Məhkəmə qərarları › İş №3(3-6)-2303/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2303/2026

31.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2303/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi və məruzəsi, Məhkəmə iclas katibi Mirəlizadə Şəhriyar Rövşən oğlunun katibliyi, Şikayət verən şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhər X1 Idarəsi tərəfindən tərtib olunmuş TP ******* saylı, ## ###### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi haqqında şikayətinin təmin qismən təmin edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhər X1 Idarəsi tərəfindən tərtib olunmuş TP ******* saylı, ## ###### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, protokolda göstərildiyi kimi dayanma-durma qaydalarını pozmuşdur. Həmin qayda pozuntusuna görə hamıya 20 manat cərimə gəlir, lakin ona 80 manat cərimə yazılmışdır. 20 manat gələn cərimələrin nümunəsi onda var. Bu qayda pozuntusuna görə vahid cərimə olmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhər X1 Idarəsi tərəfindən tərtib olunmuş TP ******* saylı, ## ###### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi haqqında şikayət ərizəsi qismən təmin edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X1 Idarəsinə göndərilmişdir. Həmin qərardan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin ##.##.2026 tarixli qərarı ilə iş üzrə qərar ləğv edilmiş və işə yenidən baxılması üçün aidiyyəti yol polisi orqanına göndərilmişdir Lakin, yol polisi orqanı cəriməni artıq ödədiyini əsas gətirərək işə yenidən baxmaqdan imtina edir. Bildirir ki, cərimənin ödənilməsi məhkəmə qərarının icra edilməməsi üçün əsas ola bilməz. Məhkəmənin qərarı qüvvədədir və müvafiq orqan tərəfindən icra olunmalıdır. Bu səbəbdən hesab edir ki, yol polisi orqanının hərəkətsizliyi qanunsuzdur və hüquqlarımı pozur. Qeyd olunanlara əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)- ****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını və iş üzrə icraata xitm verilməsini xahiş etdi. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhər X1 Idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, belə hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Ilk növbədə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X1 Idarəsi tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh verilməsi barədə qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 16:28-də Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 28 ərazisində “Changan Qiyuan A07 Plug-IN Hibrid minik” markalı **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 80 manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə hesab etmişdir ki, Bakı şəhər X1 Idarəsi tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli, TP ******* saylı qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 16:28-də Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 28 ərazisində “Changan Qiyuan A07 Plug-IN Hibrid minik” markalı 77-TV463 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə Azərbaycan Respublikası IXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 80 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Lakin törədilmiş əməlin IXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı deyil, IXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı yaratması müəyyən olunmamışdır. Inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən, Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə- səksən manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 124.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 346.1, 346.2 və ya 346.4–346.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır və nəqliyyat vasitəsi ən yaxın mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda” nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. Inzibati tənbeh vermə haqqında qərar bu Məcəllənin 124.4-cü maddəsində nəzərdə tutulmuş qaydada operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir. Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin # #### 2018-ci il tarixli, *** nömrəli fərmanından görünür ki, Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması, yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi və müasir informasiya texnologiyalarından istifadə edilməklə həyata keçirilməsi məqsədilə Bakı Nəqliyyat Agentliyinin Bakı şəhərinin inzibati ərazisində parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron qərarların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasını təmin etməsi və Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi ilə birlikdə həmin xüsusi texniki vasitələrin Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Bakı şəhər X1 Idarəsinin mərkəzi informasiya sisteminə intTPrasiya olunmasını təmin etməsi qərara alınmışdır. Qeyd olunan xüsusatlara əsasən birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prossesual hüquq normalarının tələbləri baxımından əsaslı hesab edirəm. Odur ki, qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edərək məhkəmə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin - 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. - 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Apellyasiya şikayətində şikayətçi inzibati xəta haqqında qərarın əsaslılığını mübahisələndirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə bu dəlillə razılaşmır. Belə ki, iş matarialına əlavə edilmiş fotoşəkildən də Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2026-cı il tarixdə, saat 16:28-də Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 28 ərazisində idarə etdiyi “Changan Qiyuan A07 Plug-IN Hibrid” minik markalı, 77-TV463 dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətsiz vəziyyətdə yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə durması təsdiqini tapmışdır. Lakin törədilmiş əməlin IXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı deyil, IXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı yaratması müəyyən olunmamışdır. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq şikayəti qismən təmin etmiş və inzibati xəta haqqında işə yenidən baxılması üçün Bakı şəhər X1 Idarəsinə göndərilməsini qərara almışdır. Şikayətdə göstərilənlər işdə olan sübutlarla təkzib edildiyindən məhkəmə hesab edir ki, şikayətin dəlilləri formal mülahizələr əsasında verilib və birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə belə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhər X1 Idarəsinin ## ###### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin qismən təmin edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar