Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2302/2026 21.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Murad Akif oğlu, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin «xxxx” MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib tənbeh tədbiri tətbiq edilməsinə dair ##.##.2026-cı il tarixli qərarından MMC tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən “xxxx” MMC barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə ## ### 2026- cı il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Inzibati xəta haqqında protokoldan görünür ki, “xxxx” MMC tərəfindən 47.704,80 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə ## ##### 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 16237.62 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə «xxxx” MMC IXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 16.237,62 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi həddində, yəni, 3.247,524 (üç min iki yüz qırx yeddi dollar, beş yüz iyirmi dörd sent) ABŞ dolları məbləğində (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi manat məzənnəsinə uyğun olaraq) inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx” MMC şikayət verilərək Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş edilmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, qalan 31.467,18 ABŞ dolları məbləği isə heç bir xəta predmetinə daxil edilməmiş, belə ki, həmin hissə üzrə malların çatdırılması prosesi qanunvericiliklə müəyyən edilmiş müddət daxilində davam etmiş və nəticədə icra olunmuşdur. Bu onu göstərir ki, “xxxx ” MMC-nin əməlində sistemli və ya qəsdən vəsaitin ölkəyə qaytarılmasından yayınma niyyəti olmamış, yalnız obyekiv səbəblərdən qismən gecikmə baş vermiş, malların istehsalında problem yaranmışdır. Qarşı şirkətin ölkəsində xammalın tapılmasının çətinləşməsi səbəbi ilə qalan mallar hazırkı vaxta qədər göndərilməmişdir. Lakin bu günə qədər davam edən tərəflər arasındakı danışıqlara və bir sıra yazışmalara əsasən şirkət yaxın zamanda qalan malları tədarük edərək göndərəcəyini bildirmişdir. Qanunvericiliyə əsasən, “müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər". Belə ki, məhkəmə qərarında 16.237,62 ABŞ dolları məbləğində valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi və ya valyuta vəsaitinin xaricdən geri qaytarılmamasının hər hansı fors major, qəza, gömrük nəzarəti baxışının keçirilməsi və s. kimi hallarla əlaqədar olmadığı nəticəsinə gəlmişdir. Lakin, məhkəmə qanunvericilikdə öz əksini tapmış malların istehsal olunması və çatdırılmasının Qaydalarla müəyyən edilmiş müddətdən daha çox zaman tələb etməsi faktı ilə əlaqədar yaranan mövcud vəziyyətlə bağlı yanlış mövqedə olmuşdur. Malların (xidmətlərin) 16.237,62 ABŞ dolları məbləğində hissəsinin idxal edilməməsinin/geri qaytarılmamasının konkret səbəbləri araşdırılmamışdır — xüsusilə xarici kontragentlə bağlanmış müqavilənin şərtləri, kontragentin öhdəliklərini yerinə yetirib- yetirməməsi halları məhkəmə tərəfindən tədqiq edilməmişdir. 2) Şirkətin məsuliyyətini yüngülləşdirə biləcək hallar (məsələn, pozuntunun ilk dəfə baş verməsi, əməliyyatın qismən icra olunması, bankla və Mərkəzi Bankla əməkdaşlıq) araşdırılmamışdır. 3) Gecikmənin fors- ırıajor, gömrük nəzarəti və ya digər obyektiv maneə ilə əlaqəli olub-olmaması barədə heç bir sorğu və ya araşdırma aparılmamışdır. Məhkəmə “xxxx ” MMCnin təqsirli olduğunu, işdə heç bir fors-major, qəza və ya digər iizürlü səbəbin olmadığını yalnız protokol və bank məktubuna əsasən, bu barədə şirkətdən əlavə izahat və ya sənəd tələb etmədən müəyyən etmişdir. Bu nəticə kifayət qədər sübutlarla təsdiqlənməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati orqana məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Məhkəmə şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin «xxxx” MMC-in IXM-nin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə tətbiq edilməsinə dair ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası IXM-in 75,76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq izahatı və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək «xxxx” MMC-ni tənbeh etmişdir. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir. Iş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, «xxxx» ASC vasitəsilə 47.704,80 (qırx yeddi min yeddi yüz dörd tam yüzdə səksən) ABŞ dolları məbləğində pul vəsaiti “xxxx” MMC tərəfindən avans olaraq ölkə xaricinə köçürülmüşdür. «xxxx» ASC-nin ##.##.2026-cı il tarixli məktubunun surətindən görünür ki, hüquqi şəxs “xxxx” MMC tərəfindən “Azərbaycan Respublikası rezidentlərinin və qeyrirezidentlərin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödənişlər aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq maların ölkəyə idxalını təsdiq edən gömrük bəyənnaməsi və ya xidmətlərin göstərilməsi təsdiq edən sənəd banka təqdim edilməmişdir. IXM-in: 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Mərkəzi X1 ##.##.2016-cı il tarixli, **/* saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Şikayət müəllifi apellyasiya şikayətinin dəlili qismində hazırkı inzibati xətanın törədilməsində hüquqi şəxsin təqsirinin olmadığını bildirilmişdir. Məhkəmə şikayətin həmin dəlilini əsaslı hesab etmir. Belə ki, 16.237,62 ABŞ dolları məbləğində valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi və ya valyuta vəsaitinin xaricdən geri qaytarılmaması hər hansı fors major, qəza, gömrük nəzarəti, baxışının keçirilməsi və s. kimi hallarla əlaqədar baş verməmişdir. Məhkəmə nəzərə alır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı apellyasiya instansiya məhkəməsində təmin edilmiş, tərtib edilmiş protokolla bağlı onun izahatı alınmış, inzibati xətanın törədilməməsini təsdiq edən sübutlar mövcud olduğu təqdirdə təqdim etmək imkanları yaradılmışdır. Lakin hüquqi şəxsin nümayəndəsi tərəfindən 16.237,62 ABŞ dolları məbləğində valyuta vəsaitinin müqabilində müvafiq malların idxal edilməsi və ya valyuta vəsaitinin xaricdən geri qaytarılmasına dair hər hansı sənəd təqdim edilməmişdir. Beləliklə, iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi «xxxx” MMC barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq hüquqi şəxsi IXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş və barəsində inzibati cərimə tətbiq etmişdir. Inzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, «xxxx” MMC-in törətdiyi inzibati xətaya görə IXM-in 430.4-cü maddəsində nəzərdə tutulan növdə və həddə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Odur ki, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq Qərara aldı: Apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin «xxxx” MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək inzibati qaydada cərimə edilməsinə dair ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2302/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2302/2026
21.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver