd edir ki, icra sənədi üzrə borclu alimenti ödəmək üçün istənilən qədər pul vəsaitinə malikdir. Hesab edir ki, 8 (səkkiz) gün həbsin seçilməsi onun üçün çox böyük humanistlikdi. O insan buna layiq deyil. Artıq 4 ildir ki, o, öz balalarını görməkdən imtina edib. Tələbkar 2 oğlan uşağını tək tənha böyüdür. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) X4 nümayəndəsi Vəkil şikayətin dəlillərini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının tənbeh hissəsində dəyişdirilərək, borclu barəsində 01 (bir) ay müddətinə inzibati həbs tətbiq olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Işə baxılması ilə əlaqədar zərərçəkmiş şəxs (tələbkar) X4 və Bakı şəhəri Suraxanı Rayon Icra Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə vaxtında məlumat verilməsinə baxmayaraq, zərərçəkmiş şəxs (tələbkar) X4 və Bakı şəhəri Suraxanı Rayon Icra Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə tərəflərin razılığı ilə işə zərərçəkmiş şəxs (tələbkar) X4 və Bakı şəhəri Suraxanı Rayon Icra Şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçılarını dinləyərək, hesab edir ki, verilmiş şikayət təmin edilməməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati qaydada həbs edilməsinə dair *(*- ***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Icra Şöbəsindən daxil olmuş ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ### 2022-ci il tarixli və *(***)-***/**** saylı, ## #### 2025-ci il tarixli sənədlər üzrə aliment ödəmir. Borc 11.780 (on bir min yeddi yüz səksən) manat təşkil edir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Iş materiallarında olan Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ### 2022-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Vagif oğlundan ## ###### 2022-ci il tarixdən hesablanmaqla birgə nikahdan doğulmuş ## #### 2013-cü il təvəllüdlü X2 və ## #### 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 193 (yüz doxsan üç) manat olmaqla cəmi 386 (üç yüz səksən altı) manat məbləğində aliment tutularaq iddiaçı X5 ödənilməsi müəyyən edilmişdir. Iş materiallarında olan Icraata başlama haqqında ## ### 2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ### 2022-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göndərilmişdir. Iş materiallarında olan Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2025-ci il tarixli qərardadından görünür ki, ##.##.2013-cü il təvəllüdlü X2 və ## #### 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ### 2022-ci il tarixli qətnaməsi əsasında tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində indeksasiya edilməklə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tutularaq X4 ödənilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 528.1-ci maddəsinin sanksiyasına görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Tələbkar tərəf şikayətdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində daha çox müddətə inzibati həbsin tətbiq edilməsini xahiş etsə də, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi işdə iştirak edən şəxslərin ifadələrini və digər sübutlara əsaslanaraq inzibati xəta hadisəsinin törədilməsini düzgün olaraq sübuta yetirilməsi qənaətinə gəlmiş, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirilən halların olmamasını, protokoldan əvvəl aliment borcundan 1.000 (bir min) manat ödəməsini, məhkəmə iclasında 1.000 (bir min) manat ödəməyə cəhd etməsini və zərərçəkmiş şəxsin pulu qəbul etməkdən imtina etməsini nəzərə alaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ədalətli və tənbehin məqsədlərinə nail olan həddə tənbeh tədbirini seçmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılan şəxsin şəxsiyyəti nəzərə alındıqda iş üzrə inzibati həbsin müddətinin artırılması üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Zərərçəkmiş şəxs (tələbkar) X4 nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı verilmiş zərərçəkmiş şəxs (tələbkar) X4 nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar