Məhkəmə qərarları › İş №3(3-6)-2301/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2301/2026

31.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2301/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi İdrisli Jalə Qalib qızı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (bundan sonra – səlahiyyətli orqan) nümayəndəsi nümayəndə2 iştirakları ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından səlahiyyətli orqanın verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Səlahiyyətli orqanın qəbul etdiyi ## ##### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli qərarla Qərardan şikayət verən orqan (şəxs) ## #### 2026-cı il tarix, saat 17:43-də “Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 2” ərazisində idarə etdiyi “Haval Jolion minik” markalı, **-EG- *** dövlət qeydiyyat nişanlı avtomobillə (bundan sonra – həmin avtomobil) yolayrıcını keçmə qaydalarını pozmasının müəyyən edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası İXM-in) 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 100 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X2) Qərardan şikayət verən orqan (şəxs) verdiyi müvafiq şikayət təmin edilmiş, səlahiyyətli orqanın qəbul etdiyi, yuxarıda göstərilmiş qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Səlahiyyətli orqan həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsini və özünün qəbul etdiyi ## ###### 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, səlahiyyətli orqanın əməkdaşının xidməti vəzifələrinin icrası zamanı iş üzrə inzibati xətanın baş verməsini birbaşa müşahidə etməsi, bu barədə inzibati xəta haqqında protokol tərtib etməsi inzibati xətanın mövcudluğunu təsdiq edir. Bunun üçün videogörüntünün olması zərurəti deyil, onun olmaması özü-özlüyündə inzibati xətanın baş verməməsi anlamına gəlmir. Birinci instansiya məhkəməsi bu halları nəzərə almadığına görə düzgün olmayan nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi iclasında səlahiyyətli orqanın nümayəndəsi nümayəndə2 səlahiyyətli orqanın şikayətinin dəlillərinə uyğun izahat verib, onun təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasına Qərardan şikayət verən orqan (şəxs) vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın verdiyi şikayətə Qərardan şikayət verən orqan (şəxs) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində yolayrıcını keçmə qaydalarının pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi səlahiyyətli orqanın ## #### 2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- **)-****/**** nömrəli qərarı ilə ləğv edilib, iş materiallarının yenidən baxılması üçün ona göndərilməsindən sonra da inzibati xəta hadisəsinin təhlükəsiz şəhər kameralarının mövcud olduğu “Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 2” ərazisində baş verməsini iddia etdiyi halda, işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə inzibati xətanın baş verməsini obyektiv qaydada təsdiq edəcək mötəbər sübut olan video və ya fotogörüntüləri əldə edib lazımi araşdırma aparmaması barədə qənaətinə gəlib, müvafiq nəticəyə gələrkən haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi bu barədə nəticəyə gələrkən, səlahiyyətli orqanın nümayəndəsinin də apellyasiya məhkəməsi iclasında iş üzrə inzibati xəta hadisəsinin baş verməsini təsdiq edəcək video və ya fotogörüntüləri təqdim edə bilməməsinə əsaslanır. Buna görə də iş üzrə səlahiyyətli orqanın qəbul etdiyi ## ##### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli qərar və verdiyi şikayətin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar qanuni və əsaslıdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, səlahiyyətli orqanın verdiyi şikayət təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar