Məhkəmə qərarları › İş №3(3-6)-2300/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2300/2026

03.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2300/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, X4 Oruc qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri nümayəndə1 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Açıq Səhmdar Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılaraq MÜƏYYƏN EDİLDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində İXM-in 233.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Açıq Səhmdar Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinin tərkibi olmadığından barəsində MN seriyalı ******* nömrəli, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış iş üzrə icraata xitam verilmişdir. Qərardan narazı qalan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi apellyasiya qaydasında şikayət verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Açıq Səhmdar Cəmiyyətinin inzibati məsuliyyətə cəlb olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərarı qanunvericilik normaları düzgün tətbiq edilmədən qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə şikayətlə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət aşağıda göstərilən əsaslara görə əsassız olduğundan təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında MN seriyalı ******* nömrəli, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, ##.##.2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Açıq Səhmdar Cəmiyyətinə aid *** saylı qazanxananın fəaliyyəti zamanı atmosfer havasına atılan zərərli qaz qarışıqlarının miqdarı normadan artıq olmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş ****** nömrəli ## #### 2026cı il tarixli aktdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsində yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Açıq Səhmdar Cəmiyyətinə məxsus *** saylı qazanxananın ətraf ərazisində “SKY-2000-R5” səyyar cihazı vasitəsi ilə ölçmə aparılmışdır. Ölçmənin nəticəsinə əsasən dəm qazının miqdarı 8.6 qram ekvivalent bölünmüş kub metr olmuşdur (norma 5 mq/metr kubu). Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Açıq Səhmdar Cəmiyyətinə Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə ## ###### 2024-cü il tarixli icazə verilmişdir. İcazənin qüvvədə olma müddəti 3 il nəzərdə tutulmuşdur. Belə ki Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş ****** nömrəli ## #### 2026-cı il tarixli aktdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsində yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Açıq Səhmdar Cəmiyyətinə məxsus *** saylı qazanxananın ətrafərazisində “SKY-2000-R5” səyyar cihazı vasitəsi ilə ölçmə aparılmışdır. Ölçmənin nəticəsinə əsasən dəm qazının miqdarı 8.6 qram ekvivalent bölünmüş kub metr olmuşdur (norma 5 mq/metr kubu). *** saylı qazanxanada ölçmə düzgün aparılmadığı müəyyən edilmişdir. Ölçmədə cəmiyyətin nümayəndəsinin iştirakı təmin olunmamışdır. İş materiallarına əlavə edilmiş foto-şəkillərdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Açıq Səhmdar Cəmiyyətinin çirklənmə mənbəyi tüstü borusunun çıxış nöqtəsi göstərilməmişdir. Ölçmə qazanxananın ətrafı və ətraf ərazidə aparılmışdır. Ölçmələr bir neçə dəfə aparılmalı və orta göstərici götürülməlidir. Ani ölçmə zamanı havanın tərkibində olan karbon emissiyasının miqdarı müxtəlif səbəblərə görə (hava şəraiti) dəyişə bilər. Ölçmə zamanı havada karbon qazının konsantrasiyasının miqdarı 8.6 qram ekvivalent bölünmüş kub metr olmuşdur. 5 milli qram ekvivalent hər kub metrə görə orta göstərici hesab olunur. Atmosferdə olan konsentrasiyanın artması-azalmasına görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Açıq Səhmdar Cəmiyyəti cavabdeh deyil. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Açıq Səhmdar Cəmiyyəti tüstü borusunun çıxışından atılan tüstü qazlarının miqdarına görə məsuliyyət daşıyır. Ölçmənin metodu düzgün seçilməmiş, bu səbəbdən ölçmə yalnış aparılmışdır.. Azərbaycan Respublikası İXM-in 233.1-ci maddəsinə əsasən icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.. Azərbaycan Respublikası İXM-in 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5- 1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-in 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibatı xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 135-ci maddələri rəhbər tutularaq QƏRARA ALINDI: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Açıq Səhmdar Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Ramin Qaraqurbanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar