Məhkəmə qərarları › İş №3(3-6)-2306/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2306/2026

31.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2306/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, məhkəmə iclas katibi X5, Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin nümayəndəsi nümayəndə2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 332.1, 327.2 və 327.7-ci maddələri ilə tənbeh edilməsi haqqında qərarın ləğv edilməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)- ****/**** saylı qərarından Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri DYPI-nin R X3 tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli “inzibait tənbeh vermə haqqında” qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs), ##.##.2026-cı il tarixdə saat 00:05-də, Bakı şəhəri, Xətai Rayonu, Yusif Səfərov küçəsində “Chevrolet Cobalt LTZ” minik markalı, ** PS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 332.1, 327.2 və 327.7-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinib barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan şikayət verən orqan (şəxs), barəsində qəbul edilmiş ## ##### 2026-cı il tarixli qərardan şikayət vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim O.A.Əlizadə) ## #### 2026-cı il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş və inzibati xəta haqqında Bakı şəhər X1 Idarəsinin ## ##### 2026-ci il tarixli inzibati tənbeh verilməsi barədə qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X1 Idarəsinə göndərilmişdir. Qərardan, Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi, apellyasiya qaydasında şikayət verərək, inzibati iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*- **)-****/**** saylı qərarının ləğv edilməsini və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsinə əsasən Bakı şəhəri BPI DYPI-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş Bakı Şəhər X1 Idarəsinin nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiyi və işə onun iştirakı olmadan baxılmasının mümkün olduğu göstərilmişdir. Lakin həmin nəticə iş materialları ilə təsdiq olunmur. Belə ki, Bakı Şəhər X1 Idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun hər hansı rəsmi bildiriş təqdim edilməmişdir. Lakin hazırki iş materiallarında Bakı Şəhər X1 Idarəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasını təsdiq edən hər hansı sübut mövcud deyildir. Buna baxmayaraq, məhkəmə tərəfin lazımi qaydada xəbərdar olunması məsələsini araşdırmadan və bu barədə əsaslandırılmış nəticəyə gəlmədən işə mahiyyəti üzrə baxmışdır. Bu hal inzibati xəta haqqında iş üzrə tərəflərin prosessual hüquqlarının təmin olunması prinsipinin pozulmasına, o cümlədən səlahiyyətli orqanın öz mövqeyini bildirmək, sübut təqdim etmək və işin hallarının araşdırılmasında iştirak etmək hüququnun məhdudlaşdırılmasına səbəb olmuşdur. Bundan əlavə, birinci instansiya məhkəməsi şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş müddət məsələsini də araşdırmamışdır. Belə ki, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar ##.##.2026-cı il tarixdə qəbul edilməsinə baxmayaraq, X6 həmin qarardan uzun müddət sonra məhkəməyə müraciət etmişdir. Iş materiallarından görünür ki, şikayətçinin şikayət vermə müddətinin hansı tarixdən hesablanması, həmin müddətin ötürülübötürülməməsi, müddətin ötürülməsi halında isə onun bərpası üçün əsasların mövcud olubolmaması məsələləri məhkəmə tərəfindən ümumiyyətlə araşdırılmamışdır. Məhkəmə şikayətin mümkünlüyü ilə bağlı prosessual məsələni həll etmədən birbaşa işin mahiyyəti üzrə baxış keçirmiş və qəbul etdiyi qərarda şikayətin verilməsi müddatinə dair hər hansı hüquqi əsaslandırma göstərməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi həm tərəfin məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılması məsələsini, həm də şikayətin verilməsi müddətinə riayət olunmasını araşdırmadan iş üzrə qərar qəbul etməklə inzibati prosessual qaydaların tələblərini pozmuşdur. Göstərilən prosessual pozuntular qəbul edilmiş qərarın qanuniliyinə və əsaslığına birbaşa təsir etdiyindən, həmin qərarın ləğv edilməsi üçün müstəqil hüquqi əsas təşkil edir. Məhkəmə qərarında göstərmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) istifadə etdiyi hərəkət zolağının sağa dönməyə icazə verdiyi və onun manevr etmə qaydalarını pozmasının müəyyən edilməsinin mümkün olmadığı müəyyən edilmişdir. Lakin, məhkəmə tərəfindən qiymətləndirilən videogörüntü yalnız şikayətçinin təqdim etdiyi izahatlar kontekstində araşdırılmış, yol hərəkəti şəraitinin bütün elementləri, o cümlədən digər nəqliyyat vasitələrinin hərəkəti, yol nişanlanmasının tələbləri, nəqliyyat vasitələrinin qarşılıqlı hərəkət trayektoriyası tam şəkildə qiymətləndirilməmişdir. Iş üzrə YPX əməkdaşının bilavasitə müşahidəsi, tərtib edilmiş inzibati xəta protokolu və digər materiallar birlikdə qiymətləndirildikdə Qərardan şikayət verən orqan (şəxs) yol hərəkəri qaydalarını pozması barədə nəticəyə gəlmək üçün kifayat qədər əsas mövcud olmuşdur. Lakin, birinci instansiya məhkəməsi yalnız videogörüntünün müəyyən hissəsinə istinad etmiş, inzibati xəta haqqında protokolda göstərilən hallar, YPX əməkdaşının izahatı və inzibati icraat zamanı toplanmış digər materiallara lazımi hüquqi qiymət verməmişdir. Halbuki heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və hər bir sübut digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Hakim yalnız videogörüntüyə əsaslanaraq digər sübutları kənarlaşdırmaqla sübutların məcmusu prinsipini pozmuşdur. Məhkəmə qararında inzibati xəta haqqında qərarın ləğv edilməsinə əsas kimi bütün faktiki halların araşdırılmadığı göstərmiş və işi yenidən baxılması üçün Bakı Şəhər DYPIə göndərmişdir. Lakin iş materiallarından görünür ki, inzibati orqan tərəfindən araşdırma aparılmış, inzibati xəta haqqında protokol tərtib edilmiş, sübutlar toplanmış və qanunvericiliyin tələblərinə uyğun olaraq qərar qəbul edilmişdir. Lakin hazırki iş üzrə mövcud olan hallar sadəcə ehtimal xarakterli deyil, inzibati xəta faktın təsdiq edən sübutlarla müəyyən edilmişdir. Şübhələrin şəxsin xeyrinə həll edilməsi prinsipi mövcud və aradan qaldırılması mümkün olmayan ziddiyyətlər olduqda tətbiq edilir. Hazırki halda isə məhkəmə sübutları tam araşdırmadan həmin prinsipi tətbiq etmişdir. Lakin hazırki iş üzrə belə hal mövcud deyil. Əksinə, inzibati orqan tərəfindən toplanmiş sübutlar məhkəmə tərəfindən tam qiymətləndirilməmiş və nəticədə əsassız olaraq inzibati qərar ləğv edilmişdir. Bundan başqa, məhkəmə inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini əsaslandırarkən konkret hansı faktiki halın araşdırılmadığını və hansı sübutun nəzərə alınmadığını göstərməmişdir. Kobud prosessual pozuntularla qəbul edilmiş qanunsuz və əsassız Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməli, Azarbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsinə əsasən Bakı şəhəri BPI DYPInin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin nümayəndəsi nümayəndə2 Məhmməd oğlu apellyasiya şikayətinin məzmunua uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarının ləğv edilməsini və Bakı şəhəri BPI DYPI-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iş üzrə izahat verərək göstərmişdir ki, inzibati orqan tərəfindən təqdim edilmiş videogörüntülərdə problem olmuş, həmin videogörüntülər yalnız patrul avtomobilinin görüntüsü olmuş, şəhər kamerası görüntüləri ilə tanış olmuş, kamera görüntülərinə nəzarət edən əməkdaş hansı əsasla səhv etdiyini ona izah edə bilməmişdir. Hadisə olarkən avtomobili yol vərəqəsi əsasında idarə etmiş, lakin həmin yol vərəqəsi həmin vaxt onun üzərində olmamış, bununla bağlı olaraq barəsində tərtib edilmiş inzibati tənbehlə həmin hissədə hansısa mübahisəsi yoxdur. Lakin yüz manat, üç bal cərimə edilməklə sürücülük hüququndan məhrum edilməsi ilə razı deyil. Birinci instansiya məhkəməsinin qərarını əsaslı hesab edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini inzibati xəta haqqında iş üzrə icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, tərəflərin çıxışını nəzərə alaraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayətlə bağlı inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prosessual hüquq normalarının tələbləri baxımından əsaslı hesab edir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə materialda olan sənədlərə və qanunun tələbinə uyğun olduğu üçün əsaslıdır və şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Qeyd olunan xüsusatlara əsasən birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tələbləri baxımından tam əsaslıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanunvericiliyin müddəalarını nəzərə alan və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatlara əsasən, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı qanuni qüvvəsində saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-134.1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin ediməsin. Inzibati iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)- ****/**** saylı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar