Məhkəmə qərarları › İş №3(3-6)-2299/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2299/2026

31.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2299/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin etibarnamə üzrə nümayəndəsi nümayəndə1 iştirakları ilə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin TP ******* nömrəli, ## ##### 2026-cı il tarixli İnzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən Qərardan şikayət verən orqan (şəxs) İsrafil oğlu tərəfindən verilmiş şikayətin təmin edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarından qərarından Bakı şəhər Baş Polis İdarəsi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən Qərardan şikayət verən orqan (şəxs) İsrafil oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, DİN Baş Dövlət Yol Polisi İdarəsinin TP ******* nömrəli, ## ##### 2026-cı il tarixli İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində minik avtomobillerin dayanması üçün nəzərdə tutulan ödənişli parking xidmətindən istifadə edərək idarə etdiyi **-NJ-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAI ELANTRA” markalı minik avtomobilini həmin yerde park etmişdir. Bir müddət keçdikdən sonra qeyd edilən ünvanda, qeyd edilən park yerindən hərəkət edib avtobus zolağının üstündə nəzərdə tutulan qırıq xətti keçib minik avtomobillərinin hərəkəti üçün nəzərdə tutulan ümumi yola daxil olmuş, həmin ərazini tərk etmişdir. ##.##.2026-cı il tarixdə bu barədə telefonunda olan SMS Radar mobil tətbiqə cərimə olunduğuna dair barəsində IXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Lakin bununla bağlı hər hansı video görüntü əlavə edilməmişdir. ##.##.2026- cı il tarixdə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi ilə bağlı IXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qərar qəbul edilərək, 100 manat cərimə ve 2 cərimə balı ilə cərimələnmiş, barəsində mobil tətbiqə bildiriş gəlmişdir. Bakı şəhəri, Xətai rayonu, Xocalıprospektində hər hansı Yol nəqliyyat hadisəsi ilə əlaqədar pozuntuya yol verməmişdir. Belə ki, həmin ərazidə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 5.9, 5.10.1- 5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı minik avtomobillərin dayanması üçün nəzərdə tutulan ödənişli parkingə bitişik olmuşdur. Qanunda da nəzərdə tutulmuş istisna hallara görə həmin zolağa daxil olmadan ümumi istifadədə olan avtomobil yoluna daxil olmaq mümkün deyil. Bununla bağlı müraciətlərinə baxmayaraq həmin ehtimal edilen pozuntuya dair nə video görüntü təqdim edilmiş, nə də mobil tətbiqdə yüklənmişdir. Həqiqətən də inzibati xəta pozuntusu varsa bununla bağlı fotoşəkillər və ya video görüntü təqdim edilməli, ya da ödənişli qeydiyyatdan keçdiyi mobil tətbiqə bu barədə qeyd daxil olmalı idi. Həmin ərazidə park dayanacaqdan hərəkət edib avtobus zolağının üstündən qısa hərəkətlə ümumi istifadədə olan avtomobil yoluna daxil olmuşdur. Odur ki, qərarın ləğv edilib, icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı ilə şikayəti təmin edilərək Azərbaycan Respublikası DİN Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin TP ******* nömrəli, ## ##### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və Qərardan şikayət verən orqan (şəxs) İsrafil oğlu barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarından narazı qalan Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin rəisi apellyasiya qaydasında şikayət verərək, həmin qərarın ləğv edilməsini, Qərardan şikayət verən orqan (şəxs) İsrafil oğlu barəsində qəbul edilmiş inzibati tənbehvermə haqqında qərarı qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, İş materiallarında mövcud olan videogörüntüdən aydın görünür ki, nəqliyyat vasitəsi ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağa daxil olmuş və həmin zolaqda hərəkət etmişdir. Qırıq-xəttin mövcudluğu avtomatik olaraq həmin zolaqda hərəkətin tam sərbəst olmasını nəzərdə tutmur və qanunla qadağan olunmuş hərəkəti istisna etmir. Hakim tərəfindən “hərəkət sıxlığı” və “tez çıxma zərurəti” əsas götürülərək son zərurət vəziyyəti kimi qiymətləndirmə aparılmışdır. Lakin yol hərəkətinin sıxlığı inzibati məsuliyyəti istisna edən hal deyil, nəqliyyat vasitəsinin avtobus zolağında hərəkəti alternativ manevrlə də mümkündür, AR İXM-in 19-cu maddəsinin tətbiqi üçün “qaçılmaz təhlükə” mövcud olmamışdır. Hakim tərəfindən çıxarılan nəticə işin faktiki hallarına uyğun olmamış, sübutlar natamam və birtərəfli qiymətləndirilmişdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin IV-cü hissəsinə əsasən 5.9,5.10.1—5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıqqırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bələrlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 81-ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Göründüyü kimi işə baxmış hakim bu halları nəzərə almadan işə mahiyyəti üzrə baxıb heç bir əsaslandırma aparmadan iş üzrə icraata xitam üçün əsaslar olmadığı halda qanunsuz və əsassız qərar qəbul etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bununla bağlı birinci instansiya məhkəməsinin hakimi iş üzrə gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, həmçinin iş üçün əhəmiyyətli olan halları araşdırıb hüquqi qiymət verməmişdir. İnzibati iş üzrə şikayətin apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) İsrafil oğlu məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfin razılığı ilə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin etibarnamə üzrə nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsinə videogörüntüləri təqdim etmişlər. Qayda pozuntusu aydın şəkildə görünür. Hakim tərəfindən “hərəkət sıxlığı” və “tez çıxma zərurəti” əsas götürülərək son zərurət vəziyyəti kimi qiymətləndirmə aparılmışdır. Lakin yol hərəkətinin sıxlığı inzibati məsuliyyəti istisna edən hal deyil, nəqliyyat vasitəsinin avtobus zolağında hərəkəti alternativ manevrlə də mümkündür. Şəxs çıxanda sıxlığın bitməyini gözləməli idi. Qırıq xətdən çıxmaq əvəzinə düz gedir. Odur ki, məhkəmədən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçısının fikirlərini dinləyib hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)- ****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan DİN Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin TP ******* nömrəli, ## ##### 2026-cı il tarixli nömrəli İnzibati tənbeh vermə haqqında elektron qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) İsrafil oğlu idarə etdiyi **-NJ- *** dövlət qeydiyyat nişanlı, “HYUNDAI ELANTRA” markalı nəqliyyat vasitəsi ilə ##.##.2026-cı il tarixdə, saat 16:30-da, Xocalı prospektində 327.1- 1, 5.9, 5.10.1 – 5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən təqdim edilmiş videogörüntüdən görünür ki, “HYUNDAI ELANTRA” markalı avtomobil ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağında yolun sağından sola doğru hərəkət edərək, həmin zolağın sol hissəsindəki qırıq-qırıq xəttdən zolağı tərk etmək istiqamətini tutsa da, hərəkət axınının sıx olması və arxa hissədən ümumi istifadədə olan nəqliyyat vasitəsinin yaxınlaşması müşahidə edilir. Şikayət ərizəsinə əlavə edilmiş “AzParking” sistemindən çıxarışdan görünür ki, 90- NJ947 dövlət qeydiyyat nişanlı, “HYUNDAI ELANTRA” markalı avtomobil ##.##.2026-cı il tarixdə, saat 16:15:09-dan 16:29:34-dək Xocalı prospekti-10140 parklanma məntəqəsində olmuşdur. Yol hərəkəti haqqında AR Qanununun 48-ci maddəsinin IV bəndinə əsasən, 5.9, 5.10.1—5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bələrlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə - yüz manat məbləğində cərimə edilir. Birinci instansiya məhkəməsinin hakimi mübahisələndirilən qərarla hesab etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) İsrafil oğlu **-NJ-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAI ELANTRA” markalı avtomobili idarə edən zaman onun hərəkətləri Yol hərəkəti haqqında AR Qanununun 48-ci maddəsinin IV bəndinə uyğun olmuş, belə ki, o, parklanma məntəqəsindən yola daxil olarkən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağına daxil olmuş, həmin zolaqdan sol istiqamətdə çıxmasına isə yolun hərəkət iştirakçılarının sıxlığı mane olmuş və o, hərəkət zolağını tez bir zamanda boşaltmaq üçün düzünə bir neçə metr hərəkət edərək, yenidən qırıq-qırıq xəttdən zolağı tərk etmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hakiminin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə gəldiyi nəticəni materialda olan sənədlərə, habelə qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün apellyasiya instansiyası məhkəməsi də onunla razılaşır və qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Odur ki, İnzibati xəta haqqında materialı araşdırıb məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin hakimi Qərardan şikayət verən orqan (şəxs) İsrafil oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə *(*-**)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaqla, düzgün, qanuni və əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Belə olan halda məhkəmə hesab edir ki, iş materiallarında Qərardan şikayət verən orqan (şəxs) İsrafil oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin TP ******* nömrəli, ## ##### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın əsaslı olmasını təsdiq edən mötəbər sübutlar mövcud deyil. Göstərilənləri nəzərə alaraq şəxsin inzibati xəta törətməsini sübut etmək, qərarı qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, birinci instansiya məhkəməsinin qənaətini düzgün hesab edirəm. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-8.3-cü maddəsində deyilir: barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin *(*-**)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Bakı şəhəri BPİ-nin Dövlət Yol Polis İdarəsinin rəisi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin TP ******* nömrəli, ## ##### 2026-cı il tarixli İnzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən Qərardan şikayət verən orqan (şəxs) İsrafil oğlu tərəfindən verilmiş şikayətin təmin edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar